28.3.2012
  
Azərbaycandakı bütün ali məktəblər tələbələrinin qiymətlərini vahid sistemə daxil edəcəklər. Növbəti tədris ilindən təhsil müəssisələri akademik müvəffəqiyyətlər haqqında məlumatları da "Tələbə-məzun dövlət elektron məlumat sistemi"nə daxil edəcəklər.
28.3.2012
  
Qısametrajlı filmlər festivalı Future Shorts Azərbaycanda, "Nizami" kino mərkəzində keçiriləcək. Bu festivalın təşkilatçısı "Yarat! Contemporary Art Space"dir.
28.3.2012
  
29 mart Maqomayev adına Dövlət Filarmoniyasının səhnəsində Buta İncəsənət Mərkəzi tamaşaçılara "Tar" adı altında növbəti maraqlı layihəsini təqdim edəcək.
28.3.2012
  
Fiqurlu konkisürmə üzrə Azərbaycanı təmsil edən Yuliya Zlobina – Aleksey Sitnikov rəqs cütlüyü Nitsada keçirilən dünya çempionatında yaxşı start götürmüşdür.
Ilkin mərhələdə onlar hakimlərdən 77,80 xal toplayaraq beşinci yerdə gedirlər.
28.3.2012
  
Martın 28-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağıntılı olacağı, yağıntıların gündüz kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti olacaq.
28.3.2012
  
Azərbaycan müəllimləri Lissabonda keçirilən 2012-ci ilin Avropa İnnovativ Müəllimlər Forumunda iştirak etmişlər.
28.3.2012
  
ABŞ-da yaşayan 19 yaşlı gənc trüfel göbələklərinin ticarəti ilə məşğul olaraq 1 milyon dollar qazanıb.
28.3.2012
  
“Buta” filmi Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilmiş “Cape Winelands” film festivalında iştirak etmişdir. Azərbaycanlı rejissor İlqar Nəcəfin çəkdiyi “Buta” ekran əsəri bu nüfuzlu festivalın əsas mükafatı olan “Qran-pri”yə layiq görülmüşdür.
28.3.2012
  
Qoç - Uzun zamandan bəri təxirə saldığınız işi bu gün görməyə çalışmayın: uğur qazanmaq şansınız minimumdur. Həmçinin bu gün düşmənləriniz sizə ciddi müqavimət göstərirlər. İstənilən layihə ehtiyatlılıq, ağıllı yanaşma tələb edir.
Yaxınlarınızla fikir ayrılığı mümkündür. Yaxınlarınızdan kimsə sizə kömək üçün müraciət edəcək: imtina etməyin, əks halda sonra özünüz peşman olacaqsınız. Xırda alış-veriş uğurlu olacaq, iri məbləğdə pul xərcləməkdən isə çəkinin.
28.3.2012
  
Şou-biznesin məşhur cütlüyü – rep ifaçısı Elşad Xose ilə rəqqasə Oksana Rəsulovanın toyu nəhayət, baş tutub.
“Ay İşığı” restoranında keçirilən məclisə yerli şou-biznesin məşhur sənətçiləri cəm olub.
28.3.2012
  
İstanbulda “Antik A.Ş.” hərrac evinin keçirdiyi “Çağdaş əsərlər” hərracında məşhur türk rəssamı Erol Akyavaşın “Ənəlhəqq” tablosu rekord qiymətə satılmışdır.
28.3.2012
  
Xarici ölkələrdəki əlyazma kataloqlarında Azərbaycana aid 12 min əlyazma var. Amma bu, xarici ölkələrdə Azərbaycanla bağlı olan əlyazmaların çox az hissəsidir. Xarici ölkələrdəki əlyazmalar bundan qat-qat çoxdur.
28.3.2012
  
ABŞ-ın Stenford Universitetinin tibb məktəbində aparılan araşdırma göstərib ki, riyaziyyatı pis bilən uşaqların beyni həyəcandan başqa cür işləyir. Bu barədə "Medical News Today" yazır. 
28.3.2012
  
Azərbaycanlı Samir Abbasov Ukraynanın məşhur «Ukraina imeyet talantı» telelayihəsindəki çıxışı ilə hər kəsi heyran edib.
27.3.2012
  
Martın 27-si və 28-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında sulu qar və qar yağacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.
27.3.2012
  
Hazırda əsasən kişi və ya qadın komandalarında çalışan kişilərin və qadınların əksəriyyətinə (96 faiz) kişi kollektivində işləmək daha rahatdır.
27.3.2012
  
“Tullow Oil” İngiltərə-İrlandiya birgə şirkəti Keniyada neft yatağı kəşf edib. Bu barədə Keniyanın dövlət başçısı Mvai Kibaki bəyan edib.
27.3.2012
  
Bakının 2020-ci il Olimpiya Oyunlarına namizədliyi ilə bağlı iki təqdimat keçiriləcək. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, gələn həftə təşkilati heyət Bakı və Lozanna arasında yaradılacaq xüsusi videokonfrans vasitəsilə Beynəlxalq Olimpiya Komitəsinin mütəxəssislərinə Oyunların planını təqdim edəcək.
27.3.2012
  
Gürcüstanın Zestafoni rayonunun Şroşualevi kəndində kor, gözləri olmayan dana doğulub.
27.3.2012
  
Qoç - İşdə ciddi problemlər yarana bilər. Mövqeləriniz elə də möhkəm deyil, istənilən bədxahınız çətinlik çəkmədən sizə ciddi zərbə vura bilər. Ən sadə işlərdə də səhvlər edirsiniz və bunları peşəkar gələcəyinizin birbaşa asılı olduğu insanlar dərhal görürlər.