29.6.2012
  
Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti gələn həftənin sonlarına kimi davam edəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib. Onun sözlərinə görə, iyunun 30-da Bakı və Abşeron yarımadasının bəzi yerlərində gecə və səhər saatlarında qısamüddətli yağışlar yağacaq.
29.6.2012
  
Qoç - Bu çətin gündə bəxti gətirə biləcək azsaylı adamlardansınız. Maraqlı təkliflər mümkündür. Hansısa maraqlı layihə üzərində işləmək imkanınız olacaq. Biznesin genişləndirilməsi və ya komfortlu iş üçün lazım olan şeylərin alınmasına pul xərcləmək olar.
29.6.2012
  
Azərbaycanın bəzi dağ çaylarında qısamüddətli daşqınlar gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.
29.6.2012
  
Çinli kosmonavtlar, daha doğrusu, "taykonavtlar" Çinin Daxili Monqolustan bölgəsində yerə eniblər. Taykonavtlar özlərini yaxşı hiss edirlər.
29.6.2012
  
Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Məcəlləyə birinci dəyişiklik Bakı Metropolitenindən istifadə qaydalarının pozulması ilə bağlıdır.
29.6.2012
  
Milyarder hələ iyunun 19-da dünyasını dəyişsə də, bu barədə yalnız indi məlum olub.
29.6.2012
  
Siqaret çəkənlərin bu zərərli və təhlükəli vərdişi tərgitmələri çətin işdir. Çoxları siqareti atmaq istəsələr də, bacarmırlar. Yeni peyvənd onların dadına çata bilər.
29.6.2012
  
Məşhur müğənni Maykl Ceksonun Triller ləqəbli pələngi ömrünün 13-cü ilində bədxassəli şişdən ölüb. Bu dişi pələng 8 il pop-kralın Neverland malikanəsində yaşayıb.
29.6.2012
  
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA - International Dialogue for Environmental Action (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) Kampaniyası "Eco Cinema" layihəsinin icrasını uğurla davam etdirir.
29.6.2012
  
Hər zaman yenilikçi olan və telekom sektorunda bir çox yenilikçi layihələrə imza atan Nar Mobile Amerikanın Azərbaycandakı Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə iyun ayın 30-da keçiriləcək ABŞ-ın Müstəqillik Gününə həsr olunmuş piknik mərasiminin kommunikasiya tərəfdaşıdır.
29.6.2012
  
Amerikalı arxeoloqlar Çinin cənubunda apardıqları arxeoloji qazıntılar zamanı dünyanın ən köhnə qazan parçalarını tapıblar.
29.6.2012
  
Gecə saatlarında Goranboy və Naftalanda başlayan güclü yağışlar sellə nəticələnib. Sel nəticəsində 20-yə yaxın yaşayış məntəqəsi sel sularının təsirinə məruz qalıb.
29.6.2012
  
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistraturalarına ixtisas seçiminə ayrılmış vaxtı uzadıb.
28.6.2012
  
3 yaşlı Xədicə bir gecəni Qubanın Qələdüz kəndində yerləşən, ümümi ərazisi 100 hektardan çox olan sıx meşədə keçirib. Hadisə iyunun 24-ü baş verib.
29.6.2012
  
Amerikalı alimlər pasiyentin emosional və fiziki durumunu təyin edən eynək hazırlayıblar. "Al Labs" şirkətində hazırlanmış bu eynək insanın əhvalındakı ani dəyişiklikləri belə müəyyənləşdirir.
29.6.2012
  
Keçən həftələrdə ABŞ-ın Alyaska ştatında buzlaqların yaxınlığında 60 il əvvəl qəzaya uğramış hərbi yük təyyarəsinin qalıqları aşkar edilib.
28.6.2012
  
“Hazırda dünyanın bir çox ölkələrində quduzluq xəstəliyinin artma dinamikası müşahidə edilir. Azərbaycanda da son illər quduzluq xəstəliyinə yoluxma halları artıb”.
28.6.2012
  
Bu ilin yay aylarında Nitsa və Monako (Fransa) şəhərlərində məşhur dünya ulduzlarının konsertləri keçiriləcək. “SW Travel” şirkəti açıqlama yayaraq həmin şəhərlərə turpaket (aviabilet + hoteldə yerləşdirilmə) alan şəxslərin konsertlərə bilet əldə etməsində köməklik göstərə biləcəyini bəyan edib.
28.6.2012
  
Bakıda bədii gimnastika üzrə Azərbaycan çempionatı başa çatıb. Azərbaycan Gimnastika Federasiyasından çərşənbə günü verilən məlumata görə, Aliyə Qarayeva çoxnövçülükdə və proqramın digər dörd növündə (halqa, top, lent, gürz) ən yaxşı nəticə göstərərək çoxnövçülükdə beşqat ölkə çempionu olub.
28.6.2012
  
2009-cu ildə Montrö Beynəlxalq Caz festivalının qalibi olmuş 22 yaşlı İsfar Sarabski Berlində iki konsert verib.