25.6.2012
  
Mədəniyyət və Turizm Nazirliyi Şəki xanları sarayının 250 illik yubileyinin təntənəli şəkildə qeyd olunması barədə qərar qəbul etmişdir.
25.6.2012
  
İyunun 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir.
25.6.2012
  
"Microsoft"un qurucusu Bill Qeytsin həyat yoldaşı Melinda Qeyts ilə evləndiyi məkanı - Lana'i adasını şirkətin ən böyük rəqibi olan "Oracle"ın təsisçisi Larri Ellison alıb.
25.6.2012
  
"National Geographic" dərgisində yayılan araşdırmaya görə, hər 14 gündə dünyada danışılan bir dil məhv olur.
22.6.2012
  
Qoç - Ünsiyyət üçün çox əlverişli gündür. Siz elə adamlarla dil tapa biləcəksniz ki, hətta, psixoloqlarlar da həsəd aparacaqlar. İş danışıqları çox yaxşı keçəcək, siz istəyinizə çatacaqsınız. Özü də bunun üçün nə hiyləgərlik, nə də opponentinizə təzyiq göstərmək lazım gələcək.
22.6.2012
  
İyulun 3-dən etibarən «Azərbaycan Hava Yolları» şirkəti (AZAL) Bakı-Təbriz-Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.
22.6.2012
  
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “NETTY-2012” milli internet müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.
22.6.2012
  
ABŞ-da Azərbaycanın dünya şöhrətli müğənnisi, xalq artisti Zeynəb Xanlarova Fondu yaradılıb. Fondun yaradılmasına Zeynəb Xanlarovanın bu ilin aprel ayında ABŞ-dakı konsertindən sonra qərar verilib. Fondun prezidenti Zeynəb Xanlarova özüdür.
22.6.2012
  
Günəş vannası qəbul etdikdə vücudun derma adlanan dəri qatındakı hüceyrələrin kimyəvi tərkibinin dəyişməsi ilə bədən qaralır.
22.6.2012
  
Azərbaycan prezidenti İlham Əliyev iyunun 22-də Bakının Səbail rayonunun Badamdar qəsəbəsində Heydər Əliyev parkının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qəsəbədə görülən işlər barədə dövlət başçısına məlumat verib.
22.6.2012
  
İyunun 23-30-da İspaniyanın Kataloniya vilayətində, Lloret de Mar şəhərində “Opus - 2012” VIII Beynəlxalq Mahnı Müsabiqəsi keçiriləcək. Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən verilən məlumata görə, 14-21 yaşlı yeniyetmə və gənclər arasında keçiriləcək müsabiqə Lloret de Mar şəhərinin Mədəniyyət və Turizm İdarəsi tərəfindən təşkil edilir.
22.6.2012
  
“Air Astana” şirkətinin Bakı ofisi bu gün Almatı-Bakı aviareysini yerinə yetirən təyyarənin qəza enişi etməsi ilə bağlı açıqlama yayıb.
22.6.2012
  
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində ölkə ərazisinin müasir geodinamik vəziyyətinə dair mətbuat konfransı keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun direktoru Akif Əlizadə deyib ki, ABŞ və Azərbaycan alimləri Kür ovalığının şimalında (Böyük Qafqaz sıra dağlarının cənub yamacında) və Abşeron yarımadasının cənubunda yer qabığının deformasiyaya uğradığını müşahidə edirlər.
22.6.2012
  
Əməkdar artist Fidan Hacıyeva növbəti klipini ekranlaşdırıb. Müğənni sözləri Ramiz Abdullayevə, musiqisi Sevda İsgəndərovaya aid olan “Ana yurdum mənim, Azərbaycanım” adlı mahnıya ekran həyatı verib.
21.6.2012
  
Azərbaycanın Fransadakı səfirliyi yanında Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olacaq. Bu barədə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bildirib.
21.6.2012
  
Rusiyanın İnquşetiya Respublikasının 37 yaşlı sakini Həsən Seçoyev Elbrus dağını fəth edib.
21.6.2012
  
Rusiyada yaşayan azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov “Fashion People Awards – 2012” mükafatına layiq görülüb.
21.6.2012
  
Azərbacanın "Asiman" uşaq rəqs qrupu "Dans Olimpia 2012" müsabiqəsində uğura imza atıb.
21.6.2012
  
XX əsrdə antibiotiklər sayəsində insan ömrünün uzunluğu 25 il artıb. Yaxın vaxtlarda isə insan ömründə bir qədər də artacaq. Bu dəfə artım hüceyrə terapiyası və toxuma mühəndisliyi sayəsində baş verəcək.
21.6.2012
  
İyunun 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.