17.1.2014
  
Yanvarın 15-dən etibarən Azərbaycanı "Eurovision 2014" mahnı müsabiqəsində təmsil etmək iddiasında olan ifaçılar "Böyük səhnə" layihəsinin super kastinqlərində yarışmağa başlayıblar.
17.1.2014
  
Azərbaycan prezidenti İlham Əliyev xalq yazıçısı, Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Məhəmməd oğlu Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
17.1.2014
  
“İRS” jurnalının yapon dilində nəşr olunan dördüncü nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın muğam haqqında məqaləsi dərc edilib.
16.1.2014
  
Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkənin kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara nağd pul kredit verilməsini, eləcə də kredit xəttinin açılmasını qadağan edib.
16.1.2014
  
Azərbaycanda seleksiya və hibridləşmə üsulu ilə qızlgülün 9 yeni sortu əldə edilib. Uzunmüddətli tədqiqatlardan sonra həmin sortları yaratmağa nail olan Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsələ doktoru Asəf İsgəndərov bildirib ki, bu sahədə tədqiqatlar aparmağa 2006-cı ildən başlayıb və bu yaxınlarda yeni qızılgül sortlarının əldə edilməsi ilə bağlı müsbət nəticələrə nail olub.
16.1.2014
  
Qoç - günün emosional fonu əlverişli deyil. Əhvalınız normallıqdan çox uzaqdır. Qıcıqlı, dözümsüz, hirsli olmayın. Belədə sizinlə çalışmaq çətindir.
16.1.2014
  
Amerika kino sənəti akademiyası bu axşam, Bakı vaxtı ilə 17:38-də 2013-cü il Oskar mükafatı nominantlarının siyahısını açıqlayacaq.
16.1.2014
  
Ulduz cütlük Ancelina Coli və Bred Pitt daha bir uşağı övladlığa götürmək istəyir.
16.1.2014
  
Heydər Əliyev Fondu beynəlxalq əməkdaşlıq çərçivəsində fəaliyyətini uğurla davam etdirir.
16.1.2014
  
"Valensiya"nı satın almaq istəyən Peter Lim azarkeşləri həyacanlandıracaq transferlərə imza atmaq istəyir. Sinqapurlu iş adamının hədəfindəki əsas isim Radamel Falkaodur.
16.1.2014
  
Norveçin Nordland bölgəsində havanın temperaturu sıfır dərəcədən 10 dərəcəyə qədər düşüb və sahil seqmentlərində dəniz donub.
16.1.2014
  
“Bank of Baku” kreditlərin təminatlılığını artırmaq məqsədilə güzəştli kredit kampaniyası elan etmişdir.
16.1.2014
  
Fransanın məşhur aktyoru Jerar Depardye özünə məxsus özəl aviaşirkət yaradıb. Aviaşirkətin bir biznes-klass təyyarəsi var.
16.1.2014
  
Dünya şöhrətli müğənni Cennifer Lopezin yeni mahnısının tizeri İnternetdə yayılıb. Milli.Az xəbər verir ki, mahnının tam versiyasının bir neçə gündən sonra təqdim olunması gözlənilir. Artıq videosu da çəkilən yeni mahnıya "Same Girl" (Eyni qız) adı verilib.
16.1.2014
  
Avstraliyanın cənub-şərqində 40 dərəcəni ötən istilər meşə yanğınlarına səbəb olub.
15.1.2014
  
Yanvarın 16-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı gözlənilir.
15.1.2014
  
Saç baxımında təbiiliyin tərəfindəsinizsə, möcüzəvi yağların mükəmməl gücünü kəşf etməlisiniz. Saçı ağırlaşdırmayan, nəmləndirən, yumşaqlıq qazandıran və gücləndirən bu yağlar gözəllik rituallarının əsas hissəsi olacaq.
15.1.2014
  
Uruqvayın məşhur Punta del Este kurort şəhərciyində qeyri-adi hadisə baş verib. Onun çimərlikləri Uruqvaylılarla yanaşı Cənubi Amerika və Avropadan olan turistlər tərəfindən də sevilir.
15.1.2014
  
Qoç - pozitiv məzmunlu işlərdə gərginlik hiss olunacaq. İntriqa, rəqabət, xüsusi gözləntilərinizin olduğu situasiyalardakı sürətlənmələr sizi tonusda saxlayacaq. Tələskənliyə yol verməyin.
15.1.2014
  
“Riqa-2014” layihəsi təşkilat komitəsinin məlumatına görə, bu il Riqa Avropanın mədəniyyət paytaxtı elan edildi.