3.4.2012
  
Minskin 11 yaşlı sakini olan qız aprelin 1-də rəfiqəsi ilə zarafat edəndən sonra kriminal xronikaya düşüb.
2.4.2012
  
Bakı və Abşeron yarımadasında aprelin 2-dən 3-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 5-9, gündüz 9-13 dərəcə isti olacaq.
2.4.2012
  
Türkiyə kinematoqrafının məşhur aktyorlarından biri Ekrem Bora 78 yaşında, müalicə olunduğu xəstəxanada vəfat edib.
2.4.2012
  
Beyin əlbəttə ki, insan orqanizminin ən vacib üzvüdür. O bədənimizi idarə edir, o bizim şüurumuza və emosiyalarımıza görə cavabdehdir.
2.4.2012
  
Azərbaycanda əhaliyə şəxsi mənzil tikintisi üçün kreditlərin verilməsi gözlənilir. Bu barədə Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib.
2.4.2012
  
Çox vaxt problemlərimiz, sıxıntılarımız başımızı o dərəcədə qatır ki, gülməyi unutmuş oluruq. Lakin bu vəziyyət dərdlərimizi daha da artırır.
2.4.2012
  
Aprelin 6-16-da Türkiyənin Antalya şəhərində keçiriləcək ağırlıqqaldırma üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandalarının heyəti açıqlanıb. Kişi idmançıların yarışında ölkəmiz 5 atletlə təmsil olunacaq.
2.4.2012
  
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Qlaukoma şöbəsinin həkimi Fidan Ağayeva deyir ki, gözə baxmaqla orqanizmdə digər hansı xəstəliklərin mövcud olduğunu bilmək mümkündür.
2.4.2012
  
Azərbaycanın tanınmış yazıçısı Oqtay Salamzadə vəfat edib. Bu barədə mərhumun yaxınları məlumat verib.
2.4.2012
  
Qoç - Peşəkar çətinlikləriniz olacaq. Çox önəm verdiyiniz işinizi itirə bilərsiniz. İşgüzar danışıqlarda ehtiyatlı olun, üzərinizə çox şey götürməyə, yerinə yetirməyəcəyiniz vədlər verməyə meyllisiniz. Həmfikir və tərəfdaşlarınızla fikir ayrılıqları mümkündür.
Ailə münasibətləri təzadlıdır. Üzərinizə çox şey götürürsünüz, bu isə ətrafınızdakıları özündən çıxarır. Yaxınlarınıza vacib qərarları müstəqil surətdə qəbul etməyə imkan yaradın, bunun üçün onlar sizə minnətdar olacaqlar.
2.4.2012
  
Aprelin 6-da Parisin Sorbon Universitetinin böyük amfiteatrında Qurban Səidin “Əli və Nino” əsərinin motivləri əsasında hazırlanmış musiqili tamaşa oynanılacaq.
2.4.2012
  
2 aprel -Uşaqların Beynəlxalq kitab Günü. "Əli və Nino" kitab mağazası və "DA ART" təsviri incəsənət Mərkəzi Sizi "Mən və sevimli kitabım" uşaq rəsmləri sərgisinə dəvət edir.
2.4.2012
  
Avropada ən çox yayılmış soyadların siyahısı açıqlanıb. Avropa Birliyi yanında Avropa Telefon Məlumatları qrupunun tədqiqatçıları Avropada ən çox Prays soyadının yayıldığını müəyyənləşdirib - 3 973 201 nəfər.
2.4.2012
  
13, 14, 15 aprel H.Əliyev adına Sarayda məşhur KVN-çilər "Planeta Parni iz Baku"nun konserti keçiriləcək.
2.4.2012
  
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatının “Cənubi Qafqazda e-təhsilin institusional quruculuq və insan resurslarının inkişafı” layihəsinin sonuncu mərhələsi üzrə təliminin açılışı keçirilib.
30.3.2012
  
Azərbaycanın “Eurovision-2012” təmsilçisi Səbinə Babayeva Böyük Britaniya, Niderland və Macarıstana səfər edəcək. Təmsilçimiz qeyd olunan ölkələrin London, Amsterdam və Budapeşt şəhərlərində çıxışlar edəcək. Səbinə Babayeva onu da deyib ki, “Baku Crystal Hall” səhnəsində ifa edəcəyi "When The Music Dies" mahnısının Azərbaycan versiyası hazırlanır.
30.3.2012
  
Gəncədə daha bir Bayraq Meydanı inşa edilir. Sayca üçüncü olacaq Bayraq Meydanı Gəncənin Bakı istiqamətindən girişində yeni tikilən Gəncə qapıları və qala kompleksinin qarşısında inşa edilir.
29.3.2012
  
Maraqlı və rəngarəng video dərslər vasitəsi ilə körpələrinizə həm ingilis dilini öyrənməyə həm də, müəyyən biliklərə yiyələnməyə kömək edəcəksizniz.
29.3.2012
  
Martın 28-də Muzey Mərkəzində “Mənim Azərbaycanım” fotomüsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Facebook.com sosial şəbəkəsində Gomap.az internet portalı tərəfindən keçirilən müsabiqə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənmişdir. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Gomap.az internet portalının rəhbəri Elçin Əliyev layihə haqqında geniş məlumat vermişlər. Bildirilmişdir ki, Gomap.az elektron xəritəsi dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook.com ilə inteqrasiya olunmuşdur.
29.3.2012
  
GoMap.Az Trend Life-a istinadən xəbər verir ki, gənc ifaçı Aynişan 21 yaşını özünə yaxın insanların əhatəsində qeyd edib. Populyar teleaparıcılar Zaur Baxşəliyev və Günay Qələndərli, müğənnilər Zaur Əmiraslanov və Çingiz Mustafayev ifaçını təbrik etməyə gəlmiş qonaqlar arasında olublar…