4.11.2014
  
Qoç - səbrli olun, təmkinli davranın. Çoxdan gözlədiyiniz hadisələrin baş vermə ehtimalı azdır. Asan, sürətli qələbələrə bel bağlamayın. İnsanlarla dil tapın. Onların problemləri ilə maraqlanın.
4.11.2014
  
Misir Mədəniyyət Mərkəzi ərəb dili üzrə danışıq kursları təşkil edir. Ərəb dili ixtisası üzrə təhsil alan, danışıq təcrübəsini inkişaf etdirmək arzusunda olan bütün tələbələr həftədə bir dəfə kurslarda iştirak edə, “Ərəb dili danışıq klubu”na üzv ola bilərlər.
4.11.2014
  
Azərbaycana daxil olan beynəlxalq internet trafikin həcminin artımı bərpa olunub.
4.11.2014
  
Bu gün Bakı 2015 Avropa Oyunları Fransanın televiziya kanalı olan “L’Equipe 21” ilə yayım haqqında sazişə imza atdığını elan edib.
4.11.2014
  
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının bu il Məhərrəm ayının başlanması ilə bağlı verdiyi fətvaya əsasən, bu gün Azərbaycanda Aşura günüdür.
4.11.2014
  
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Praqada sərgi keçirməyi planlaşdırır.
Fonddan verilən xəbərə görə, dekabr ayında keçiriləcəyi gözlənilən “Azərbaycanın geologiya elmi Çexiyada” sərgisi “Azərbaycan elmi xaricdə” proqramı çərçivəsində reallaşacaq.
3.11.2014
  
Hansı bürclərə alver düşkünü deyərsiniz?
3.11.2014
  
Səbail rayonunun Badamdar qəsəbəsində tikilən idman kompleksinin yaxınlığında idmançılar üçün otel inşa ediləcək.
3.11.2014
  
Tanınmış səyahətçi Fedor Konyuxov yaxın vaxtlarda yeni ekspedisiyaya çıxacaq. 63 ildir bu işlə məşğul olan səyahətçi bu dəfə Xəzər dənizini dəvələr və atlarla keçəcək.
3.11.2014
  
Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalında cari ilin sonuna qədər VII sinif üzrə 10, II və III siniflər üzrə ayrı-ayrılıqda 5 elektron dərsliyin yerləşdirilməsi nəzərdə tutulub.
4.11.2014
  
ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində XIX əsrə aid qəsr 1 dollara satılıb.
3.11.2014
  
Ötən gündən başlayaraq Quba rayonuna yağmağa başlayan qar bir sıra fəsadlar törədib. Güclü qarın yağması nəticəsində Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti məhdudlaşıb.
3.11.2014
  
Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da saat 21:00-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Norveç oyununun biletləri satışa çıxarılıb.
3.11.2014
  
Qoç - sonsuz söhbətlər, müzakirələrdən qaçın. Belə təmaslar mənasızdır və heç bir xeyir verməyəcək. Tanışların şirin vədlərinə inanmayın. Kiçik maliyyə itkiləri ola bilər. Gəlir verəcəyinizi düşündüyünüz anlaşma və ya sövdələşmə yarımçıq qalacaq.
3.11.2014
  
Yaponiyanın Siyasi Tədqiqatlar üzrə Milli İnstitutu (GRİPS – National Institute for Policy Studies) magistratura və doktorantura proqramlarına qəbul elan edir.
3.11.2014
  
Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz” İB-dən verilən xəbərə görə, saat 13:00-dan 14:30-dək Hacıqabul və Şamaxı rayonlarının bir hissəsinə, saat 15:00-dan 16:00-dək Şirvan şəhərinin bir hissəsinə, saat 14:00-dan 18:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Göyçay rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
3.11.2014
  
Yaponiyanın “Sony” şirkətinin baş vitse-prezidenti Hiroki Totoki mobil bölməyə rəhbərlik etməyə başlayıb.
3.11.2014
  
Bu gün səhər saatlarında paytaxtın əsas küçə və prospektlərində tıxac yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının verdiyi məlumata görə, yağışlı hava ilə əlaqədar Bakı şəhərinin əksər küçə və prospektlərində tıxac müşahidə olunub.
3.11.2014
  
“Fox News” nəşriyyatına istinadən verilən xəbərə görə, Pensilvaniya Universitetinin (ABŞ) mütəxəssisləri uşaqlarda gecə öskürəyinin müalicəsində aqava bitkisi nektarının nə dərəcədə səmərəli olduğunu tədqiq ediblər.
3.11.2014
  
Noyabrın 5-də Nizami Kino Mərkəzində bir neçə nəslin sevimli ekran əsəri olan, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının ən uğurlu uşaq filmlərindən sayılan “Sehrli xalat”ın ekranlara çıxmasının 50 illiyi qeyd olunacaq.