22.2.2012
  
Bakıda xalq qəhrəmanı Koroğlunun xatirəsinə ucaldılmış abidənin açılış mərasimi olmuşdur. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
22.2.2012
  
Bu ilin yay aylarından etibarən Azərbaycana gələn xarici ölkə vətəndaşlarına vizalar elektron şəkildə verilə bilər. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
22.2.2012
  
Sizə AMB-nin rəsmi valyuta məzənnələrini təqdim edirik.
22.2.2012
  
Fransa hökumətinin dünən qəbul etdiyi qərara görə, nazirlik və prefektura işçiləri subay xanıma ünvanlanmış "mademuazel" kəlməsindən istifadə etməməlidirlər.
22.2.2012
  
Bakının seysmik risk xəritəsi hazırlanacaq. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, bu layihənin Yaponiya hökumətinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulur. Hələlik layihə ilə bağlı sənədləşmə işləri həyata keçirilir.
22.2.2012
  
Avstraliyanın Rio Tinto dağ-mədən şirkəti çəhrayı almaz tapıb. Bu Avstraliya ərazisində aşkarlanan ən böyük çəhrayı almaz hesab olunur. Tapılan nadir daşın çəkisi 12,76 karatdır. "Argyle Pink Jubilee" adı verilən almaz Arqayl mədənində qazıntılar zamanı aşkarlanıb.
22.2.2012
  
Qoç - Müvəffəqiyyətə ümid edə bilərsiniz. Bu gün çeviklik və güclü fantaziyaya ehtiyacınız olacaq. Bədxahlarınızın qurduqları tələlərdən yan keçə, həmçinin rəqiblərinizin yolunda maneələr qura biləcəksiniz. Belə fəaliyyət əsəblərinizi tarıma çəkəcək və günün ortasında güclü yorğunluq hiss edəcəksiniz.
21.2.2012
  
«Mən səni sevirəm Bakı» kinolayihəsində dünyaca tanınmış aktrisa Monika Beluççi çəkilə bilər.
21.2.2012
  
Belarusun İnvestisiyaların Təşviqi və Özəlləşdirmə üzrə Milli Agentliyi Bakıda öz fəaliyyətinin təqdimatını keçirəcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında deyilir.
21.2.2012
  
Fevralın 27-dən etibarən Böyük Britaniyaya səfər etmək istəyən Azərbaycan vətəndaşları viza üçün ödəmələri online rejimində həyata keçirəcək.

21.2.2012
  
Azadlıq hissi nədir? Uçuş hər zaman hüdudsuz azadlıq hissi kimi yozulur. Təqdim etdiyimiz video azda olsa, sizə bu hissi yaşamağa imkan verəcək.
21.2.2012
  
Fevralın 20-də ölkəmizin Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyi bu ölkənin ən böyük ali məktəblərindən olan Pretoria Universitetinin mərkəzi kitabxanasında Azərbaycanla həsr olunmuş sərgi təşkil etmişdir.
21.2.2012
  
Azərbaycanın avtomobil şirkətləri taksi fəaliyyətində istifadə olunması üçün Bakıya ağ rəngli avtomobillər gətirməyə başlayıb.
21.2.2012
  
Qoç - Gün ərzində müsbət tendensiyaların təsiri çox güclü olacaq. Çox şey öyrənəcəksiniz. Aldığınız məlumat da faydalı olacaq. Karyeranızda yüksəliş mümkündür. Üstəlik, bu, bir çox Qoçlar üçün gözlənilməz olacaq. Xarici tərəfdaşlarla əlaqələr qurulması üçün uyğun gündür, xaricə səfərlər də uğurlu keçəcək.
20.2.2012
  
Sizə AMB-nin rəsmi valyuta məzənnələrini təqdim edirik.
20.2.2012
  
Qoç - İşgüzar baxımdan uğurlu gündür, başqasının əlinin (beyninin) əməyi hesabına öz problemlərinizi səmərəli şəkildə həll edirsiniz. Danışıqlar da müvəffəqiyyətlə keçir. Alqı-satqı müqaviləsi, eyni zamanda nəqliyyat vasitələri və əmlaka dair sövdələşmələri imzalamaq olar. Həmkarlarınızla çoxdankı fikir ayrılığına son qoya, anlaşılmazlıq divarını yıxa bilərsiniz.
20.2.2012
  
Dünyanın ən bahalı avtomobillərindən biri indi satışdadır. "Anliker McLaren Mercedes SLR 999 Red Gold Dream" adlı al-qırmızı rəngli avtomobilin ilkin qiyməti 8,5 milyon dollardır.
20.2.2012
  
Fevralın 23-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaçılara Sadıq Şəndilin “Qanlı Nigar” pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunacaq.
21.2.2012
  
Sizə AMB-nin rəsmi valyuta məzənnələrini təqdim edirik.
20.2.2012
  
TRT-nin Bakı Təmsilçiliyi “Hepimiz Hocalılıyız” (“Hamımız Xocalılıyıq”) adlı sənədli film çəkib.Təmsilçilikdən verilən məlumata görə, son yüz ilin ən vəhşi qətliamlarını həyata keçirən ermənilərin gerçək üzünü göstərən bu sənədli filmdə Xocalı əhalisinin həyat mücadiləsi, ümidləri və arzularından bəhs edilir.