27.4.2012
  
Qoç - Hadisələri tələsdirməyin və neqativ emosiyalara uymayın. Diqqəti cəmləşdirməyiniz çətin olacaq. Amma bu, özünüzə hirslənmək üçün əsas deyil. Ümumiyyətlə, bütün emosiyaları kənara qoymaq və istisnasız olaraq məntiqlə hərəkət etmək pis olmazdı. Xüsusilə günün ikinci yarısında miqren mümkündür. Səhhətinizdəki problemlər əsəb gərginliyi nəticəsində əmələ gələcək.
Yaxınlarınız çox çalışsalar da, sizi hər zaman düz başa düşmürlər.
27.4.2012
  
Facebook sosial şəbəkəsi xüsusi bölmə yaradaraq istifadəçilərə 6 aylıq lisenziyası olan pulsuz antivirus proqramlarını yükləmək üçün imkan yaradıb.
27.4.2012
  
Almaniyanın “Daimler” avtomobil şirkətinin xalis mənfəəti bu ilin I rübündə 26% artaraq 1,34 mlrd. avro təşkil edib. Bu barədə şirkətin açıqladığı maliyyə hesabatında bildirilir.
27.4.2012
  
Paris Universitetinin alimləri cavan qalmağın vasitəsi qismində meyvə turşuları yox, 60 karbon atomundan ibarət molekulu təklif edirlər. Bu molekul geodezik sfera olan bakminsterfuklleren və ya bakiboldur.
26.4.2012
  
Azərbaycan fotojurnalistikasında idman sahəsi üzrə 60 il çalışmış Faiq Rəcəbli 89 yaşında dünyasını dəyişib. Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu bildirib ki, fotoqraf uzun sürən xəstəlikdən vəfat edib.
26.4.2012
  
Dünyanın ən qədim almazlarından biri hesab edilən 400 yaşı olan “Beau Sancy” hərraca çıxarılaraq satılacaqdır. 34,98 karatlıq almazın ilkin qiyməti 4 milyon dollardır.
26.4.2012
  
Qoç - Bu günü sakit, təlaşsız və tələskənlik olmadan keçirin. Risk etməyə, bir qədər şübhəli görünən işlərə girişməyə dəyməz. İntuisiyanız sizi pis vəziyyətdə qoya bilər. Ona görə də qərarların qəbulu zamanı məntiqə və sağlam düşüncəyə arxalanmaq lazımdır. Daha yüksək mövqe tutan insanlarla işgüzar əlaqələr məsləhət deyil.
26.4.2012
  
Uzun müddət qadınlar ömrün uzunluğu göstəricilərinə görə lider mövqe tutublar. Lakin ingilis alimlərinin fikrincə, tezliklə hər şey dəyişəcək və 2030-cu ildə qadınlarla kişilər arasında statistik fərq itəcək.
26.4.2012
  
Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 104 il keçir.
26.4.2012
  
“Eurovision-2012” mahnı müsabiqəsinin Mətbuat Mərkəzi mayın 13-də açılacaq."Baku Crystal Hall"ın yaxınlığında inşa olunan Mətbuat Mərkəzi 5000 m2 ərazini əhatə edir. Mərkəzdə yüksək sürətli WI FI sistemi quraşdırılıb.
26.4.2012
  
Aprelin 27-də Azərbaycan Diplomatik Akademiyası (ADA) və ADA Kitab Mərkəzi II Beynəlxalq Festival keçirəcək. ADA-dan verilən məlumata görə, ADA Kitab Mərkəzində keçiriləcək festivalın məqsədi, iyirmiyədək ölkənin nümayəndələrini bir yerə gətirməklə, müxtəlif mədəniyyətlər arasında dialoq yaratmaq və Azərbaycandakı beynəlxalq tələbələrin ünsiyyət qurmasına şərait yaratmaqdır.
26.4.2012
  
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi “Mənim Avropam” adlı uşaq rəsm müsabiqəsi keçirir. APA-nın xəbərinə görə, müsabiqə Avropa Günü münasibətilə təşkil olunub. Müsabiqədə 5 yaşından 14 yaşına qədər uşaqlar iştirak edə bilər. Rəsmlər mayın 8-nə qədər Bakı Müasir İncəsənət Qalereyasına təqdim olunmalıdır. Qaliblər iki yaş kateqoriyası üzrə seçiləcək.
26.4.2012
  
Bu gün Azərbaycan Dillər Universitetində “BMT-də Dillər Günü” təşəbbüsü çərçivəsində ingilis dramaturqu Vilyam Şekspirin anadan olması münasibətilə İngilis dilli günü qeyd olunub. Tədbir gənclər arasında çoxilliyi və mədəni müxtəlifliyə qarşı hörməti aşılamaq məqsədilə keçirilir.
26.4.2012
  
ABŞ-ın məşhur "People" jurnalı "2012-ci ilin ən gözəl qadını" sorğusunu başa vurub.
GoMap.Az TMZ-yə istinadən bildirir ki, jurnalın oxucuları arasında keçirilmiş sorğuda amerikalı müğənni, 30 yaşlı Beyons Nouls "İlin ən gözəl qadını" seçilib.
25.4.2012
  
“Rossiyskaya qazeta”nın 24 aprel tarixli nömrəsinin qoşa səhifəsi bütünlüklə “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində olan Azərbaycana həsr edilmişdir. Qoşa səhifədəki ilk material Aleksandr Karavayevin “Öz yerində” adlı məqaləsidir. Məqalə bu sözlərlə başlanır: “Mahnı müsabiqəsində Azərbaycanın qələbəsi qanunauyğundur”.
25.4.2012
  
Aprelin 28-də görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 89-cu ildönümünə həsr edilmiş “Oftalmologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir.
25.4.2012
  
Azərbaycanın tanınmış teleaparıcısı Kamilə Babayeva subaylığa əlvida deyən məşhurlar sırasına adını yazdırıb.
25.4.2012
  
Aprelin 24-də Azərbaycan Respublikasının Monteneqroda diplomatik nümayəndəliyi rəsmi fəaliyyətə başlamışdır. Paytaxt Podqoritsa şəhərində nümayəndəliyin rəsmi açılış mərasimi keçirilmişdir.
25.4.2012
  
Böyük Britaniya "Eurovision" mahnı müsabiqəsindəki qaliblərinin, eləcə də müsabiqə üzrə şərhçilərinin fotosu və avtoqrafı əks olunduğu xüsusi bayraqlar hazırlayıb. GoMap eurovision.az saytına istinadən xəbər verir ki, bu bayraqların hazırlanması xeyriyyə məqsədi daşıyır. Britaniyalı dizayner Ben Morrisin təşkilatçılığı ilə ərsəyə gələn bayraqlar hərraca çıxarılacaq.
26.4.2012
  
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ay ərzində "Azercell" mobil rabitə operatoruna 4G standartında xidmətlər göstərmək üçün lisenziya təqdim edəcək. Bu barədə çərşənbə günü rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, "Azercell" Bakıda 4G xidmətlərini göstərməyə hazırdır.