15.12.2016
  

Dekabrın 14-də Milli Kitabxanada BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin professoru, Əməkdar Elm Xadimi Abuzər Xələfovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş tədbir və “Abuzər Xələfov. Biblioqrafik məlumat kitabı”nın təqdimatı keçirilib.

15.12.2016
  

Görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanlarından sonra bu trilogiyanın sonuncu romanı “Unutmağa kimsə yox...” (Kemal Abdulla. “Unutmağa kimse yok...”, Ankara 2016.) da Türkiyənin məşhur “Bengü” nəşriyyatında nəşr edilib.

15.12.2016
  

ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında( aylarında) 200 min manatdan artıq olan ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləğləri 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada keçiriləcək.

15.12.2016
  

Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın yeni seçilmiş Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu göndərib.

15.12.2016
  

Parisdə Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının 8-ci iclası keçirilib.

15.12.2016
  

Uruqvay Parlamentində Uruqvay-Azərbaycan Dostluq Qrupunun yeni tərkibi təsdiq edilib. 

15.12.2016
  

Yanvarın 1-dən etibarən “AZAL-Miles” proqramı çərçivəsində hesaba əlavə olunmuş hər bir səyahət balı həmin balın hesaba əlavə olunma tarixindən növbəti 36 ay ərzində etibarlı olacaq.

15.12.2016
  

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə və "İrəli" İctimai Birliyi təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycanın İntellektual BİRincisi" layihəsinin final mərhələsi başa çatıb.

15.12.2016
  

Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növü ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manat müəyyən edilir.

15.12.2016
  

“Dənizkənarı Bulvar ərazisində ilk dəfə olaraq 35 metr hündürlüyündə şam ağacının quraşdırılmasına başlanılıb”.

15.12.2016
  

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 487,3 mln. manat olub.

15.12.2016
  

Vergilər Nazirliyi Azərbaycanda ofşor zonalarının yaradılması ideyasının əleyhinə çıxış edir. 

15.12.2016
  

Dosent Vazeh Əsgərov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlının təqdimatı, Təhsil Nazirliyinin razılığı ilə universitetin nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetinə (UFAZ) direktor təyin olunub.

15.12.2016
  

Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb.

15.12.2016
  

Azərbaycanda milli reytinq agentlikləri yaradıla bilər.

15.12.2016
  

Azərbaycanda maliyyə sahəsində ali təhsil proqramı təkmilləşdiriləcək.

15.12.2016
  

Banklardan nağd pulun çıxarılmasının məhdudlaşdırılması məqsədilə Vergilər Məcəlləsinə dəyişikliklər layihəsinə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə, banklar və poçt rabitəsinin milli operatorları tərəfindən 1% dərəcəsi ilə sadələşdirilmiş vergi tutulmasına dair müddəa əlavə edilib.

15.12.2016
  

"Gələcəkdə ödənişli imtahanlar olarsa, bunun hansı formada keçirilməsi ilə bağlı iqtisadçılar, Dövlət İmtahan Mərkəzi və Tarif Şurasının mütəxəssisləri ilə birgə müzakirələr aparılır".

14.12.2016
  

Azərbaycan Prezidenti İlham Əliyev Yaşar Qəhrəman oğlu Məmmədovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

14.12.2016
  

Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növü ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manat müəyyən edilir.