12.3.2012
  
İsveçrəli Remo Len dünyada ən unikal rekordlardan birini vurub.O, Alp dağlarındakı Verbye dağ-xizəkçilik kurortunda təyyarə ilə göyə qalxıb, 7500 metr yüksəklikdən aşağı atılıb.
12.3.2012
  
Ötən iki gün ərzində Şamaxı, İsmayıllı, Qəbələ, Ağsu və Qobustan rayonlarına güclü qar yağması səbəbindən bəzi yollar buz bağlayıb.
12.3.2012
  
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın Xorvatiya prezidenti İvo Yosipoviç və xanımı Tatyana Yosipoviçlə birgə görüşü olub. Sonra prezidentlərin təkbətək görüşü keçirilib. Görüşdə Azərbaycanla Xorvatiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, dövlətlər arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.
12.3.2012
  
Mart ayının 11-də Azərbaycan Milli İncəsənət Muzeyində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Fransa inciləri” mövzusunda sərgi açılıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, ölkəmizdə səfərdə olan Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran, ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri, ziyalılar, diplomatik korpusun rəhbərləri sərginin açılış mərasimində iştirak ediblər.
12.3.2012
  
Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinə verdiyi tapşırıqlara və Bakının Baş Planına uyğun olaraq Azərbaycan paytaxtının Füzuli, Səməd Vurğun, Mirzağa Əliyev və Şıxəli Qurbanov küçələrinin əhatə etdiyi (Akademik Milli Dram Teatrının qarşısındakı) ərazidə çox pis vəziyyətdə olan mənzillər və qeyri-yaşayış sahələri hər kvadrat metrinə 1500 manat ödənilməklə köçürülür. Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib.
12.3.2012
  
Dünyada vərəmə qarşı yeni vaksinlər hazırlanır. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ofisinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova bildirib.
12.3.2012
  
Bakı şəhərindəki “Gülüstan” Sarayında Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı başlayıb. Qurultay iştirakçıları əvvəlc Fəxri Xiyabanda Heydər Əliyevin abidə kompleksini və Şəhidlər Xiyabanını ziyarət ediblər.
12.3.2012
  
Maraqlı və rəngarəng video dərslər vasitəsi ilə körpələrinizə həm ingilis dilini öyrənməyə həm də, müəyyən biliklərə yiyələnməyə kömək edəcəksizniz.
12.3.2012
  
Qoç - Hər şey əladır. Həvəslisiniz, çətin problemlərin öhdəsindən asanlıqla gəlir, bir çox suallara cavab tapırsınız. Bəzən başqalarının işlərini də görməli olursunuz, amma şikayət etmirsiniz, ətrafdakılara yardım etmək xoşunuza gəlir.
12.3.2012
  
Tədqiqatlar göstərir ki, gün ərzində içilən suyun miqdarına görə hər iki nəfərdən biri orqanizmini susuz qoyur, yüngül susuzlama yaşayır. Orqanizmdə su azlıq təşkil etdikdə qan qatılaşır və bu da orqanlara oksigen və qida maddələrinin az miqdarda daxil olmasına gətirib çıxarır.
12.3.2012
  
Ta qədim zamanlardan məlumdur ki, təzə-tər meyvələrdən çəkilmiş şirə ən yaxşı məlhəmdir. Onun köməyi ilə nəinki xəstəlikləri müalicə etmək olur, hətta onların qarşısını da almaq mümkündür. 1939-cu ildə ABŞ naturoloqu Normann Uokerin «Şirələrlə müalicə» kitabı nəşr olundu. Kitab dərhal populyarlıq qazandı və hər il müxtəlif ölkələrdə ayrı-ayrı dillərdə nəşr edilməyə başladı. Uoker kəşf etmişdi ki, şirələrdə 90 faiz su var və bu, sözün əsl mənasında dirilik suyudur. Şirələrin tərkibində bioloji cəhətdən olduqca fəal hüceyrələr var. O, orqanizmdə vitaminlərin, faydalı mikroelementlərin, üzvi turşuların artmasına xidmət edir. Şirə dərhal maddələr mübadiləsinə qoşulur və insan hüceyrələrinin fəaliyyətinə təkan verir.
12.3.2012
  
Araşdırma müəllifləri iddia edirlər ki, qadınlar kişilərdən daha çox, digər qadınlara təsir etmək üçün bəzənirlər. Sorğuda iştirak edən qadınların 3-də ikisi həmcinslərindən kompliment almaq üçün geyinib-bəzəndiklərini etiraf ediblər.
9.3.2012
  
Martın 12-də Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan-Xorvatiya biznes forumu keçiriləcəkdir.
9.3.2012
  
Britaniya əyalətlərinə turne çərçivəsində Leyçester şəhərində möhtəşəm tədbir keçirilib. “Almaz yubiley”ini qeyd edən Britaniya kraliçası II Yelizaveta Britaniya turu çərçivəsində İngiltərənin Leyçester şəhərinə səfər edib.
9.3.2012
  
İsveçrədəki "Hublot" zinət əşyaları və saat şirkəti dünyanın ən bahalı qol saatını satışa çıxarıb.Şirkətin baş icraçı direktoru Jan-Klod Biverin dediyinə görə, 1292 brilyant qaşla bəzədilmiş saatın qiyməti 5 milyon dollardır. Həmin saatda hər biri 3 karatdan artıq 6 brilyant qaş da var.
12.3.2012
  
Uorvik Universitetinin alimlərinin fikrincə, insan yaşlandıqca, daha xoşbəxt olur. “The Daily Mail” yazır ki, orta yaş həddini keçdikdən sonra insanların səhhəti pisləşsə də xoşbəxtliyin səviyyəsi artır.
12.3.2012
  
Kicik QalArt qalereyası sizi məşhur gürcü rəssamı Koka Ramişvilinin "Ağ işıq" sərgisinə dəvət edir. Sərgi 15 mart 19:00-da açılacaq.
9.3.2012
  
Ən yaxşı ali məktəblərə daxil olmağa, ən yaxşı vəzifəni əldə etməyə çalışan şöhrətpərəst insanlar əslində heç də həmişə xoşbəxt həyat sürmələri ilə fəxr edə bilmirlər.
9.3.2012
  
Fevralın 11-də naməlum səbəbdən 48 yaşında vəfat etmiş pop kraliçası Uitni Hyustonun vəsiyyətnaməsi açıqlanıb.
9.3.2012
  
Qax Dövlət Kukla Teatrında Azərbaycanda milli teatrın yaranmasının 139-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Teatrsevərlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri teatrın direktoru Nazim Mahmudov açaraq, 10 mart - Milli Teatr Günü münasibətilə həmkarlarını təbrik etmiş, əyalət teatrının fəaliyyəti və qazandığı uğurlar barədə danışmışdır.