9.8.2012
  
ABŞ-da sürətli “sms” yazmaq üzrə ölkə çempionatı keçirilib. Çempionatın qalibi Viskonsin ştatından olan 16 yaşlı Ostin Vgyrski olub. Ostin 39 saniyə ərzində 149 simvoldan ibarət “sms” yazaraq ABŞ çempionu olub.
9.8.2012
  
Bu gün Beynəlxalq Yerli Əhali Günüdür. Bu münasibət ilə BMT - nin baş katibi Pan Ki Mun ictimayiyətə müraciət edib. BMT-nin Bakıdakı nümayəndəliyindən verilən məlumata görə, müraciətdə qeyd olunur ki, bu il Beynəlxalq Yerli Əhali Gününün mövzusu "Yerli Mətbuat Yerli Xalqların səsini gücləndirir" şüarıdır.
9.8.2012
  
Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy və Maksim Prokopenko dueti XXX London Yay Olimpiya Oyunlarını 4-cü yerdə bitiriblər.
9.8.2012
  
Yaxın iki gün ərzində Azərbaycan havalar bir qədər sərinləşəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.
9.8.2012
  
Ramazan ayının yay fəslinə təsadüf etməsi insanda suya olan ehtiyacı artırıb. GoMap.Az oruc tutanlar üçün isti günlərə sərinləşdirici və susuzluğu aradan qaldıran qidalarla bağlı məlumat verir.
9.8.2012
  
Bu gün mübarək Ramazan ayının ikinci Qədr gecəsidir. GoMap.Az xəbər verir ki, “On bir ayın sultanı” olan mübarək Ramazan ayının gecələri içində bu gecədən fəzilətli gecə yoxdur.
9.8.2012
  
Böyük Britaniya məktəbləri qeyri-adi istedad və bacarığa malik Şervin Sarabi təhsil almağa dəvət edirlər. Şervin indidə Apple proqramını söküb yığmağı bacarır , 195 ölkənin yerləşdiyi yeri göstərir, yer üzünün bütün dövlətlərinin bayraqlarını tanıyır.
9.8.2012
  
Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azərspace-1”in orbitə çıxarılması və orbitdə bir illik istismar dövrü üçün Böyük Britaniyanın “Marsh” sığorta brokeri vasitəsi ilə peykin sığortalanması üzrə müqavilə imzalanıb. Bu barədə «Azərkosmos» ASC-nin mətbuat xidmətindən məlumat verilib.
8.8.2012
  
Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı rəyasət heyətinin qərarı ilə “İlin vətənpərvər xanımı” fəxri mükafatına layiq görülmüşdür.
8.8.2012
  
Bakı şəhərinin Neftçilər prospektində asfalt-beton örtüyünün salınmasına başlanılıb.
8.8.2012
  
Avqustun 8-də müasir Azərbaycan estradasının formalaşmasında məxsusi xidmətləri olmuş müğənni Akif İslamzadə ad gününü qeyd edir.
8.8.2012
  
Qoç - Gün o qədər də pis deyil, lakin emosional fonun gərginliyi hər şeyi korlayır. Məhz buna görə qıcıqlanmağa yaxınsınız və insanlarla ünsiyyətdən tez bezirsiniz.
8.8.2012
  
İnsan bağırsaqlarındakı bakteriyalar çox kiçik yaşlarda meydana gəlməyə başlayır. Lakin bununla bağlı müəyyən problem yaranarsa, bu, xoşbəxtlik hormonu kimi tanınan serotoninin ifraz olunmasına maneələr törədə bilər.
8.8.2012
  
Rasim Balayevin 64 yaşı tamam olur. Avqustun 8-i Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı Rasim Balayevin doğum günüdür.
8.8.2012
  
Şəlalə Baxşıyeva əvvəlcə gördüklərinə inanmasa da, sonrakı günlərdə yenə lavaş bişirərkən eyni mənzərədən heyrətə gəlib.
8.8.2012
  
Tikinti işlərii ilə əlaqədar olaraq Bakı Metropoliteninin “20 Yanvar-Dərnəgül” sahəsi avqustun 9-u saat 22:00-dan avqustun 13-ü saat 06:00-a qədər bağlanacaq.
8.8.2012
  
Oruc tutanların idman etməsi üçün ən münasib vaxt iftardan 2-3 saat sonra olan vaxtdır.
8.8.2012
  
“Qan Donorları Assosiasiyası” İctimai Birliyi və “İRƏLİ” İdman Mərkəzinin birgə təşkilatçılığı ilə 14-20 avqust tarixləri arasında Şamaxı şəhərində gənclər üçün “Alfa Ekstrim - Yay Düşərgəsi” layihəsi keçiriləcək.
9.8.2012
  
Dünyanın ən məşhur göydələnlərindən biri, Manhettenin “Empire State Building” binası avqustun 8-də Azərbaycanın dövlət bayrağının rənglərinə bürünərək Nyu-York şəhərini işıqlandırdı.
8.8.2012
  
GoMap.Az İngiltərə mətbuatına istinadən London 2012 Olimpiadasında çıxış edən sinxron üzgüçülərin fotolarını təqdim edir.