20.7.2016
  
Cari ilin birinci yarısında Qax rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq 44 milyon 953 min manat təşkil edib.
20.7.2016
  

Xəbər verdiyimiz kimi, bu günlərdə Gürcüstan hökuməti ölkədə taxıl yığımında yaranmış problemin həlli ilə əlaqədar Azərbaycan hökumətinə müraciət edib. Azərbaycan tərəfi bu müraciəti cavabsız qoymayıb, dərhal Gürcüstana 30-dan çox “Class” və “Holland” tipli kombaynlar göndərib.

20.7.2016
  

Tbilisidəki M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Rəngarəng Gürcüstan” adlı sərgi açılıb.

20.7.2016
  
Əksər foto həvəskarları üçün “selfie” çubuğu uzun müddətdir ki, əvəzedilməz qurğu hesab edilir.
20.7.2016
  
Ərəb ölkələrində yayılan “Al Mayadeen” televiziya kanalında “Ethnopholia” adlı sənədli filmlər silsiləsində Azərbaycan musiqisi ilə bağlı çəkilmiş 3 seriyalı sənədli filmin birinci seriyası yayımlanıb.
20.7.2016
  
Kanadada hər il keçirilən məşhur Niaqara Musiqi Festivalı çərçivəsində “Azərbaycan axşamı” təşkil olunub.
20.7.2016
  

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində havaların isti keçməsi ilə əlaqədar sürücülərə müraciət edib.

20.7.2016
  

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 88-ci teatr mövsümünün yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

20.7.2016
  

Avqustun 4-də Həştərxan şəhərində dahi fars şairi və alimi Ömər Xəyyamın heykəlinin açılışı olacaq.

20.7.2016
  
Delfta Universitetinin fizikləri bir bitin kodlaşdırılması üçün bir neçə atomun istifadə olunduğu rekord yüksək informasiya sıxlığına malik qurğu yaradıblar.
20.7.2016
  
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İtaliyada təlim səfərindədir. Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinə nazirliyin aparat rəhbəri, tvinninq layihəsinin komponent rəhbəri Rafiq Bayramov, beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, tvinninq layihə rəhbəri Vasif Eyvazzadə və bir neçə şöbənin əməkdaşları daxildir.
20.7.2016
  

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil (IX illik) bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş müsabiqənin nəticələrini iyulun 19-da saat 18.00-dan etibarən rəsmi internet səhifəsində yerləşdirib.

20.7.2016
  

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müxtəlif dillərdə nəşr olunan, dünya iqtisad elminin nümunəvi əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi layihəsinə başlanılıb.

19.7.2016
  

B vitamini və yodla zəngin yemiş bir çox xüsusiyyətləri ilə dəyərli meyvələr sırasındadır.

19.7.2016
  

“Sehrli dünya” uşaq jurnalının 50-ci nömrəsi işıq üzü görüb.

19.7.2016
  

Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə sənətkarlarımız Xorvatiyada keçiriləcək beynəlxalq folklor musiqi festivalında çıxış edəcəklər.

19.7.2016
  

2012-ci ildə Bolqarıstanda təsis olunmuş “Little Zograff” Fondu tətbiqi və təsviri incəsənətlə bağlı kurslar, forumlar, konfranslar təşkil edir, uşaqlar üçün beynəlxalq səviyyədə müsabiqələr keçirir. 

19.7.2016
  
Böyük Britaniyanın nüfuzlu “The Banker” jurnalının təqdim etdiyi renkinq cədvəlinə görə, Azərbaycan Beynəlxalq Bankı dünyanın ən dayanıqlı 1000 bankı sırasında qərarlaşıb.
19.7.2016
  
Azərbaycan fotoqrafı, AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun adı dünyanın ən yaxşı fotoqrafları siyahısına - Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) “Who's Who in Photography 2015” (“Fotoqrafiyada kim kimdir 2015”) ənənəvi sorğu kitabçasına daxil edilib.
19.7.2016
  

İyulun 18-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda gənc rəssam Elmira Rəcəbovanın “Disney xəzinəsi” adlı fərdi sərgisi açılıb.