26.11.2012
  
Qoç - bu gün bütün işlərdə maksimum dərəcədə ehtiyatlı olun. Ciddi səhvlər, itkilər, yanlışlıqlar ola bilər ki, onların nəticələrinin aradan qaldırılması sonradan xeyli vaxt tələb edər.
26.11.2012
  
Azərbaycan və Ukrayna arasında yeni aviareysin açılmasına dair danışıqlar aparılır. Artıq qış mövsümü ərzində «Xarkov» hava limanının cədvəlində Xarkov-Bakı aviareysi yer ala bilər.
26.11.2012
  
Təqaüdçülərin əksəriyyəti əlavə qazanc məqsədilə müxtəlif işlərə əl atırlar. Biriləri ofislərdə təmizlik işləri görür, digərləri tanınan məhsulların kataloqunu yayır və s.
26.11.2012
  
Xaçmaz rayonunun Mollaburhan kəndi ərazisində e.ə III minilliyə aid yaşayış məskəni aşkarlanıb.
26.11.2012
  
Xırdalan dairəsindən "Şamaxinka" adlanan əraziyə qədər olan hissədə hər səhər saatlarla davam edən tıxaclar olur.
23.11.2012
  
Türkiyənin istehsal etdiyi ilk təyyarə «Türkkuşu» adını daşıyacaq. Sözügedən təyyarənin istehsalı artıq bir neçə ildir planlaşdırılır.
23.11.2012
  
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İstanbul Bilgi Universiteti İdarə Heyətinin sədri Rifat Sarıcaoğlu, İdarə Heyətinin üzvü Ural Ağüzüm, Avropa Laureatı Beynəlxalq Universitetinin baş direktoru Migel Karmelo və CENAY inşaat sənayesi və ticarət şirkəti İdarə Heyətinin rəhbəri Çingiz Güldamlası ilə görüş keçirilib.
23.11.2012
  
Azərbaycanda uşaqlara vurulan peyvəndlərin sayı artırılacaq. Bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında bildirib.
23.11.2012
  
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ)26 noyabr tarixindən - 25 dekabr tarixinədək tabeliyində olan ümumtəhsil məktəblərində “Azərbaycan tarixi aylığı” elan edib.
23.11.2012
  
Azərbaycan "Export-İmport FMCG Food & Drink" beynəlxalq biznes forumunda iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəsmi saytında dərc edilmiş məlumatda deyilir.
23.11.2012
  
Bakı və Abşeron yarımadasında noyabrın 23-dən 24-nə keçən gecə yarımadanın bəzi yerlərində hava şəraitinin çiskinli olacağı ehtimalı var.
23.11.2012
  
"118 Məlumat Sorğu Xidməti" istifadəçilərinə yeni xidmətlərini yalnız sıravi istifadəçilərinə deyil, korporativ müştərilər üçün də təklif etməkdədir. Artıq "118 Xidməti" biznes qurumlarına "Bulk SMS xidməti"ni təklif edir.
23.11.2012
  
Azərbaycanda dövlət qulluğuna qəbul olunmaq istəyən namizədlər müsabiqə və müsahibə nəticələri barədə interaktiv məlumatlar alacaqlar.
23.11.2012
  
Amerikanın “Consumer Reports” jurnalı istehlak elektronikası bazarında ən etibarlı markaların reytinqini dərc edib.
23.11.2012
  
“Windows 8” əməliyyat sistemi (ƏS) üçün “Windows Store” proqramlar mağazasında 20 mindən çox proqram mövcuddur.
23.11.2012
  
Tokio Universitetində çalışan mühəndislərin yaratdıqları kitabların skan edilməsi sistemi dəqiqədə 250 səhifəyə qədər rəqəmləşdirməyə “qadirdir”.
22.11.2012
  
Ekoloji maariflənmə və məlumatlandırmanı fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq rəhbər tutan IDEA Kampaniyası Bakıda keçirilən Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən iri ekologiya sərgisi olan “Üçüncü Ətraf Mühit Sərgi”sində iştirak edir.
22.11.2012
  
Noyabrın 22-də görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 90 il ötür. Bu münasibətlə Azərbaycanın dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabana gələrək, əvvəlcə xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül-çiçək dəstələri düzmüşlər.
23.11.2012
  
Məşhur müğənni Toni Brekston (Toni Braxton) Bakıda Heydər Əliyev Sarayında konsert verəcək.
22.11.2012
  
Dərbənd şəhərində azərbaycanlı yazıçıların növbəti toplantısı keçirilib. «Gülüstan» Beynəlxalq ədiblər ittifaqının prezidenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tahir Saleh tədbirdə çıxış edərək Dağıstan xalqlarının dilində çıxan «Gülüstan» ədəbi qəzetinin nəşrinin bərpa olunacağını bildirib.