15.12.2016
  

Azərbaycanda peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək.

15.12.2016
  
Bakı Metropoliteninin "Cəfər Cabbarlı" stansiyasının birinci yolu təmir-bərpa işlərindən sonra bu gün istifadəyə verilib.
15.12.2016
  

Azərbaycana qış fəslinin daxil olacağı dəqiq vaxt açıqlanıb.

15.12.2016
  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçiriləcək.

15.12.2016
  

Azərbaycanın aparıcı KİV rəhbərlərinin Türkiyənin paytaxtı Ankaraya səfəri davam edir.

15.12.2016
  

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

15.12.2016
  

Gürcüstan paytaxtı Tbilisidə yerləşən Narınqala tarixi abidəsinin təmir-bərpa işləri 2017-ci ilin sonunda başa çatacaq.

15.12.2016
  

Tallin şəhərində fəaliyyət göstərən “Tallinn Pae” gimnaziyasında “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü, eləcə də Azərbaycan və Türkiyənin bu ölkədəki səfirlikləri, Estoniya Mədəniyyət Nazirliyi, “MISA” İnteqrasiya və Miqrasiya Fondu və Tallin Şəhər İcra Hakimiyyətinin “Peaceful home” layihəsinin dəstəyi ilə “Azərbaycan və Türkiyə tarixi, mədəniyyəti və təbiəti ilə tanışlıq” adlı layihənin başlanması münasibətilə tədbir keçirilib.

15.12.2016
  

Dekabrın 14-də Müasir İncəsənət Muzeyində tanınmış Azərbaycan heykəltəraşı Zakir Mehdiyevin sərgisi açılıb.

15.12.2016
  

Dekabrın 5-dən 13-dək Yaponiyanın Çukuba Universitetində təşkil edilən “Cənubi Qafqaz ölkələri + Moldova” yapon dilinin və mədəniyyətinin tədqiqi üzrə beynəlxalq seminarda azərbaycanlı alim və tələbələr də iştirak ediblər.

15.12.2016
  

Dekabrın 14-də Xalça Muzeyində Azərbaycanın ilk milli zərgərlik brendi olan “Resm”in "Tarixin çarxları" adlı kolleksiyası təqdim edilib.

15.12.2016
  

Dekabrın 14-də Dövlət Film Fondunda Xalq Rəssamı Elbəy Rzaquliyevin 90 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

15.12.2016
  
Azərbaycan Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar Konfederasiyasının üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki Abbas Kazımov “Rənglərin qafiyəsi” layihəsinə görə Rusiya Rəssamlıq Akademiyasının qızıl medalı ilə təltif edilib.
15.12.2016
  

Dekabrın 14-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ilə Moskva şəhər Qara Qarayev adına uşaq musiqi məktəbi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

15.12.2016
  

Dekabrın 17-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında uşaq, yeniyetmə və gənclərin əl işlərindən ibarət “Müstəqil Azərbaycanım” adlı ümumrespublika müsabiqə-sərgisi keçiriləcək.

15.12.2016
  

Dekabrın 14-də İstiqlal Muzeyinin ekspozisiyasında “21 Azər” hərəkatının süqutundan sonra Azərbaycana mühacirət etmiş Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Hökumə Billuri və digər şair və yazıçıların yubileyləri ilə əlaqədar onların şəxsi əşyalarından ibarət sərgi açılıb.

15.12.2016
  

Dekabrın 14-də Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi, professor Azər Dadaşovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

15.12.2016
  

Dekabrın 20-də Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Ərəb dili üzrə xəttatlıq sənəti” adlı treninq kursları təşkil olunacaq.

15.12.2016
  

Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın yeni seçilmiş Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu göndərib.

15.12.2016
  

ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında( aylarında) 200 min manatdan artıq olan ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləğləri 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada keçiriləcək.