14.12.2016
  
Azərbaycanda jurnalistikanın inkişafına töhfə verərək gənc jurnalistlərin hərbi sahədə biliklərini artırmaq, onları hərbi əməliyyatlar zamanı informasiyanın cəmiyyətə düzgün ötürülməsi ilə bağlı məlumatlandırmaq məqsədilə həyata keçirilən “Həyəcan siqnalı-2” layihəsinin icrası başa çatdırılıb.
14.12.2016
  

Bakı şəhəri, Qaradağ rayonu Lökbatan-Qobu avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

14.12.2016
  

Xəbər verdiyimiz kimi, Nat Geo Wild telekanalı Qafqaz bəbiri ilə bağlı film hazırlayıb.

14.12.2016
  
Azərbaycan Kinematoqrafçılar İttifaqı "Yeni Nəfəs-2” ssenari müsabiqəsinin iştirakçıları üçün "Müasir ssenari yaradıcılığının əsasları” mövzusunda seminarlar keçirib.
14.12.2016
  

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına yekun vurulub.

14.12.2016
  
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə “Mən bir ağac əkmişəm” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin və Bakı Ali Neft Məktəbinin tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağında (MNB) olublar.
14.12.2016
  

Bakıda “Azərbaycan Tələbə Kartı”nın yeni variantının təqdimat mərasimi keçirilir.

14.12.2016
  
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nın təsdiq edilməsi ilə əlaqədar brifinq keçirib.
14.12.2016
  
Dekabrın 14-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında FHN-in təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda məktəblilər arasında keçirilmiş VI Ümumrespublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin sərgisi və onların mükafatlandırılması mərasimi olub.
14.12.2016
  
Bakı Dövlət Universitetinin (BDU) dosenti Qəmər Mürşüdlü Türkiyənin Antalya şəhərində keçirilən Türk Dünyası Təhsil və Sosial Elmlər Konqresində iştirak edib.
14.12.2016
  

Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növü ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manat müəyyən edilir.

13.12.2016
  
Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təsis edilən Gənc Həkimlər Birliyinin üzvləri rayonun Muxtariyyat kəndində 85 sakinin tibbi müayinə və müalicəsini həyata keçirib.
13.12.2016
  

Hindistanın Kardioloji cəmiyyətinin məlumatına görə, hipertoniyadan əziyyət çəkən insanlara yoqa məşğələləri yaxşı kömək edə bilər.

13.12.2016
  

Hindistanın 5-ci Delhi Beynəlxalq Film Festivalının müsabiqə proqramında C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Dərs” və “Onun atası” bədii filmlərinin nümayişi baş tutub.

13.12.2016
  

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 16-da saat 11ºº-da Sabirabad şəhərində vətəndaşları qəbul edəcək.

13.12.2016
  

Ümummilli lider Heydər Əliyevin anım günü ərəfəsində Azərbaycanın Macarıstandakı səfirliyi tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı, Azərbaycanın Dövlət Mükafatı laureatı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Şəxsiyyət və zaman” üçcildlik sənədli romanının birinci cildini macar dilində nəfis şəkildə nəşr etdirib.

14.12.2016
  

Xərçəng xəstəliklərinin müalicəsində istifadə olunan kimyaterapiyanın əsas yanaşı təsirlərindən biri saçların tökülməsidir.

13.12.2016
  

Məlum olduğu kimi, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Parisdə UNESCO-nun baş qərargahında silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə hökumətlərarası komitənin 11-ci sessiyasında iştirakla bağlı səfərdədir.

14.12.2016
  
Paytaxt məktəblilərinin peşə təhsilinə marağının artırılması məqsədilə ekskursiyalar təşkil olunub.
13.12.2016
  

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi “Nəcib Məhfuz oxucuların gözü ilə” adlı esse yazı müsabiqəsi elan edib.