18.4.2012
  
Türkiyənin İstanbul şəhərində güclü fırtına baş verib. Fırtına nəticəsində şəhərin bir sıra yerlərinə ciddi ziyan dəyib.
18.4.2012
  
2012-ci ilin ən sürətli avtomobillərinin siyahısı bəlli olub. Belə ki, siyahıda yer alan 10 modelin hamısı Avropa və Amerikada istehsal olunub. Onuncu yerdə 2 model qərar tutub: “Ascari A10” və “Pagani Zonda F”. İngiltərədə istehsal edilən “Ascari A10”un 600 at gücü mühərriki 100 km/saata cəmi 2.8 saniyəyə çatmağa imkan verir. Maksimal sürət 350 km/saatdır.
18.4.2012
  
Avropalı geoloqlar və astronomlar Marsın səthində şüşə təpələr aşkar etmişlər. Avropalı alimlər Marsın “zülmət regionları” adlanan bölgələri araşdırmışlar.
18.4.2012
  
Bakı və Abşeron yarımadasında yaxın 3 gün ərzində hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
18.4.2012
  
Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi üçün 3 milyon manat vəsait ayrılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə aprelin 17-də Sərəncam imzalamışdır.
18.4.2012
  
“Bakı, mən səni sevirəm” kinolayihəsinin 1-ci sessiyasının çəkilişləri başa çatıb. Layihənin mətbuat katibi Şahnaz Abdullayevanın verdiyi məlumata görə, 1-ci sessiyada filmə daxil olan 10 kinonovelladan 5-i çəkilib. Novellaları rejissorlar Yeqor Konçalovski, Aleksey Qolubev, Nərgiz Bağırzadə, Samir Kərimoğlu və İlqar Safat çəkib.
18.4.2012
  
İsveçrənin “Shawish” adlı zərgərlik emalatxanası dünyada ən bahalı fləş-kart təqdim edib. Onun qiyməti 36.9 min dollar təşkil edir.
18.4.2012
  
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolunun 156-cı km-də, Qaraçay üzərində uçan körpüyə baxış keçirib.
18.4.2012
  
Ekoloji maarifləndirmə tədbirlərinə xüsusi önəm verən “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) internet məkanında ilk ekooyuna başlamışdır.
18.4.2012
  
Bu ilin axırına kimi lotereya biletlərinin internet vasitəsilə satışına başlana bilər. Bu barədə “Azərlotereya”nın rəhbəri Maqsud Tağıyev məlumat verib. Onun sözlərinə görə, artıq onlayn satış üçün proqram təminatı hazırlanır.
18.4.2012
  
Bakı Musiqi Akademiyasının tələbələri Mustafa Mehmandarov, Elvin Nəcəfov və Narın Musayeva TÜRKSOY-un simfonik orkestrinin tərkibində ABŞ-da “Yunus Əmrə” oratoriyasının təqdimatında iştirak edəcəklər .
18.4.2012
  
“Apple” və “Samsung” rəhbərləri görüşməyə və şirkətlərin bir-birlərinə qarşı olan bütün iddialarını müzakirə etməyə razılaşıblar.
17.4.2012
  
ABŞ-ın Stenford Universitetinin tibb məktəbində aparılan araşdırma göstərib ki, riyaziyyatı pis bilən uşaqların beyni həyəcandan başqa cür işləyir. Bu barədə "Medical News Today" yazır.
İkinci və üçüncü sinif şagirdlərinin beyinlərinin skan edilməsi zamanı tənliyin bir növünün beyni təşviş və qorxu ilə bağlı aktivliyə təhrik etdiyi məlum olub. Bu zaman beynin riyazi tapşırığın həllinə görə cavabdeh olan hissəsinin aktivliyi azalır.
17.4.2012
  
Bu gündən etibarən «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Roma-Bakı istiqamətində müntəzəm aviareyslərin həyata keçirilməsinə başlayıb.
Sözügedən aviareyslər hər həftənin II, IV və VI günləri saat 08:25-də «Airbus-319» və «Airbus-320» tipli avialaynerlər ilə yerinə yetiriləcək.
17.4.2012
  
Azərbaycanın “Eurovision-2012” mahnı müsabiqəsində təmsil edəcək Səbinə Babayeva APA-ya müsahibə verib. Ukraynada şouya hazırlıq prosesi keçən təmsilçimiz müsahibəsində Azərbaycanın ev sahibliyi etdiyi 57-ci “Eurovision” mahnı müsabiqəsindən, bu yarışmada təmsilçi kimi çıxış etməsinin sevincindən danışıb, eləcə də hamını müsabiqə öncəsi ona dəstək olmağa səsləyib.
17.4.2012
  
““Eurovision - 2012” mahnı müsabiqəsi ilə əlaqədar olaraq Bakı məktəblərində dərslərin vaxtından əvvəl dayandırılması barədə məsələ müzakirəyə çıxarılmayıb”. Bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib.
17.4.2012
  
Azərbaycanda ilk dəfə olaraq psixoloji problemləri olan insanlar üçün dövlət səviyyəsində "İnam telefonu" fəaliyyət göstərəcək. Bunu bazar ertəsi Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Zəfər Əliyev deyib.
17.4.2012
  
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ilk dəfə olaraq Azərbaycan ərazisində 427-ci ildən 2010-cu ilə qədər baş vermiş güclü, dağıdıcı zəlzələlərin episentr xəritəsini hazırlayıb. Bu barədə RSXM-in baş direktoru Qurban Yetirmişli bildirib.
17.4.2012
  
Ölkəmizdə keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının finalında qonaq qismində Şakira və Rihanna çıxış edəcəklər.
17.4.2012
  
Azərbaycan ərazisinə cənub siklonunun daxil olması ilə əlaqədar olaraq yağan yağışlar bu gün və ayın 18-nə keçən gecə fasilələrlə davam edəcək.