2.11.2011
  
Bakı və Abşeron yarımadasında noyabrın 3-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam bəzi yerlərdə az yağışlı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, cənub-şərq küləyi əsəcək, gecə 6-11 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq.
2.11.2011
  
Azərbaycanın görkəmli xanəndəsi, xalq artisti Qədir Rüstəmovun səhhəti kəskin pisləşib. Xalq artisti Arif Babayev bildirib ki, Q. Rüstəmov ağır vəziyyətdə İstanbuldakı xəstəxanalardan birinə yerləşdirilib, komadadır. Həkimlər onun səhhətində yaranmış problemin aradan qaldırılmağa çalışırlar.
2.11.2011
  
"Snarkitecture" memarlıq studiyası "Box/Box" adlı unikal dizaynlı studiya hazırlayıb. Nyu-Yorkun Bruklin səmtində yerləşən bu studiyanın sahəsi 8 kvadrat-metrdir.
2.11.2011
  
Dünya şöhrətli cizgi filmlərini hansı məşhurlar səsləndirib? Sizə təqdim etdiyimiz fotolarda siz onlarla tanış ola bilərsiniz.
1.11.2011
  
Bu günlərdə Danimarkanın paytaxtı Kopenhagen şəhərində təşkil edilmiş Beynəlxalq etnik musiqi sərgisində (World Music Expo) Azərbaycan musiqiçiləri ilk dəfə iştirak etmişlər.
1.11.2011
  
Dünyadan tamahı azalt, şən yaşa!
Mey iç, bir gözəlin saçını oxşa.
Əl çək zəmanədə yaxşı-yamandan,
Bu beş günlük ömür tez gələr başa.
1.11.2011
  
Dünyanın ən böyük sualtı heykəl muzeyi Meksikada inşa edilmişdir. Dənizin altına endirilən heykəllər həm estetik baxımdan həm də turizmə yenilik baxımından böyük marağa səbəb olmuşdur.
1.11.2011
  
Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun 200 illik yubileyi münasibətilə bədii filmin çəkilişləri davam edir. M. F. Axundovun həyat və yaradıcılığını əks etdirən film “Sübhün səfiri” adlanacaq. Filmin ssenari müəllifi xalq yazıçısı Anar, quruluşçu rejissoru Ramiz Həsənoğlu, operatoru Kənan Məmmədov, bəstəkarı Cavanşir Quliyev, baş rəssamı Rafiz İsmayılov, rejissoru Akif Rüstəmov, icraçı prodüseri Adil Qulamovdur.
2.11.2011
  
Qoç - Gün sizə xoş xəbərlər, eləcə də bir neçə vacib məsələnin həllinə imkan verən informasiya gətirəcək. Unutmayın ki, vaxtınızı hədər yerə itirmək olmaz: nə qədər zirək tərpənsəniz, nəticə o qədər yaxşı olacaq. Siz başqalarının əvəzinə məsuliyyəti üzərinəzə götürməli olacaqsınız. Bu, asan deyil. Çoxlu narahatlıq və həyəcan gözlənilir. Düzdür, onların əksəriyyəti yersiz olacaq.
1.11.2011
  
Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA) və TÜRKSOY-un təşkilatçılığı ilə bu gün Bakıda Beynəlxalq Kukla Teatrları Festivalı başlayır. Festivalla əlaqədar olaraq A. Şaiq adına Kukla Teatrında mətbuat konfransı keçirilib.
1.11.2011
  
Qoç – İşgüzar danışıqlar istisna olmaqla bütün ünsiyyətlər sizin üçün yorucu ola bilər. Siz öz prinsiplərinizə başqasının rahatlığı naminə yenidən baxmaq istəyəməcəksiniz. İndi ciddi məsələlərə köklənmisiniz və çox güman ki, diqqətinizi maliyyə məsələlərinə yönəldəcəksiniz. Kimsə sizin rəqabətə davamlılığınızı yoxlamaqda bərk maraqlıdır.
1.11.2011
  
Bu fotolar Ukraynada Kiyev yaxınlığındakı kəndlərdən birinə məxsusdur. Aleksandr Mixaylenko tərəfindən lentə alınan bu fotolarda qədim slavyan kəndinin əsl ruhunu hələ də görmək mümkündür.
1.11.2011
  
Dünyanın bir çox yerində Hellouin bayramı qeyd olunmuşdur. Sizə Bred Pitt «Yo Gabba Gabba» teleşousunun qəhrəmanı Di Dj. Lens Rokanın, Ancelina Coli isə zombi qiyafəsində, Qven Stefani "Oyuncaq hekayəsi" cizgi filminin qəhrəmanı Cessikanın obrazında, Haydi Klum pişik-qadın qiyafəsində, Meray Keri qurabiyə, həyat yolaşı Nik Kennon isə süd qiyafəsində Skarlet Yohansson alnından vurulmuş qəlpə ilə, Kristina Agilera və həyat yoldaşı Cordan Bratman müəmmalı ər-arvad qiyafəsində, Enn Heteuey Kraliça Nilanın obrazında və digər məşhurların çox orijinal geyim və obrazlarda çəkilmiş şəkillərini sizə təqdim edirik.
31.10.2011
  
Hər il oktyabr ayının ikinci yarısında Berlində işıq bayramı keçirilir və şəhər rəngarəng nağıla çevrilir. Şəhərin sakinləri və qonaqları parlaq şounun tamaşaçıları olurlar.
31.10.2011
  
Dünyaca məşhur "Universal music" şirkəti ilə müqavilə bağlayan azərbaycanlı ifaçı İlhamə Qasımova Avropa musiqi bazarına çıxıb. Müğənni avropalıların ürəyini 30-cu illərin hitinin remiksi ilə fəth etməyi qərara alıb.
31.10.2011
  
Novruz bayramı ATƏT-in baş katibi tərəfindən daimi əsaslarla ATƏT-in Vyanadakı rəsmi bayramlar siyahısına daxil edilib. Baş katib bu qərarı Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyinin təşəbbüsü ilə verib.
2.11.2011
  
Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində tikilməli olan yeni zooloji parkın yeri dəyişdirilib. APA-ya istinadən verilən məlumata görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. Nazir bildirib ki, zoopark Ceyranbatan qəsəbəsi ərazisində inşa olunacaq.
1.11.2011
  
Çin Xalq Respublikasında tələbələrin ənənəvi beynəlxalq mədəniyyət festivalı keçirilmişdir.
Çində təhsil alan tələbələrimiz festival çərçivəsində ÇXR-in ən nüfuzlu ali təhsil ocaqları – Renmin, Tsinqhua və Pekin İkinci Xarici Dillər universitetlərində Azərbaycanın Pekindəki səfirliyinin, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) dəstəyi ilə ölkəmizə aid stendlər nümayiş etdirmişlər.
31.10.2011
  
“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə 50-yə yaxın “İRƏLİ” fəalının iştirakı ilə “Nar bayramı” münasibətilə silsilə tədbirlər həyata keçirilmişdir. Xatırladaq ki, 4 noyabr 2011-ci il tarixində Göyçay rayonunda Göyçay Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ənənəvi “Nar Bayramı” təşkil olunacaqdır.
31.10.2011
  
Bu yaxınlarda Almaniyanın Hamburq şəhərində, Binnenalster gölündə çox original və nəhəng su pərisi heykəli inşa edilmişdir. Qeyd edək ki, Oliver Voss tərəfindən inşa edilmiş bu maraqlı heykəltəraşlıq nümunəsi yalnız 10 gün nümayiş etdirilməsinə baxmayaraq, yüzlərlə turisti özünə cəlb etmişdir.