
Loading...
![]()
|
5.4.2012
  
İnsanın doğum tarixi onun xarakterinə təsir etdiyi kimi, xarakter rənginə də təsir edir. “Psychology” xəbər verir ki, doğum gününüzə uyğun rəngi tapmaqla həmin rəngin xarakterinizə nə kimi töhfələr verdiyini müəyyənləşdirə bilərsiniz. Məsələn, əgər sizin doğum tarixiniz 25 iyun – 4 yanvar tarixləri aralığına düşürsə, xarakter rənginiz qırmızıdır.
|
|

Loading...
![]()
|
5.4.2012
  
"Azərbaycan Hava Yolları" QSC Türkiyənin bir sıra kurort şəhərləri istiqamətində mövsümi reysləri bərpa edir. Bu barədə çərşənbə günü QSC-dən məlumat veriblər. QSC-dən xüsusən qeyd ediblər ki, "Azərbaycan Hava Yolları" mayın 27-dən sentyabrın 30-dək Bakı-Antalya-Bakı marşrutu üzrə birbaşa aviareyslər həyata keçirəcək. Təyyarə paytaxtdan hər gün (çərşənbə günündən başqa) yerli vaxtla saat 11:10-da uçacaq. Hər iki tərəfə aviabiletin minimum qiyməti 497 manatdır.
|
|

Loading...
![]()
|
5.4.2012
  
Maraqlı və rəngarəng video dərslər vasitəsi ilə körpələrinizə həm ingilis dilini öyrənməyə həm də, müəyyən biliklərə yiyələnməyə kömək edəcəksizniz.
|
|

Loading...
![]()
|
5.4.2012
  
Aprelin 6-da “Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə “Erisioni” Gürcüstan dövlət akademik mahnı və rəqs ansamblı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində çıxış edəcəkdir. “Buta” İncəsənət Mərkəzindən bildirilmişdir ki, əsası 1885-ci ildə qoyulmuş “Erisioni” ansamblını “folklor muzeyi” adlandırırlar. “Erisioni”nin kollektivi 2005-ci ildə özünün 120 illik yubileyini qeyd etmişdir. Bu gün onun tərkibində müxtəlif nəsillərdən olan yüzə yaxın artist çalışır.
|
|

Loading...
![]()
|
5.4.2012
  
Mayın 9-13-də Heydər Əliyevin xatirəsinə həsr olunmuş ilk beynəlxalq velotur keçiriləcək. Tur Azərbaycanda velosiped idmanı üzrə keçiriləcək ilk peşəkar yarış olacaq. Beş mərhələdən ibarət tur Bakı küçələrində komanda yarışları ilə başlayacaq və beş gündən sonra yenidən Bakı şəhərində yekunlaşacaq. Bakıda keçiriləcək komanda yarışlarından sonra, əsas yarışçı qrupu Böyük Qafqaz dağlarına doğru istiqamətlənəcək.
|
|

Loading...
![]()
|
5.4.2012
  
ABŞ-ın Massaçuset Universitetinin mühəndisləri formaları reproduksiya etmək üçün robotlaşdırılmış sistemin yaradılması haqqında məlumat vermişlər. Yeni sistem özündə üçölçülü çapın ekzotik formasını əks etdirir.
|
|

Loading...
![]()
|
5.4.2012
  
Çində nənə hər gün evdən məktəbə qədər olan 10 kilometrlik yolu nəvəsini belinə alaraq qət edir.
|
|

Loading...
![]()
|
5.4.2012
  
“LG” şirkəti kitab oxucuları üçün elastik ekranların kütləvi istehsalına başlamışdır.
|
|

Loading...
![]()
|
4.4.2012
  
Dərsliklərdə səhvlərlə bağlı elə də ciddi problem yoxdur. Tapşırıq vermişəm ki, dərslikləri hazırlayan qurumlar, nəşriyyatlar,
Təhsil Nazirliyinin müvafiq şöbəsi, TQDK-nın nümayəndələri ilə tez-tez
görüşsünlər və mövcud problemləri aradan qaldırsınlar”. Bunu təhsil
naziri Misir Mərdanov deyib.
|
|

Loading...
![]()
|
4.4.2012
  
Aprelin 6-7-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Ətraf mühitin mühafizəsi” VI Beynəlxalq layihə olimpiadası (“İnepo-Avrasiya”) keçiriləcəkdir. Bununla bağlı keçirilən mətbuat konfransında “Çağ” Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən və Azərbaycan-Türk Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz qeyd edilən olimpiada barədə ətraflı məlumatlar vermişlər.
|
|

