18.6.2012
  
Yaxın 3 gün ərzində ölkə ərazisində nisbətən sərin hava şəraiti davam edəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hiodrolu Asif Verdiyev məlumat verib. O bildirib ki, iyunun 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.
18.6.2012
  
Qoç - Həyatınızı, sözün həqiqi məqasında dəyişə biləcəyiniz adi bazar ertələrindən biridir. Buna səy göstərmək kifayətdir. Günün başlıca müsbət tərəfi odur ki, siz irəliləməyinizə mane olan şeylərdən imtina etməyə daxilən hazırsınız. Bir çox Qoçlar bu gün o qədər qətiyyətli və sərt addımlar atacanqlar ki, bu, ətrafdakıların xətrinə də dəyə bilər.
18.6.2012
  
Perunun dövlət başçısı Ollanta Humalanın Avropa ölkələrinə rəsmi səfəri başa çatıb. Prezident vətənə 600 illik mumiya ilə qayıdıb.
18.6.2012
  
600-dən çox səudiyyəli qadın krala onlara avtomobil idarə etməyə icazə verməsi xahişi ilə müraciət ünvanlayıblar.
18.6.2012
  
Çin heyətinə ilk dəfə qadın kosmonavt daxil edilən "Şençjou-9" idarə edilən kosmik raketini kosmosa buraxıb.
18.6.2012
  
Bakının mərkəzində, Neftçilər prospektində improvizasiya edilmiş yarış trasında Formula 1-in "Red Bull Racing" komandasının hazırkı çempionunun nümayiş girişləri keçirilib.
18.6.2012
  
İyulun 1-dən Azərbaycanda “Halal” standartının tətbiqinə başlanacaq. Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib.
18.6.2012
  
"Böyük Bakının regional inkişaf planı" 2030-cu ilə Dənizkənarı Milli Parkın uzunluğunun (Bibi Heybət məscidindən Hövsan qəsəbəsinədək) 33 kilometrə çatdırılmasını nəzərdə tutur.
18.6.2012
  
Vaşinqtonda keçiriləcək ənənəvi Smitsonian Folklor Festivalında Azərbaycan mədəniyyəti nümayiş etdiriləcəkdir. İyunun 27-dən iyulun 1-dək və iyulun 4-dən 8-dək Vaşinqtonun Milli Meydanında ABŞ-ın Milli Smitsonian İnstitutunun Folklor və Mədəni İrs Mərkəzi tərəfindən təşkil ediləcək festivalda incəsənətsevərlərə “Azərbaycan çadırı”nda milli mətbəximizin dolma, kabab, plov kimi ləziz nümunələri təqdim olunacaqdır. İyunun 28-də və iyulun 5-də isə festivalın əyləncə proqramı çərçivəsində “Azərbaycan axşamları” adlı konsert veriləcəkdir.
14.6.2012
  
Astronomlar Günəş sisteminin ən böyük ikinci planeti olan Saturnda yeni və qəribə maddə kəşf ediblər. "Cassini" kosmik aparatının apardığı analizlər bu sirli maddənin nə olduğunu öyrənməyə imkan verib.
14.6.2012
  
Bu gün müğənni Röya 30 yaşını qeyd edir. Lent.az-ın məlumatına görə, sənətçi yubileyini təntənəli şəkildə qeyd etməkdən imtina edib.
14.6.2012
  
Bakı şəhərində Xəzər dənizi üzərindən avtomobil körpüsünün inşası layihəsi artıq hazırdır. Nəqliyyat Nazirliyinin şöbə müdiri Sədrəddin Məmmədov bildirib ki, artıq layihənin texniki iqtisadi əsaslandırılması başa çatıb.
14.6.2012
  
Böyük Britaniyada alimlər iflic xəstələrini sağaldacaq kompyuter oyunları hazırlamışlar.
14.6.2012
  
İspaniyadakı mebel firmalarından biri səhər oyandığı vaxt yerini yığışdırmağı problem kimi qəbul edənlərə xüsusi çarpayı hazırlayıb.
14.6.2012
  
Qoç - Günün birinci yarısında ünsiyyət zamanı ehtiyatlı olmalısınız. Siz hər şeyə tez inanırsınız və bu səbəbdən başqalarının manipulyasiya və intriqalarının qurbanına çevrilə bilərsiniz. Sizi aldatmaq, həqiqətlə heç bir əlaqəsi olmayan şeylərə inandırmaq üçün xüsusi məkrə ehtiyac yoxdur.
18.6.2012
  
Ulduz müğənni Ledi Qaqa “Fame” adlı yeni hazırlatdığı ətirinə öz qanından bir az əlavə etdirib. Qan ətirin tərkibində hiss edilməsə də, sözün həqiqi mənasında əlavə var.
14.6.2012
  
Son günlər cənubdan hərəkət edən isti hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti anomal isti keçir. Belə ki, dünən iyunun 13-də Bakı və Abşeron yarımadasında orta sutkalıq temperatur iqlim normasından 6,5 dərəcə yuxarı olub.
14.6.2012
  
Yay mövsümü ilə əlaqədar «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Bodrum-Bakı marşrutu üzrə birbaşa sərnişin aviareysini bərpa edib.
14.6.2012
  
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəylinin tərtib etdiyi «Farsca-rusca-azərbaycanca müxtəsər lüğət» işıq üzü görüb.
14.6.2012
  
Bu gün məşhur Azərbaycan bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi, "Şöhtət" ordenli Faiq Sücəddinovun 65 yaşı tamam olur.