3.5.2012
  
ABŞ-ın Kaliforniya ştatında maraqlı hadisə yaşanıb. Polis tərəfindən saxlanılaraq kameraya salınmış tələbəni orada unudublar.
3.5.2012
  
“Jurnalistlər üçün inşa edilən bina 2013-cü ilin sentyabrında təhvil veriləcək”. Bu fikirləri KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli 3 may – Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar keçirilən tədbirdə deyib.
2.5.2012
  
Qoç - Xoş gündür. Başqalarının öhdəsindən gələ bilmədikləri problemləri həll edəcəksiniz. Özünüzlə öyünə bilərsiniz. Bir çox Qoçlar bu gün vacib kəşflər edəcəklər. Bunlardan biri isə həyatlarını kökündən dəyişmək üçün onlara əsas verəcək.
2.5.2012
  
Azərbaycanda dövlət tərəfindən xüsusi dərmanlarla təmin edilən imtiyazlı şəxslər artıq öz şəxsi məlumatları, hansı dispanserdə qeydiyyatda olmaları və aldıqları dərmanlar barədə məlumatları maneəsiz, internet vasitəsilə öyrənə bilərlər. Bu barədə çərşənbə günü Səhiyyə Nazirliyindən deyiblər.
2.5.2012
  
Uzun müddət qadınlar ömrün uzunluğu göstəricilərinə görə lider mövqe tutublar. Lakin ingilis alimlərinin fikrincə, tezliklə hər şey dəyişəcək və 2030-cu ildə qadınlarla kişilər arasında statistik fərq itəcək. Bu barədə BBC xəbər verir.
2.5.2012
  
21 yaşlı Valeriya Lukyanova çalışaraq özünü Barbiyə bənzədib. O, plastik küklalara həddən ziyadə bənzədiyindən internet istifadəçilərinin bir qismi hətta Valeriyanın real insan olduğuna da inanmır.
2.5.2012
  
May və iyun aylarında göy üzü bir-birindən maraqlı hadisəyə şahid olacaq. Astronomların bildirdiklərinə görə, mayın 20-də Günəş tutulması, iyunun 5-də isə Venera da daxil olmaqla mikro-Günəş tutulması baş verəcək.
2.5.2012
  
Ərzurum şəhərinin (Türkiyə) “Yakutiye” idman kompleksində yeniyetmələrin cüdo üzrə beynəlxalq turniri keçirilmişdir. Turnirdə Azərbaycan idmançıları da iştirak etmişlər. Altı idmançımız kürsünün ən yüksək pilləsinə qalxmışdır. Namiq Mirzəliyev (27 kiloqram), Dadaş Rəhimov (30 kiloqram), Vüsal Şamilov (38 kiloqram), Əli Ocaqzadə (42 kiloqram), Yunis Teymurlu (46 kiloqram), Rişad Xanlarzadə (60 kiloqram) qızıl medalların sahibləri olmuşlar.
2.5.2012
  
“Azərbaycanda əhalinin 4,6 faizini əlillər təşkil edir. Dünyada isə bu, 15 faizdir”. Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib.
2.5.2012
  
Amerikalı müğənni Rianna "Where Have You Been" mahnısına klip çəkdirib.
2.5.2012
  
Gələn il Azərbaycanda Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkilatçılığı ilə hərbçilər arasında futbol üzrə ilk Dünya Çempionatı keçiriləcək.
2.5.2012
  
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”a uyğun olaraq ərazidəki tarix-memarlıq abidələrinin qorunmasına göstərilən xüsusi qayğı çərçivəsində Qız Qalasında aparılan muzey konservasiyası işlərinin birinci mərhələsi başa çatıb.
2.5.2012
  
Azərbaycan Təhsil Nazirliyi şagirdlərin iş dəftərlərindəki bəzi məsələləri dərsliklərə daxil edəcək. Bunu çərşənbə günü Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib.
1.5.2012
  
IDEA (International Dialogue for Environmental Action) Ətraf Mühitin qorunması üzrə Beynəlxalq Dialoq Kampaniyası yeni lahiyəyə start verib. Lahiyə çərçivəsində yerli və xarici müəlliflər, ekspertlər, ətraf mühit elmi ilə məşğul olan insanlar, həmçinin professorlar və aspirantlar Azərbaycanda orta məktəblərdə dərsdənkənar kurslarda istifadə oluna biləcək ətraf mühit haqqında dərsliklər yazmağa dəvət olunurlar.
1.5.2012
  
Yerli QHT-lərin təşəbbüsü və Daxili İşlər Nazirliyi, Beynəlxalq təşkilatların dəstəyi ilə 2009-cu ildən başlayaraq hər il may ayının birinci həftəsi "İnsan alverinə qarşı mübarizə həftəsi", mayın 6-sı "İnsan alverinə qarşı mübarizə günü" kimi qeyd edilir.
1.5.2012
  
Lətif Kərimov adına Azərbaycan Dövlət Xalq Tətbiqi və Xalçaçılıq Sənəti Dövlət Muzeyində Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar tədbir keçiriləcək.
1.5.2012
  
17 may Avroviziya 2012 mahnı müsabiqəsi çərçivəsində Bakı Caz Mərkəzinin səhnəsində Estoniyanın təmsilçisi Ott Leplandın konserti keçiriləcək.
1.5.2012
  
GoMap.Az Day.Az saytına istinadən Bakının Badamdar qəsəbəsində yerləşən avtomobil bazarından son qiymətləri təqdim edir.
1.5.2012
  
Qoç - Ünsiyyətdən qaçırsınız, əsəbisiniz, hətta həmfikirlərinizlə də ortaq nöqtəyə gələ bilmirsiniz. Yox yerdən narazılıqlar yaranır və saatlar keçdikcə böyüyür, ciddiləşir. Səhərçağı hansısa razılığa gəlmək mümkündür, günün ikinci yarısı isə təmasları, ünsiyyəti minimuma endirməyə çalışın.
Şəxsi həyatınızda gözlənilməz dəyişikliklər mümkündür.
2.5.2012
  
Bərdənin Samux kənd sakini Vaqif Kərimovun təsərrüfatındakı qoyunlardan birinin dünyaya gətirdiyi quzu çoxlarını şoka salıb. Quzunun bel hissəsində ərəbcə öz əksini tapan "Allah" kəlməsini aydın oxumaq mümkündür.