Loading...
![]()
|
4.4.2012
  
Azərbaycanda son təyinatlı kimya məhsullarının istehsalını məqsədilə bir qədər əvvəl ləğv edilən Səthi Aktiv Maddələr Zavodunun yerində 167,7 hektarlıq sahədə Sumqayıt Kimya Sənaye Parkının yaradılmasına başlanıb.
|
|

Loading...
![]()
|
4.4.2012
  
“Mədəniyyət və Turizm Nazirliyinin tarix, coğrafiya, ekologiya dərslərinin təbiət qoynunda, muzey və qoruqlarda keçirilməsi təklifini çox bəyənirik. Bir var ki, kitabdan oxuyasan, bir də var ki, Qobustanda, İçərişəhərdə və digər tarixi məkanlarda olub, onları gözlə görəsən, bu daha yaddaqalandır”. Bunu təhsil naziri Misir Mərdanov deyib.
|
|

Loading...
![]()
|
4.4.2012
  
Yay mövsümü ilə əlaqədar «Azərbaycan Hava Yolları» QSC (AZAL) bütün daxili aviareyslər üzrə uçuşları bərpa etmək niyyətindədir. Bu barədə AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.
|
|

Loading...
![]()
|
4.4.2012
  
Milli Televizya və Radio Şurası (MTRŞ) milli teleserialların çəkilməsi ilə bağlı telekanalların hər birinə 500 min manat vəsait ayıracaq. Bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, aprelin 6-da MTRŞ-nın iclası keçiriləcək. İclasda televiziya kanallarına yeni maliyyə vəsaitinin ayrılması ilə bağlı məsələyə baxılacaq: “Mayın 1-dən Azərbaycanda əcnəbi serialların yayımı birmənalı olaraq dayandırılacaq. Burada başqa problem ola bilməz. Bəzi televiziya kanallları söhbət yayır ki, bu müddət uzadılsın. Amma belə şey olmayacaq”.
|
|

Loading...
![]()
|
4.4.2012
  
Qoç - Siz gümrah, şən və çalışqansınız. Bunu ətrafdakılar da hiss edir və israrla sizə doğru meyllənirlər. Buna bəzi hallarda özünü büruzə verən bədxahlıqlar da mane olmayacaq. Romana başlamaq üçün əla gündür. Əgər maraqlı tanışlıq arzusundasınızsa, evdə oturmayın: ulduzlar sizə çoxsaylı xoş görüşlər vəd edirlər. Əgər öz “yarı”nızı tapmısınızsa, onunla birlikdə olun. Bu, ikinizin də xoşunuza gələcək.
|
|

Loading...
![]()
|
4.4.2012
  
Bu gün APA Media Qrupun nəzdindəki kulis.az ədəbiyyat dərgisinin 1 yaşı tamam olur. Ötən il aprelin 4-də fəaliyyətə başlayan Kulis.az artıq Azərbaycanda ədəbiyyat və mədəniyyət sahəsində fəaliyyət göstərən ən böyük internet dərgilərdən birinə çevrilib.
|
|

Loading...
![]()
|
4.4.2012
  
Maraqlı və rəngarəng video dərslər vasitəsi ilə körpələrinizə həm ingilis dilini öyrənməyə həm də, müəyyən biliklərə yiyələnməyə kömək edəcəksizniz.
|
|

Loading...
![]()
|
4.4.2012
  
Şirin qazlı içkilərin sağlamlıq üçün problemlər yarada biləcəyi məlumdur. Lakin uşaqlıqda qazlı içkilərdən istifadənin yuxarı yaşlarda ürək xəstəlikləri riskini artırdığından çox az adam şübhələnir.
|
|

Loading...
![]()
|
3.4.2012
  
Abu-Dabidə heyvanlar üçün dəbdəbəli mehmanxana açılıb. Cloud9 adlı mehmanxana hələ ki, yalnız itlər və pişiklərə xidmət edir.
Amma gələcəkdə orada quşlar və ilanlar da «gecələyə» biləcək.
|
|

Loading...
![]()
|
3.4.2012
  
Hollivud ulduzu Bryus Uillis yenidən ata olub. Onun xanımı, model Emma Hemminq dünyaya qız gətirib. Qızın adını Meybl Rey qoyublar.
|
|