22.6.2012
  
Qoç - Ünsiyyət üçün çox əlverişli gündür. Siz elə adamlarla dil tapa biləcəksniz ki, hətta, psixoloqlarlar da həsəd aparacaqlar. İş danışıqları çox yaxşı keçəcək, siz istəyinizə çatacaqsınız. Özü də bunun üçün nə hiyləgərlik, nə də opponentinizə təzyiq göstərmək lazım gələcək.
25.6.2012
  
"National Geographic" dərgisində yayılan araşdırmaya görə, hər 14 gündə dünyada danışılan bir dil məhv olur.
25.6.2012
  
İyunun 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir.
25.6.2012
  
Mədəniyyət və Turizm Nazirliyi Şəki xanları sarayının 250 illik yubileyinin təntənəli şəkildə qeyd olunması barədə qərar qəbul etmişdir.
25.6.2012
  
"Microsoft"un qurucusu Bill Qeytsin həyat yoldaşı Melinda Qeyts ilə evləndiyi məkanı - Lana'i adasını şirkətin ən böyük rəqibi olan "Oracle"ın təsisçisi Larri Ellison alıb.
22.6.2012
  
Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyinin və “İRS-Heritage” jurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə Azərbaycan həqiqətlərinin dünyada təbliği sahəsində geniş xidmətləri olan “İRS” jurnalının yapon dilində ilk nömrəsi nəşr olunmuşdur.
22.6.2012
  
Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, sərbəst güləş üzrə gənc qızlar arasında 44, 51, 59 və 67 kq çəki dərəcələrində görüşlər keçirilib.
22.6.2012
  
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “NETTY-2012” milli internet müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.
22.6.2012
  
ABŞ-da Azərbaycanın dünya şöhrətli müğənnisi, xalq artisti Zeynəb Xanlarova Fondu yaradılıb. Fondun yaradılmasına Zeynəb Xanlarovanın bu ilin aprel ayında ABŞ-dakı konsertindən sonra qərar verilib. Fondun prezidenti Zeynəb Xanlarova özüdür.
22.6.2012
  
Azərbaycan prezidenti İlham Əliyev iyunun 22-də Bakının Səbail rayonunun Badamdar qəsəbəsində Heydər Əliyev parkının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qəsəbədə görülən işlər barədə dövlət başçısına məlumat verib.
22.6.2012
  
Günəş vannası qəbul etdikdə vücudun derma adlanan dəri qatındakı hüceyrələrin kimyəvi tərkibinin dəyişməsi ilə bədən qaralır.
22.6.2012
  
İyunun 23-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
22.6.2012
  
“Air Astana” şirkətinin Bakı ofisi bu gün Almatı-Bakı aviareysini yerinə yetirən təyyarənin qəza enişi etməsi ilə bağlı açıqlama yayıb.
22.6.2012
  
Bu gün Xalq artisti Bülbülün doğum günüdür. Bülbül adı ilə məşhurlaşan Murtuza Məmmədov iyunun 22-i 1897-ci ildə Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə anadan olub. Səhnə fəaliyyətinə 1916-cı ildən başlayıb.
22.6.2012
  
Əməkdar artist Fidan Hacıyeva növbəti klipini ekranlaşdırıb. Müğənni sözləri Ramiz Abdullayevə, musiqisi Sevda İsgəndərovaya aid olan “Ana yurdum mənim, Azərbaycanım” adlı mahnıya ekran həyatı verib.
22.6.2012
  
İyulun 3-dən etibarən «Azərbaycan Hava Yolları» şirkəti (AZAL) Bakı-Təbriz-Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.
21.6.2012
  
Azərbacanın "Asiman" uşaq rəqs qrupu "Dans Olimpia 2012" müsabiqəsində uğura imza atıb.
21.6.2012
  
İsveç sahillərində qeyri-adi gəmi qalıqları aşkar edilmişdir. Bu, son illərdə aşkarlanan digər tapıntılara dair elmə qaranlıq qalan sualları daha da çoxaltmışdır.
21.6.2012
  
Rusiyada yaşayan azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov “Fashion People Awards – 2012” mükafatına layiq görülüb.
21.6.2012
  
XX əsrdə antibiotiklər sayəsində insan ömrünün uzunluğu 25 il artıb. Yaxın vaxtlarda isə insan ömründə bir qədər də artacaq. Bu dəfə artım hüceyrə terapiyası və toxuma mühəndisliyi sayəsində baş verəcək.