13.1.2012
  
«Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Gəncə-Bakı marşrutu üzrə aviabiletlərin qiymətini 25% endirib.
AZAL-dan verilən məlumata görə, əgər bundan öncə Bakı-Gəncə marşrutu üzrə bir aviabiletin qiyməti 40 manat təşkil edirdisə, hazırda biletin qiyməti 30 manata endirilib.
13.1.2012
  
Yanvarın 25-dən 29-dək İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində “Müasir Azərbaycan sənətində ənənələr” adlı sərgi təşkil olunacaq.
13.1.2012
  
Qoç - Ümumi xoş ovqat sizdən bir qədər uzaqdır. Gün yaxınlarınızla mübahisələr və uzaqdan alacağınız xoşagəlməz xəbərlə başlaya bilər. Vacib qərarı qəbul etməyə vaxtınız çox dardır, bu səbəbdən onun səhv olma ehtimalı böyükdür. Ancaq günün ortasında şərait dəyişəcək. Bütün işləri yoluna qoyub səhvləri düzəldə, şəxsi münasibətləri bərpa edə biləcəksiniz.
13.1.2012
  
“Eurovision” Mahnı Müsabiqəsinin İşçi Qrupu may ayında Bakıda keçiriləcək yarışma ilə bağlı promo-video çarxlarının çəkilişləri üçün növbəti kastinqlər keçirəcək. İşçi Qrupundan verilən məlumata görə, seçimlər fevralın 4-də saat 12:00-dan 20:00-dək Bakı Biznes Mərkəzində aparılacaq.
13.1.2012
  
İtalyan rəssamı Elizabet Roqay öz əsərlərini qırmızı və ağ şərab vasitəsi ilə yaradır. Uzun illər rəssam boya əvəzinə şərabdan istifadə etmə texnikasını axtarırdı. Nəticədə rəssam, professor Roberto Bankini tərəfindən icad olunmuş yeni usula üz tutdu. Rəssamın bəzi əsərlərini fotoların sizə təqdim edirik.
13.1.2012
  
Sizə AMB-nin rəsmi valyuta məzənnələrini təqdim edirik.
13.1.2012
  
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı meydanına qədər olan hissəsinin tikintisi, yeni bulvarın salınması ilə bağlı görülən işlər, Dövlət Bayrağı Meydanı və onun ətrafında həyata keçirilən tədbirlərlə tanış olublar.
12.1.2012
  
Kitabxanın qapıları bağlandıqdan sonra içəridə nələr baş verir?! Sizə çox pozitiv bir video təqdim edirik.
12.1.2012
  
Bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini Namiq Babayev bildirib ki, magistraturaya elektron ərizələrin qəbulu fevral ayının əvvəllərində aparılacaq. 
12.1.2012
  
Ingiltərənin Nyukasl qraflığında dünyada ilk dəfə olaraq itlər üçün pivəxana açılıb. Köpəklər burada növbənöv ət yeməklərini həzmi-rabedən keçirməklə yanaşı, məxsusi olaraq onlar üçün hazırlanmış "Dog Beer" pivəsini içə bilərlər.
12.1.2012
  
Ötən ilin dekabr ayının 1-dən bu ilin 11 yanvar tarixinə kimi İCN London qalereyasında “Qizil balığın qurtuluşu” (“Goldfish Salvation”) adlı gözəl və möhtəşəm sərgi keçirilmişdir. Yapon rəssamı Riusuke Fukahorini 7 il evində saxladığı qızıl balıqdan ilham alaraq bu cür qeyri-adi layihəyə imza atmışdır. O vaxtdan etibarən rəssamın bütün əl işləri məhz bu balığa həsr olunmuşdur.
12.1.2012
  
Qoç - Bu gün öncəkindən daha asan və yaxşıdır. Məqsədlər aydınlaşır, onları gerçəkləşdirmək də gözlənildiyindən daha asan olur. İşgüzar görüşlər üçün yaxşı gündür: təkid və güzəşt arasında qızıl ortanı tapmaq, təzyiq göstərmədən ortaqlarınızı öz tərəfinizə çəkmək bu gün sizə asandır.
12.1.2012
  
Sizə AMB-nin rəsmi valyuta məzənnələrini təqdim edirik.
12.1.2012
  
2Njoy Baku Jazz Center-lə birlikdə köhnə təqvim üzrə yeni il caz axşamı təşkil edir. Bu axşam Bakı Caz Mərkəzinin səhnəsində Gürcüstandan qonaqlar, ekstravaqant caz qrup L'Section.
11.1.2012
  
Azərbaycanın “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsi üçün İctimai Teleradionun canlı efirində həyata keçirilən milli seçimlərin səkkizinci həftəsində fasilə yaranacaq.
11.1.2012
  
20 yaşlı fotoqraf Rebeka Siqnus "365" adlı fotoseriya hazırlayıb.
GoMap.az portalı onun maraqlı əsərlərini sizə təqdim edir.
11.1.2012
  
Cari ilin 12-15 yanvar tarixlərində Avstriyanın Vyana şəhərində “Ferien Messe 2012” beynəlxalq turizm sərgisi keçiriləcəkdir və bu, 2012-ci il üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iştirak edəcəyi ilk beynəlxalq turizm sərgisidir.
11.1.2012
  
"Maybelline" kosmetika brendi 2012-ci il üçün təqvim hazırlayıb.