10.11.2011
  
Qoç - Gün düşünülmüş konkret təşəbbüslər üçün münasibdir. Məhz bu sizə azadlıq əldə etmək və başqalarından, hətta ən yaxınlarınızdan asılı olmamaq imkanı yaradacaq. Maddi təminat, daimi qazanc mənbəyi ola biləcək təbii istedad, eləcə də özünüzə, öz imkanlarınıza olan psixoloji inam əsas dayağınız ola bilər.
10.11.2011
  
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Türkiyənin Van bölgəsində zəlzələdən zərər çəkmiş insanlara yardım məqsədilə keçirilən kampaniya çərçivəsində bu günədək 5989 manat (7650,3 ABŞ dolları) vəsait toplanıb.
10.11.2011
  
Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin və Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə paytaxt Ankarada müqəddəs Qurban bayramı münasibətilə azərbaycanlı tələbələr üçün tədbir keçirilmişdir. Tədbirə 300-dək tələbə qatılmışdır.
10.11.2011
  
Bu gün məşhur ekstrasens Zirəddin Rzayevin 30 yaşı tamam olur. Z.Rzayev ad gününü Moskva klublarından birində qeyd edəcək.
4.11.2011
  
Qoç – Hücum vaxtıdır. Bu gün qətiyyət göstərən və xırda çətinliklərdən qorxmayan hər kəsə çoxlu xoş və maraqlı hadisə vəd edir. Kəskin və çox vaxt acı ifadələrə meylli olmağınıza baxmayaraq, rəhbərlik və həmkarlarla yaxşı münasibətləri qoruya biləcəksiniz. Yaxınlarınız da sizin iradlarınızdan inciməyəcəklər. Bayramların, əyləncəli tədbirlərin hazırlığı ilə məşğul olmaq olar. Sizdə hamının əhval-ruhiyyəsini yüksəltmək yaxşı alınır. Gün romantik tanışlıqlar üçün münasibdir.
4.11.2011
  
Göyçay Rayon İcra Hakimiyyəti və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “pomegranate.az” saytı istifadəyə verilib. Sayt nar, narçılıq ənənələri, nar məhsulları istehsalı, narla bağlı xalq təbabəti, nardan hazırlanan məhsullar, el məsəlləri və s. ilə bağlı məlumatları özündə əks etdirir. “pomegranate.az” Azərbaycan və İngilis dillərində fəaliyyət göstərir.
4.11.2011
  
Məşhur aktrisa Megan Fox Giorgio Armani Beauty 2011-in reklam kampaniyasının üzü oldu. Sizə fotoları və video materialı təqdim edirik.
4.11.2011
  
Dünən “Eurovision -2012” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün kastinqlərə start verilib. Milli seçimin dinləmələrində münsiflər heyətində təmsil olunan tanınmış aparıcı, Azərbaycanın “Eurovision” mahnı müsabiqəsi üzrə şərhçisi Hüsniyyə Məhərrəmova bildirib ki, sənədləri qəbul olunmuş 119 iştirakçı 3 qrupa bölünüb. Birinci qrupun iştirakçıları arasında artıq İctimai Televiziyada dinləmələrə start verilib.
4.11.2011
  
Prezident İlham Əliyev müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir: “Müqəddəs Qurban bayramı münasibətilə sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
4.11.2011
  
Noyabrın 6-dan 8-i gündüzədək Azərbaycan ərazisində gözlənilən anomal hava şəraiti arktik soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması ilə əlaqədardır.
4.11.2011
  
"Gary Gladwish Architecture" dizayn studiyası ABŞ-ın Vaşinqton ştatında "Eagle Ridge" adlı malikanə inşa edib.
Evin tikildiyi torpaq sahəsinin sahibəsi 54 il əvvəl Vaşinqtona köçmüşdü.
3.11.2011
  
Bu gün iki min ildən artıq yaşı olan şərf haqqında söhbət açacağıq. Şərf heç də indiki kimi dəbdə olan aksessuar olmayıb. Hazırda şərf dəbpərəstlərin qarderobunda önəmli bir rola malikdir. Onun köməkliyi ilə obrazı tamamlamaq, sifətin rəngini qabartmaq və ya sadəcə özünə və ətrafdakılara sevinc bəxş etmək olar.
3.11.2011
  
Qeyri adi "klyok"ların şəkillərini sizə təqdim edirik.
4.11.2011
  
Azərbaycanın Ağstafa rayonunda da zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ bu gün saat 07.00-də Ağstafadan 22 km şimali - şərqdə, 3.00 maqnitudada, 10 km dərinlikdə qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
3.11.2011
  
Vanda baş vermiş zəlzələdən dərhal sonra Azərbaycandan axtarış-xilasetmə dəstəsi və digər yardımlar göndərilməsi ilə bağlı türkiyə vətəndaşları Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür məktubları yazıblar.
3.11.2011
  
“Azərbaycanda arxeoloji fondun yaradılması zəruridir. Artıq bununla bağlı təklif verilib, fondun Əsasnaməsi və digər sənədləri hazırlanıb”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib.
3.11.2011
  
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə müsəlmanları təbrik edib.
2.11.2011
  
Çinin cənub-qərbindəki Çonqnin bölgəsindəki otel komplekslərindən birində 14345 nəfər eyni vaxtda hamama girib. Çinlilər bu minvalla Ginnesin Rekordlar Kitabına düşə biliblər.
2.11.2011
  
Sizə qeyri-adi, rəngarəng çaydanların şəkillərini təqdim edirik. Bu çaydanlar həqiqətən insanın əhval-ruhiyyəsini qaldırır və çay süfrəsini daha maraqlı edir.
2.11.2011
  
Bakı və Abşeron yarımadasında noyabrın 3-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam bəzi yerlərdə az yağışlı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, cənub-şərq küləyi əsəcək, gecə 6-11 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq.