16.4.2012
  
Azərbaycan prezidenti İlham Əliyev Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında sərəncam imzalayıb.
16.4.2012
  
Bolduin Strit küçəsi Yeni Zelandiyanın Cənub adasında, Danidin şəhərində yerləşir. nNors-Roudda başlayan küçə Byukenen Stritlə kəsişmədə başa çatır.
16.4.2012
  
ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində retro avtomobillərin ənənəvi sərgi-şousu keçirilib.
16.4.2012
  
İngiltərədə gənci bir gündə iki dəfə ildırım vursa da, o sağ qalıb. 19 yaşlı Mett Uilks özünü pis hiss etmir. Mett Uilks Uayt adasındakı çəmənliklərdən birində olanda başında çətir-papaq vardı.
13.4.2012
  
Sizə populyar müğənni Jennifer Lopez və Pitbullun 'Dance again' musiqisinə çəkilmiş yeni klipini təqdim edirik.
Clip 'Dance again'
13.4.2012
  
Cənub siklonunun ölkə ərazisindən keçməsi nəticəsində hava şəraitinin təzadlı dəyişməsi, eyni zamanda xəzri küləyinin güclənməsi, atmosfer təzyiqinin yüksəlməsi meteohəssas insanlar üçün əlverişsiz olacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, aprelin 14-ü gündüz və 15-də isə bütün biometeoroloji amillərin norma daxilində tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.
13.4.2012
  
Parisdə Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” mövzusunda sərginin açılışı olmuşdur.
13.4.2012
  
Bakıda nəqliyyatı intellektual idarəetmə sistemi işıqforların iş vaxtını "yaşıl dalğa" rejimində tənzimləməyə imkan verəcək. Bu barədə cümə axşamı Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat veriblər. "Yaşıl dalğa" nəqliyyat vasitələrinin hərəkətinin işıqforlarla tənzimlənməsinin avtomatik sistemidir.
13.4.2012
  
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF-2012”) sərgisini ziyarət edib. Dövlət başçısına sərgi barədə ətraflı məlumat verilib.
13.4.2012
  
Bakıda keçirilən beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycan və San-Marino arasında turizm sahəsində əməkdaşlığa dair saziş imzalanıb.
13.4.2012
  
Türkiyənin məşhur aktyor və modeli Kıvanc Tatlıtuğ 2002-ci ildə yaxın münasibətlər qurduğu, amma sonra iki dəfə həmin münasibətləri pozaraq bərpa etdiyi Azra Akınla ailə həyatı qurmağa hazırlaşır.
13.4.2012
  
ABŞ-da internet saytlarının birinin apardığı sorğu nəticəsində Fransa turistlərlə ən kobud rəftar edən ölkə seçilib.
13.4.2012
  
AFFA dünya şöhrətli müğənni Cennifer Lopesi Bakıya gətirir. 43 yaşlı amerikalı ulduz bu ilin payızında ölkəmizdə keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatına dəvət olunub.
13.4.2012
  
Çində tikintisi beş il davam edən və 15 milyon funt sterlinqə başa gələn yaxta suya buraxılıb. Yaxta çox qəribə görünüşə malikdir. Belə ki, Hollivud filmlərindəki kosmik gəmiləri xatırladır.
13.4.2012
  
Qoç - Bu gün sizin üçün olduqca uğurlu keçəcək. Siz nəinki iş həftəsi ərzində başladığınız işləri başa çatrıracaq, hətta, çox əyləncəli və prespektivli yeni layihə üzərində işə başlayacaqsınız. Söhvdələşmələrə getmək, iş təklifləri qəbul etmək olar: tale qarşınızda uğura yeni yol açır.
13.4.2012
  
Azərbaycanda virtual dərslik kitabxanasının yaradılması barədə təkliflər hazırlanacaq.
12.4.2012
  
Moskvanın “Aydan” qalereyasının sahibəsi, rəssam və müəllimə Aydan Salahova qalereya biznesindən imtina edərək bütün diqqətini şəxsi yaradıcılığa yönəltmək fikrindədir. Bununla bağlı “RİA Novosti”yə müsahibə verən rəssam bildirib ki, qalereyanın yerində “Aidan Studio” adlı rəssamlıq emalatxanası açacaq.
12.4.2012
  
“Eurovision 2012” mahnı müsabiqəsi çərçivəsində Azərbaycana gələn turistlərin yerləşdirilməsində heç bir problem olmayacaq.
12.4.2012
  
Argentinada öldüyü zənn edilərək meyitxanaya qoyulan uşaq anasının sayəsində xilas olub.
12.4.2012
  
“YouTube” kanalında populyar ifaçı EMİN-in “Baby Get Higher" kompozisiyasına çəkdirdiyi yeni klipi təqdim olunub. Klip Londonda Kembricin yaxınlığında çəkilib.

Qeyd edək ki, "Baby Get Higher" mahnısı EMİN-in yeni "After the thunder" albomuna daxil edilib.