18.1.2012
  
Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin soyuq, küləkli keçəcəyi, axşam yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, gecəyə doğru bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti olacaq.
Yanvarın 20-də hava şəraiti soyuq, güclü küləkli olacaq.
17.1.2012
  
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi haqqında sərəncam imzalayıb.
17.1.2012
  
Qoç – Bu gün baş verən hadisələrlə sizin öz əməlləriniz arasında bir bağ tapmaq çətin deyil. Odur ki, bir çətinlik yaransa, tələsik günahkar axtarmağa çalışmayın. Əgər hadisələr xoşunuza gəlmirsə, çalışın, panikaya düşməyəsiniz. Yalnız sakitlik və təmkinlə şəraitə hakim ola bilərsiniz.
18.1.2012
  
Sizə AMB-nin rəsmi valyuta məzənnələrini təqdim edirik.
17.1.2012
  
Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi beynəlxalq turnirdə III turun oyunları yekunlaşıb. Üçüncü yarış günü həmyerlilərimiz - Teymur Rəcəbovla (2773) Vüqar Həşimov (2761) üçün uğurlu alınıb.
17.1.2012
  
Azərbaycanın xalq artisti Arif Quliyevin oğlu dünyasını dəyişib. Bu barədə Yasamal Rayon Polis İdarəsindən bildirilib.
16.1.2012
  
Azərbaycanın xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov ABŞ-a səfər edəcək. Bu barədə xanəndənin ailəsindən məlumat verilib. Muğam ifaçısının ABŞ-a səfəri fevralın 3-də başlayacaq və 21-nə kimi davam edəcək.
16.1.2012
  
"Delta Airlines” hava yolları şirkəti youtube-da yerləşdirdiyi video çarx vasitəsi ilə hər bir kəsin çamadanda səyahət etmək arzusunu az da olsa gerçəyə çevirə bildi.
16.1.2012
  
Bakının Badamdar qəsəbəsində yerləşən avtomobil bazarında adi günlərdə təxminən 3-4 min avtomobil satışda olur. Həftəsonlarında bu rəqəm 7-8 minə çatır. Bazarın ərazisini şərti olaraq 3 hissəyə ayırmaq olar: bir hissədə işlənmiş, digərində yeni maşınlar satılır. 3-cü hissədə isə avtomobillərin kreditlə satışı həyata keçirilir.
16.1.2012
  
Azərbaycanda fəaliyyət göstərən “Qan Donorları Assosiasiyası” İctimai Birliyi (İB) ilə Gürcüstanın Marneuli Gənclər Mərkəzi qeyri-hökumət təşkilatı arasında qan donorluğunu inkişaf etdirmək məqsədi ilə əməkdaşlıq memorandumu imzalanmışdır.

16.1.2012
  
Almaniyanın paytaxtı Berlində yaşayan rəssam və dizayner Uolter Meyson təbii materiallardan ecazkar əsərlərlə instalyasiyalar yaradır.
16.1.2012
  
Qoç - İşlərinizdə sizi uğur gözləyir. Qeyri-standart yanaşma, yeni baxış tələb edən işlərdə çox irəli gedəcəksiniz. İş tərəfdaşlarınız və rəhbərliklə razılığa gələ, əməkdaşlığı yeni bir səviyyəyə qaldıra bilərsiniz. Ancaq imkanlarınızı düzgün hesablayın. Sizinlə əməkdaşlıqda maraqlı olan bir şəxsin yardım təklifini qəbul etsəniz, həyatınızı xeyli asanlaşdırarsınız.
16.1.2012
  
Sizə AMB-nin rəsmi valyuta məzənnələrini təqdim edirik.
13.1.2012
  
İtalyan rəssamı Elizabet Roqay öz əsərlərini qırmızı və ağ şərab vasitəsi ilə yaradır. Uzun illər rəssam boya əvəzinə şərabdan istifadə etmə texnikasını axtarırdı. Nəticədə rəssam, professor Roberto Bankini tərəfindən icad olunmuş yeni usula üz tutdu. Rəssamın bəzi əsərlərini fotoların sizə təqdim edirik.
13.1.2012
  
Sizə AMB-nin rəsmi valyuta məzənnələrini təqdim edirik.
13.1.2012
  
«Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Gəncə-Bakı marşrutu üzrə aviabiletlərin qiymətini 25% endirib.
AZAL-dan verilən məlumata görə, əgər bundan öncə Bakı-Gəncə marşrutu üzrə bir aviabiletin qiyməti 40 manat təşkil edirdisə, hazırda biletin qiyməti 30 manata endirilib.
13.1.2012
  
“Eurovision” Mahnı Müsabiqəsinin İşçi Qrupu may ayında Bakıda keçiriləcək yarışma ilə bağlı promo-video çarxlarının çəkilişləri üçün növbəti kastinqlər keçirəcək. İşçi Qrupundan verilən məlumata görə, seçimlər fevralın 4-də saat 12:00-dan 20:00-dək Bakı Biznes Mərkəzində aparılacaq.