10.10.2017
  

Rusiyanın Xalq Artisti Anna Netrebko (soprano) və Azərbaycanın Əməkdar Artisti Yusif Eyvazov (tenor) Asiya-Avstraliya turu çərçivəsində Seul İncəsənət Mərkəzində konsert proqramı ilə çıxış ediblər.

10.10.2017
  

Azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi Asiya Dünya Film Festivalında nümayiş olunacaq.

10.10.2017
  

Yaxın günlərdə SOCAR Rumıniyada sayca 39-cu yanacaqdoldurma məntəqəsini (YDM) açacaq.

10.10.2017
  

"Bakıda 79 taksi dayanacaq məntəqəsinin yeri müəyyənləşdirilib və 150-sinin təşkili üzrə işlər aparılır".

10.10.2017
  

Rusiyanın “RZD Logistika” şirkəti “Siemens” transformatorlarını Qazaxıstan və Azərbaycana çatdırıb. 

10.10.2017
  

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Bakı Yunus Əmrə İnstitutu arasında türk dilində tədrisin inkişafına dair protokol imzalanıb.

10.10.2017
  

Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandası Belarusda keçirilən turnirdə iştirak edib.

10.10.2017
  

Oktyabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dəfə daimi işə qəbul olunan müəllimlərin andiçmə mərasimi keçirilib.

10.10.2017
  

"Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun tikintisi 2018-ci ildə başa çatdırılacaq".

10.10.2017
  

"Hazırda ali təhsil müəssisələri üçün vahid elmi laboratoriyanın, elmi-tədqiqat mərkəzinin yaradılması məsələsini nəzərdən keçiririk".

10.10.2017
  

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından yaradıcılığında Nəsiminin güclü təsiri olan, XVI əsrdə yaşamış osmanlı şairi Heyrətinin divanının surətini əldə edib.

10.10.2017
  

Azərbaycanda “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis edilir.

10.10.2017
  

“Google” şirkəti nitqi real vaxt rejimində tərcümə edən “Pixel Buds” simsiz qulaqlıqlarını təqdim edib.

10.10.2017
  

"Strategiyaya uyğun olaraq, müəllimlərin fəaliyyətinin stimullaşdırılması sahəsində aparılan işlər 2017-ci ildə də davam etdirilib, 26 şəhər və rayonda 50 min müəllimin bilik və bacarıqları yoxlanılıb, beləliklə ölkə üzrə bütün müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb".

10.10.2017
  

Almaniyada keçirilən ANUGA Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın “Made in Azerbaijan” vahid ölkə stendi də nümayiş olunub.

10.10.2017
  

İqtisadiyyat üzrə Nobel mükfatının 2017-ci il üzrə qalibi açıqlanıb.

10.10.2017
  

Pakistanın baş naziri Şahid Xaqan Abbasi oktyabrın 9-da Azərbaycanın İslamabaddakı səfiri Əli Əlizadəni qəbul edib.

10.10.2017
  

Azərbaycan dağ-xizək turizmi üzrə MDB ölkələrinin reytinqində ilk onluğa düşüb.

10.10.2017
  

Oktyabrın 15-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində Adolf Adanın ikihissəli “Korsar” baleti nümayiş etdiriləcək.

10.10.2017
  

1992-ci ildən etibarən hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir.