25.4.2012
  
Aprelin 24-də Azərbaycan Respublikasının Monteneqroda diplomatik nümayəndəliyi rəsmi fəaliyyətə başlamışdır. Paytaxt Podqoritsa şəhərində nümayəndəliyin rəsmi açılış mərasimi keçirilmişdir.
25.4.2012
  
Böyük Britaniya "Eurovision" mahnı müsabiqəsindəki qaliblərinin, eləcə də müsabiqə üzrə şərhçilərinin fotosu və avtoqrafı əks olunduğu xüsusi bayraqlar hazırlayıb. GoMap eurovision.az saytına istinadən xəbər verir ki, bu bayraqların hazırlanması xeyriyyə məqsədi daşıyır. Britaniyalı dizayner Ben Morrisin təşkilatçılığı ilə ərsəyə gələn bayraqlar hərraca çıxarılacaq.
25.4.2012
  
Bir neçə saat bundan əvvəl “V&V Company”nin təsis etdiyi “Qrand Müstəqil Milli-İctimai Mükafatı-2011”in təşkilat komitəsinin toplantılarından daha biri sona çatıb. İclasda şirkətin rəhbərlərindən biri Valeri İlişayev aprelin 26-da Heydər Əliyev Sarayında düzənlənəcək mərasimdə mükafat alacaq mədəniyyət və incəsənət xadimlərinin, eləcə də tanınmış estrada ulduzlarının 2011-ci ildə gördükləri işlərlə daha yaxından tanış olub.
25.4.2012
  
TRT1-in ən çox sevilən teleserialı olan "Avropa Avropa"nın çəkiliş qrupu Bakıda çəkilişlərə başlayacaq. Bu barədə TRT-nin Bakı nümayəndəliyindən məlumat verilib. "TRT "Səyyah" proqramından sonra "Avropa Avropa"nın da çəkiliş qrupunu Azərbaycana gətirdi", - məlumatda deyilir.
25.4.2012
  
Bakı və Abşeron yarımadasında aprelin 26-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 11-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
25.4.2012
  
“Rossiyskaya qazeta”nın 24 aprel tarixli nömrəsinin qoşa səhifəsi bütünlüklə “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində olan Azərbaycana həsr edilmişdir. Qoşa səhifədəki ilk material Aleksandr Karavayevin “Öz yerində” adlı məqaləsidir. Məqalə bu sözlərlə başlanır: “Mahnı müsabiqəsində Azərbaycanın qələbəsi qanunauyğundur”.
24.4.2012
  
Nyu-Yorkun mədəni həyatının aparıcı nəşrlərindən biri olan “Time Out” jurnalının aprel buraxılışının üz qabığında azərbaycanlı model Rüstəm Cəbrayılovun şəkli yerləşdirilib.
25.4.2012
  
Azərbaycanın tanınmış teleaparıcısı Kamilə Babayeva subaylığa əlvida deyən məşhurlar sırasına adını yazdırıb.
24.4.2012
  
Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” musiqi müsabiqəsinə sayılı günlər qalır. Müsabiqənin keçiriləcəyi “Baku Crystal Hall” möhtəşəm şouya hazırlaşır.
24.4.2012
  
2 həftə öncə təmtəraqla təqdim olunmuş klip nəhayət internet istifadəçilərinin ixtiyarına verilib.
24.4.2012
  
“Azərbaycanda aspirantlar üçün xüsusi yaşayış evinin tikilməsi təklifinə hökumət müsbət rəy verib. Hazırda bununla bağlı yer seçimi və maliyyə məsələsi müzakirə olunur. Çox güman ki, bu məsələ müsbət həllini tapacaq”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib.
24.4.2012
  
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən ötən ayın sonlarında, AVRONEST Parlament Assambleyasının Bakı sessiyası ərəfəsində çap edilmiş “Tarixi Azərbaycan dövlətləri” kitabının yeni nəşri işıq üzü görəcək. Kitabın birinci nəşri Azərbaycan və ingilis, eləcə də AVRONEST Parlament Assambleyasının üzvü olan digər dövlətlərin dillərində (gürcü, moldavan, Ukrayna və erməni) nəşr olunub.
24.4.2012
  
Aprelin üçüncü ongünlüyündə Budapeştdə bədii gimnastika üzrə beynəlxalq turnir keçiriləcəyini bəlkə də Macarıstan paytaxtından savayı yalnız Şiofok şəhərində və sərhədyanı Avstriya və Ukraynada bilirdilər. Ancaq yarışların nəticələrindən təkcə Şərqi Avropa ölkələrində deyil, qitənin bütün dövlətlərində xəbər tutdular. Ən çox medala isə “Eurovision-2012” müsabiqəsinin paytaxtı Bakını təmsil edən idmançılar qazanmışlar.
24.4.2012
  
Bu ilin 1-ci rübündə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən  Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşdırma layihəsinin rəqəmsal informasiya bazasının (GİS) və “3D” modelinin hazırlanması üzrə işlərin aparılması davam etdirilib.
24.4.2012
  
Yaxın illərdə insanların sayı 8 milyarda çatacaq, sonra isə azalmağa başlayacaq. Məşhur ekoloq, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksey Yablokov belə hesab edir.
24.4.2012
  
Tokionun Elm Universitetinin professoru Takaşi Tsucinin rəhbərliyi ilə bir qrup yapon təqdqiqatçı gövdə hüceyrələrindən yaradılan saç follikul vəzisinin implantasiyası yolu ilə siçanlarda tük yetişdirilməsi üzrə təcrübəni uğurla sınaqdan keçiriblər.
24.4.2012
  
Azərbaycanın görkəmli alimi, ictimai-siyasi xadim Midhət Abasov dünən axşam saatlarında vəfat edib.
24.4.2012
  
"Mozilla" şirkətinin istehsalı olan "Firefox" brauzerinin 12-ci versiyası artıq çıxıb. Bu gündən etibarən isə "Firefox 3.6.X" brauzerinin "Mozilla" tərəfindən dəstəklənməsi rəsmi qaydada dayandırılıb.
24.4.2012
  
Azərbaycanın «Parabank» ASC yeni məhsulu olan «Xeyriyyə» plastik kartını təqdim edib. Bankdan verilən məlumata görə, bu kart sərbəst vəsaitlərini yerləşdirmək və eyni zamanda xeyriyyəçilikdə iştirak etmək istəyənlər üçün nəzərdə tutulub.
24.4.2012
  
Tyaqo Klimek adlı aktyor San Paolo əylətinin İtarare şəhərindəki teatrda “İsanın əzabları” adlı tamaşada Yehuda obrazını canlandırırdı. Yehudanın intihar etdiyi səhnə zamanı aktyor səhvən özünü asıb.