5.12.2012
  
Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyartonun Azərbaycana səfəri çərçivəsində bu gün Bakıda Macarıstan ticarət evi açılır.
5.12.2012
  
Dünyanın ən ucaboy qadını - Yao Defen 40 yaşında Çində dünyasını dəyişib. Bu barədə qadının yaşadığı Anhoy əyalətində nəşr olunan "Sinyan vanbao" qəzeti yazıb.
5.12.2012
  
Dekabrın sonunda Bakıda inşa olunan yeni tunel istifadəyə veriləcək. "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, Qələbə meydanında tikintisi davam etdirilən yol qovşağı kompleksinə aid olan tunellərdən biri - Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsindəki tunel dekabrın sonunda istifadəyə veriləcək.
5.12.2012
  
2013-cü ildə iki Günəş və üç Ay tutulması olacaq. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib. Onun sözlərinə görə, ilin ilk Günəş tutulması mayın 10-da Bakı vaxtı ilə 2.27-də başlayacaq, 7.18-də bitəcək.
5.12.2012
  
Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi ilə bağlı işlər 2014-cü ilin I rübündə başa çatacaq.
5.12.2012
  
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən «Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi» dövlət standartı təsdiq edilib.
5.12.2012
  
2013-cü ildə Azərbaycanda sosial müavinətlərin və ünvanlı sosial yardımların (ÜSY) orta aylıq məbləği artacaq. Bu barədə çərşənbə günü jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib.
5.12.2012
  
Qaxın Çüdüllü kəndində qeyri-adi təbiət hadisəsi baş verib. Son vaxtlar təbiətin belə möcüzələrinə artıq alışmışıq desək, yanılmarıq. Belə möcüzələrdən biri də Qaxın Çüdüllü kəndində Məmmədovlar ailəsinin həyətində baş verib.
5.12.2012
  
Bu gün 5 Dekabr – Beynəlxalq Könüllülər Günüdür. 1985-ci ildə iqtisadi və sosial inkişaf naminə hər il 5 dekabr BMT-nin Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilməsi təklif olunub və həmin tarixdən bu gün qeyd olunur.
5.12.2012
  
Siyəzən Rayon İcra Hakimiyyəti üçün yeni inzibati bina tikilir.
5.12.2012
  
Polşa və Portuqaliyadan sonra Yunanıstan və Kipr də Eurovision-2013-dən imtina etdilər.
5.12.2012
  
Dekabrın 5-dən 6-na keçən gecə Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.
5.12.2012
  
Qoç - bu gün işlə bağlı problemlər, hətta ciddi müşküllər mümkündür. İşgüzar danışıqlarda ehtiyatlı olun. Həddən ağır yükü qaldırmağa çalışmayın. Müttəfiqlər və tərəfdaşlarla, həmfikirlərlə fikir ayrılıqları, anlaşılmazlıqlar mümkündür.
5.12.2012
  
Dünyadakı şirkətlərin hamısı insanların ən çox çalışmaq istədiyi strukturların siyahısında yer almaq istərlər.
5.12.2012
  
Sabah start götürəcək klublararası dünya çempionatının açılış matçı futbol tarixində yeniliklə əlamətdar olacaq. Neçə illərdir müzakirə olunan qolların avtomatik qeydə alınması sistemi rəsmən debüt edəcək.
4.12.2012
  
Bakı və Abşeron yarımadasında dekabrın 5-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər yarımadanın bəzi yerlərində duman olacağı, axşam buludluluğun artacağı, gecəyə doğru yağış yağacağı gözlənilir.
4.12.2012
  
“Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin mütəxəssislərinin Bakının Səbail rayonu ərazisində baş verən sürüşmə zonasında birgə təşkil etdiyi monitorinq davam edir.
4.12.2012
  
Təbiət hər fəsildə gözəldir. Fotoqraflar da bu fürsətdən istifadə edərək, bu ecazkar fenomenin maraqlı mənzərələrini il boyu həvəslə lentə alırlar.
4.12.2012
  
Artıq çörəklər bayatlamadan və kiflənmədən 60 gün boyunca qala biləcək. İnkişaf etdirilmə mərhələsindəki sistem sayəsində, hər il yüz milyardlarla dollarlıq çörək itkisinin qarşısını almaq hədəfdədir.
4.12.2012
  
Xalq artisti Faiq Ağayevin “Vida” adlı solo konsertinin reklam videoçarxı hazırdır. Reklam çarxı YouTube kanalına yerləşdirilib.