10.11.2011
  
Qoç - Gün düşünülmüş konkret təşəbbüslər üçün münasibdir. Məhz bu sizə azadlıq əldə etmək və başqalarından, hətta ən yaxınlarınızdan asılı olmamaq imkanı yaradacaq. Maddi təminat, daimi qazanc mənbəyi ola biləcək təbii istedad, eləcə də özünüzə, öz imkanlarınıza olan psixoloji inam əsas dayağınız ola bilər.
10.11.2011
  
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Türkiyənin Van bölgəsində zəlzələdən zərər çəkmiş insanlara yardım məqsədilə keçirilən kampaniya çərçivəsində bu günədək 5989 manat (7650,3 ABŞ dolları) vəsait toplanıb.
10.11.2011
  
Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin və Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə paytaxt Ankarada müqəddəs Qurban bayramı münasibətilə azərbaycanlı tələbələr üçün tədbir keçirilmişdir. Tədbirə 300-dək tələbə qatılmışdır.
10.11.2011
  
Bu gün məşhur ekstrasens Zirəddin Rzayevin 30 yaşı tamam olur. Z.Rzayev ad gününü Moskva klublarından birində qeyd edəcək.
4.11.2011
  
Məşhur aktrisa Megan Fox Giorgio Armani Beauty 2011-in reklam kampaniyasının üzü oldu. Sizə fotoları və video materialı təqdim edirik.
4.11.2011
  
Azərbaycanın Ağstafa rayonunda da zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ bu gün saat 07.00-də Ağstafadan 22 km şimali - şərqdə, 3.00 maqnitudada, 10 km dərinlikdə qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
4.11.2011
  
Dünən “Eurovision -2012” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün kastinqlərə start verilib. Milli seçimin dinləmələrində münsiflər heyətində təmsil olunan tanınmış aparıcı, Azərbaycanın “Eurovision” mahnı müsabiqəsi üzrə şərhçisi Hüsniyyə Məhərrəmova bildirib ki, sənədləri qəbul olunmuş 119 iştirakçı 3 qrupa bölünüb. Birinci qrupun iştirakçıları arasında artıq İctimai Televiziyada dinləmələrə start verilib.
4.11.2011
  
Prezident İlham Əliyev müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir: “Müqəddəs Qurban bayramı münasibətilə sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
4.11.2011
  
Noyabrın 6-dan 8-i gündüzədək Azərbaycan ərazisində gözlənilən anomal hava şəraiti arktik soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması ilə əlaqədardır.
4.11.2011
  
"Gary Gladwish Architecture" dizayn studiyası ABŞ-ın Vaşinqton ştatında "Eagle Ridge" adlı malikanə inşa edib.
Evin tikildiyi torpaq sahəsinin sahibəsi 54 il əvvəl Vaşinqtona köçmüşdü.
3.11.2011
  
“Azərbaycanda arxeoloji fondun yaradılması zəruridir. Artıq bununla bağlı təklif verilib, fondun Əsasnaməsi və digər sənədləri hazırlanıb”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib.
3.11.2011
  
Vanda baş vermiş zəlzələdən dərhal sonra Azərbaycandan axtarış-xilasetmə dəstəsi və digər yardımlar göndərilməsi ilə bağlı türkiyə vətəndaşları Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür məktubları yazıblar.
3.11.2011
  
Qeyri adi "klyok"ların şəkillərini sizə təqdim edirik.
2.11.2011
  
Çinin cənub-qərbindəki Çonqnin bölgəsindəki otel komplekslərindən birində 14345 nəfər eyni vaxtda hamama girib. Çinlilər bu minvalla Ginnesin Rekordlar Kitabına düşə biliblər.
2.11.2011
  
Azərbaycanın dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Nazim Səmədov mədəniyyət və turizm nazirinin müavini təyin olunub.
2.11.2011
  
Sizə qeyri-adi, rəngarəng çaydanların şəkillərini təqdim edirik. Bu çaydanlar həqiqətən insanın əhval-ruhiyyəsini qaldırır və çay süfrəsini daha maraqlı edir.
2.11.2011
  
Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində tikilməli olan yeni zooloji parkın yeri dəyişdirilib. APA-ya istinadən verilən məlumata görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. Nazir bildirib ki, zoopark Ceyranbatan qəsəbəsi ərazisində inşa olunacaq.
4.11.2011
  
Göyçay Rayon İcra Hakimiyyəti və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “pomegranate.az” saytı istifadəyə verilib. Sayt nar, narçılıq ənənələri, nar məhsulları istehsalı, narla bağlı xalq təbabəti, nardan hazırlanan məhsullar, el məsəlləri və s. ilə bağlı məlumatları özündə əks etdirir. “pomegranate.az” Azərbaycan və İngilis dillərində fəaliyyət göstərir.
2.11.2011
  
Qoç - Gün sizə xoş xəbərlər, eləcə də bir neçə vacib məsələnin həllinə imkan verən informasiya gətirəcək. Unutmayın ki, vaxtınızı hədər yerə itirmək olmaz: nə qədər zirək tərpənsəniz, nəticə o qədər yaxşı olacaq. Siz başqalarının əvəzinə məsuliyyəti üzərinəzə götürməli olacaqsınız. Bu, asan deyil. Çoxlu narahatlıq və həyəcan gözlənilir. Düzdür, onların əksəriyyəti yersiz olacaq.
3.11.2011
  
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə müsəlmanları təbrik edib.