22.1.2013
  
Bu gün xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Hacı İsmayılovun doğum günüdür. Hacı İsmayılov 1944-cü il yanvarın 22-də Bakıda doğulub.
22.1.2013
  
Əməkdar artist Lalə Məmmədova yeni klip çəkdirib. Klip sözləri Sona Vəliyevaya, musiqisi Novruz Aslana aid "Yağış" mahnısına çəkilib.
22.1.2013
  
Rusiya prezidenti Vladimir Putin Azərbaycanda icra başçısına orden verib.
21.1.2013
  
Sabiq prezident köməkçisi Kondoliza Rays artıq CBS telekanalında çalışacaq. ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays yerli telekanallardan birində işə düzəlib. Anspress-in "Vesti"yə istinadən verdiyi məlumata görə, sabiq dövlət katibinin yeni iş yeri CBS telekanalıdır.
21.1.2013
  
Azərbaycanda rəqəmsal TV yayımına keçid layihəsi çərçivəsində aztəminatlı ailələrə müvafiq zəruri avadanlıqların pulsuz verilməsi ilə əlaqədar 5 mln. manat həcmində vəsaitin xərclənməsi gözlənilir.
21.1.2013
  
Qız Qalasında konservasiya işlərinin növbəti mərhələsinə başlanılır. YUNESKO-nun “Dünya İrs Siyahısı”na daxil olan Qız Qalasının fasadında 2009-cu ildən başlanmış tammiqyaslı bərpa və muzey konservasiya işlərinin böyük hissəsi yerinə yetirilmişdir.
21.1.2013
  
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyində olan Bakı İstintaq Təcridxanasına yeni rəis təyin olunub.
21.1.2013
  
Adətən, qışda idmanla məşğul olmağın çətin olduğu deyilir. Hava soyuqdur, heç yerə çıxmaq istəmirsən, yağ və piy isə üst-üstə yığılır. Belədə, mütəxəssislər nar yeməyi məsləhət bilirlər.
21.1.2013
  
Nil Armstronqdan sonra Aya ayaq basmış ikinci insan kimi tanınan Buzz Oldrin bu hərəkətini təkrarlamağa həvəsli deyil.
21.1.2013
  
Azərbaycanda daşınan nömrələr layihəsinin (Mobile Number Portability) tətbiqinə bu ilin aprel ayından gec olmayaraq başlanılacaq. Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
21.1.2013
  
Rekonstruksiya işləri ilə əlaqədar, təmir işləri başa çatdırılana qədər, «28 May» stansiyasının əsas girişi (Cəfər Cabbarlı meydanı) yanvarın 21-i səhər saat 06:00-dan etibarən bağlanıb.
18.1.2013
  
“Cahan” qrupu məşhur türkiyəli müğənni Hande Yenerlə işbirliyinə başlayır.
21.1.2013
  
Nobel prospektində Boks Federasiyası üçün idman kompleksi tikilir.
21.1.2013
  
Qoç - fəaliyyətdə məhdudiyyət, sərhəd, hədd tanımayın. İstedad sakitlikdə, xasiyyət isə işığın çılğın çırpıntılarında formalaşır.
18.1.2013
  
Ekstravaqant müğənni Ledi Qaqa öz pərəstişkarlarına onunla birlikdə avtobus turuna çıxmaq şansı yaradıb.
18.1.2013
  
Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision -2013” mahnı müsabiqəsində Azərbaycan mayın 16-da keçiriləcək II yarımfinalda çıxış edəcək.
18.1.2013
  
Nəqliyyat Nazirliyində Bakı şəhərində mövcud nəqliyyat problemlərinin aradan qaldırılması üzrə 2013-2015-ci illər üçün Tədbirlər Planının müzakirəsi keçirilib.
18.1.2013
  
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Tibb Universiteti ilə birlikdə yanvarın 18-də görkəmli ictimai xadim, oftalmoloq-alim Zəhra Quliyevanın 90 illik yubileyinə həsr olunmuş konfrans keçilir.
21.1.2013
  
Xalq artisti Aygün Kazımova Qarabağ müharibəsində iştirak etdiyini deyib. AzNews.az-ın məlumatına görə, xalq artisti Aygün Kazımova bu barədə xarici televiziyaların birinə verdiyi müsahibəsində söyləyib.
21.1.2013
  
Avropanın bir sıra ölkələri ilə yanaşı, Rusiyanın əksər bölgələrində havalar ifrat dərəcədə soyuyub. Şəhər və qəsəbələrdə yaşayanlar yaşanan durumu "dəhşətli soyuqlar" kimi dəyərləndirirlər.