13.10.2011
  
Gənc azərbaycanlı bəstəkar Ayaz Qəmbərli bəstəkarların 29-cu “ALEA III” festivalının qalibi olub. Oktyabrın 9-da Bostonda keçirilmiş final konsertində Ayaz Qəmbərli “Méthode de sens” adlı kompozisiyasını ifa edib.
12.10.2011
  
Bakıya sirk-şapito gəlib. Onun ilk nümayişi oktyabrın 15-də olacaq. Tamaşaçılara şir, pələng, ponilərin iştirakı ilə nömrələr göstəriləcək, jonqlyorlar və akrobatlar çıxış edəcək. Sirk tamaşalarında Fransa, Polşa, Ukrayna, Rusiya və başqa yerlərdən artistlər iştirak edəcəklər.
12.10.2011
  
Qoç - Yaman işgüzarsınız, danışıqlarda çox irəli gedirsiniz, hətta aqressiv təsir bağışlayırsınız. Eyni zamanda hövsələsizsiniz, bu isə şəxsi həyatınıza təsir edəcək. Əgər kimsə xoşunuza gəlirsə, başınızı itirməyin, sonra altını çəkəcəksiniz.
13.10.2011
  
Sizə maraqlı, gözəl və qeyri-adi üzüklərin şəkillərini təqdim edirik.
12.10.2011
  
Britaniya Şurası (British Council) Azərbaycanda ingilis yazıçısı Çarlz Dikkensin 200 illik yubileyinə həsr olunmuş bir sıra tədbirlər keçirəcək.
12.10.2011
  
Oktyabrın 15-də Kolumbiyanın “El Colegio del Cuerpo” rəqs qrupu Bakıda ilk dəfə olaraq Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində çıxış edəcəkdir.
12.10.2011
  
Uşaqlar erkən yaşlarından rəqs etməyə və daim hərəkət etməyə can atır. Ritmik musiqilər onların çöhrəsində gülüş yaradır və onlar çox maraqlı və sevimli rəqslər etməyə başlayır.
12.10.2011
  
Bakı Dövlət Universitetində (BDU) nano araşdırmalar laboratoriyası açılıb. BDU-nun mətbuat xidmətindən verilən xəbərə görə, laboratoriyanın açılışı Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun “Dünyanı dəyişdirən müasir texnologiyalar” mövzusunda Bakı Dövlət Universitetində keçirilən tədbirləri çərçivəsində baş tutub.
12.10.2011
  
Şirkət «Klass» tarifinin «Daha çox danışın, daha çox dəyər əldə edin!» prinsipinə sadiq qalaraq, yeni «Klass 7» adlı tarif kampaniyasını təqdim edib ki, bu tarif bazarda ilk dəfə olaraq ən maksimal - 7 «Sevimli Nömrə» təklif edir. 
12.10.2011
  
Türkmənistan çöllərindəki bu yer dünyanın ən maraqlı yerlərindən biridir və Darvaza adlanır
Lava dolmuş bir çuxura bənzəsə də əslində elə deyil. Bu çuxur haqqında ən qaribə hal açıldığı gündən bəri yanmasıdır, bu da 58 ildir bu çuxur yanır deməkdir. Yerli Xalqın dediyinə görə heyvanlar bu çuxurdan çıxan alovla özlərini itirirlər, minlərlə hörümçək bu çuxura tərəf gedir və çuxura daxil olur.
11.10.2011
  
Oktyabrın 9-da Polşanın Poznan şəhərində başlanmış III Beynəlxalq “Tranzit” sənədli filmlər festivalında Azərbaycan Rusiyada yaşayan həmyerlimiz, rejissor və prodüser, bir sıra beynəlxalq kino müsabiqələrinin laureatı Rodion İsmailovun “Köç” sənədli filmi ilə təmsil olunur.
11.10.2011
  
San-Fransiskoda yerləşən Lombard Street dünyanın ən əyri-üyrü küçəsi hesab edilir. Küçənin ən dolaşıq hissəsində 8 döngə vardır və bu yol birtərəflidir.
11.10.2011
  
Dünyanın ən köhnə avtomobili sayılan De Dion Bouton Et Trepardoux Dos-A-Dos Steam Runabout hərracda 4 milyon 620 min dollara satılıb. 1884-cü ildə istehsal edilmiş “La Marquise” adlı avtomobilin satış qiyməti indiyədək əntiq nəqliyyat vasitələrinin içərisində rekord məbləğ sayılır.
11.10.2011
  
Qoç - İşdə şərait yaxşılaşır. İndi sizi qarşınıza qoyulan məsələlərin məhz necə həll olunması yollarını bilirsiniz. Şəxsi həyatınızda da müsbət meyllər sezilməkdədir. Maraqlandıran suallara cavab ala bilərsiniz. Sizi qıcıqlandıran insanlarla ünsiyyət qurmayın.
12.10.2011
  
Sizə məşhur Hollivud, Bollivud, Rusiya və Azərbaycan ulduzlarının ailələri - uşaqları ilə birlikdə olan şəkillərini təqdim edirik.
11.10.2011
  
Klassik musiqi bəstəkarı, dünya şöhrətli polşalı bəstəkar, fortepiano üçün çoxsaylı qiymətsiz əsərlərin müəllifi, pianoçu – Frederik Şopenin anadan olmasının 200 illik yubileyi ilə əlaqədar olaraq, Polşanın paytaxtında tarixi yerlərdən keçən və xüsusi multimedia aparatları quraşdırılmış skamyalar vasitəsilə çox maraqlı gəzinti marşrutu – “Şopenin skamyaları” təşkil olunmuşdur.
11.10.2011
  
“Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıqla ilə bağlı Məşvərət Qrupunun Cenevrədə keçirilən iclasında yarışmanın keçiriləcəyi yer müzakirə olunub. Iclasda Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin keçirilməsi üçün Avropa Yayımlar Birliyinə (EBU) üç yer təklif olunub. Bunlar Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu və Bayraq Meydanında inşa olunan “Kristal Palace”dır.
11.10.2011
  
Sizə Mango-nun 2011 payız-qış kolleksiyasını təqdim edirik.
11.10.2011
  
Bizə çox müəmmalı qaldı ki, it gözəl Hollivud aktrisası Culiya Robertsin şəklinə baxarkən niyə qorxdu. Sizə maraqlı və çox əyləncəli videonu təqdim edirik.
10.10.2011
  
Qoç - Narahat gündür. Sizin peşəkarlığınıza şübhə edirlər. Dilinizi saxlamasanız, rəhbərliklə münaqişəniz karyeranızın bitməsinə səbəb olacaq. Bu günə romantik görüşlər təyin etməyin. Çox mümkündür ki, mübahisənin təməlini özünüz qoyasınız.