30.5.2012
  
İsraildən olan alimlər yaşı üç min il olduğu güman edilən zərgərlik məmulatı aşkar ediblər. Bu tapıntı indiyədək aşkar edilən ən bahalı qızıl əşya hesab edilir.
30.5.2012
  
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti "Eurovision 2012" mahnı müsabiqəsi mövzusuna həsr olunmuş markalar seriyasını təqdim edib.
30.5.2012
  
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncam imzalayıb.
30.5.2012
  
Misir Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin vətəndaşlarına viza verilməsi qaydalarını sadələşdirir. Misirin turizm naziri Munir Fahri Abdunnur bildirib ki, viza prosedurunun sadələşdirilməsi turizmi inkişaf etdirmək məqsədi daşıyır.
30.5.2012
  
«Azərbaycan Hava Yoları» QSC (AZAL) daxili aviareyslərin marşrutunun coğrafiyasını genişləndirir. AZAL-dan verilən məlumata görə, iyunun 1-dən etibarən AZAL Bakı-Qəbələ-Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.
30.5.2012
  
Alma insan ömrünü əhəmiyyətli dərəcədə uzadır. Avstraliyalı tədqiqatçılar apardıqları tədqiqatlar nəticəsində bu qərara gəliblər. Rus mətbuatına istinadən verilən məlumata görə, əgər insan hər günkü qida rasionuna almanı da əlavə etsə, o zaman rahat yüz ilə qədər yaşaya bilər. Tədqiqatçıların 10 il ərzində apardıqları təcrübələrin nəticələri göstərib ki, almanın tərkibində olan mikroelementlər insan ömrünü artırmaq gücünə malikdir.
30.5.2012
  
Bakıda daha bir yol təmirə bağlanıb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
30.5.2012
  
Yaponiyanın OYO Beynəlxalq Şirkətinin məsləhətçisi Masakazu Takahaşinin rəhbərlik etdiyi nümayəndə heyəti dünən Azərbaycana səfərə gəlib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, səfərin məqsədi “Bakının seysmik mikrorayonlaşdırılması üzrə risk xəritəsi”nin hazırlanması layihəsinə dair yekun müzakirələrin aparılmasıdır.
30.5.2012
  
Bir çox yay həzzi saçlarımızın düşməninə çevrilir. Günəş, ultrabənövşəyi şüalar, külək, dəniz suyu, hovuz - əladır, amma saçları qorumasaq, problemlər yarana bilər.
30.5.2012
  
Azərbaycanda 5 faizli "Bor turşusu" və 2,5 faizli Leyner məlhəminin istifadəsi, satışı və idxalının dayandırılacağı gözlənilir. Bu barədə çərşənbə axşamı Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
30.5.2012
  
Qoç - Neytral gündür. Xoşagəlməz hadisələr və həlli mümkünsüz problemlərin yoxluğu sizi sevindirəcək. Maliyyə işləriniz düzəlir, pul ala bilərsiniz. Hətta həvəssiz başladığınız işin öhdəsindən də asanlıqla gəlirsiniz. Uzaqdan xoş xəbərlər, maraqlı təklif və dəvətlər ala bilərsiniz.
30.5.2012
  
İtaliyada alimlər cəmi 11 qram çəkisi olan titan ürəyin nəql edilməsi əməliyyatını uğurla həyata keçiriblər. Onların sözlərinə görə, bu, dünyada ən kiçik süni ürəkdir. Belə əməliyyat 16 yaşlı oğlanın həyatını xilas etməyə imkan verib.
29.5.2012
  
Azərbaycan paytaxtında 28 May - Respublika Günü münasibətilə Hərbi Təhsil Müəssisələrinin kursantlarının yürüşü olub.
30.5.2012
  
Avropanın ən perspektivli futbolçularından biri olan 21 yaşlı Eden Azar “Çelsi”nin oyunçusu olmuşdur. Müqavilənin imzalanması faktını oyunçunun özü təsdiq etmişdir. O, Twitterdəki mikrobloqunda yazmışdır ki, Çempionlar Liqasının qalibləri ilə müqavilə imzalamışdır.
30.5.2012
  
Azərbaycanın xalq artisti Mübariz Tağıyev Mərkəzi Klinikada ürəyindən əməliyyat olunub. Klinikanın baş həkimi, Azərbaycan ürək-damar Cərrahları Cəmiyyətinin sədri Kamran Musayevin verdiyi məlumata görə, xalq artisti I gün xəstəxanaya gətirilib.
29.5.2012
  
«Məni sizi sevirəm. Qələbə hazırda tək mənim deyil, hamımızındır. Anam burdadır və məni ölkəmdən ilk təbrik edən nümayəndə heyətimin üzvləri və anam oldu. Mən çox xoşbəxtəm».
30.5.2012
  
ABŞ-ın dünya şöhrətli Massaçusets Texnologiya İnstitutu həm uşaqların, həm də böyüklərin heç xoşlamadıqları şprislərin yerini ala biləcək cihazı ictimaiyyətin mühakiməsinə verib. Bu cihaz ağrısız ineksiyanın həyata keçirilməsinə imkan verir.
29.5.2012
  
Avropada çimmək üçün ən təmiz suyu olan ölkələr Kipr, Xorvatiya, Malta və Yunanıstandır. Bu ölkələrdə çimərliklərin təxminən 90 faizi suyun keyfiyyətinin ən ciddi tələblərinə cavab verir. Bu barədə ətraf mühit üzrə Avropa agentliyi və Avrokomissiyanın illik məruzəsində məlumat verilmişdir.
29.5.2012
  
Rusiyada yaşayan Azərbaycanın tanınmış bəstəkar-müğənnisi Emin Ağalarov Bakıda yeni “After The Thunder” albomunun təqdimatını keçirib.
29.5.2012
  
Yaxın 2 gün ərzində Azərbaycanda hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı verilən məlumata görə, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır.