1.5.2014
  
Azərbaycan prezidenti İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına birdəfəlik maddi yardım verilməsi barədə sərəncam imzalayıb.
1.5.2014
  
İnformasiya texnologiyaları ilə əhatə olunduğumuz bu dünyada bir ailə müasirlikdən imtina edib.
1.5.2014
  
Azərbaycan prezidenti İlham Əliyev incəsənət xadimlərinə Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.
1.5.2014
  
Qoç - ehtiyatlı və soyuqqanlı fəaliyyət göstərsəniz, böyük uğurlara nail ola bilərsiniz. Emosiyaların təsiri altında atılan addımlar və qəbul edilən qərarlar yaxşı heç nə vəd etmir. Çətin situasiyaya düşsəniz, sakit olun. Durumu təhlil edin, inandığınız insanlarla məsləhətləşin. Bütün sədləri dərhal dəf etmək mümkün deyil. Bir də ki, maneələrin hamısını aşıb keçməyə lüzum yoxdur.
1.5.2014
  
Türkiyəli müğənni Rafet El Roman iyunun 7-də Bakıda sevənlərinin qarşısına çıxacaq. Sənətçinin konserti “Ramada Hotel and Resort”da gerçəkləşəcək. Bu barədə təşkilatçı Nahid Emiloğlu xəbər verib.
1.5.2014
  
Azərbaycanda icbari dispanserizasiya zamanı uşaqların yaşlarına uyğun hansı müayinələrin aparılacağı müəyyənləşdirilib.
1.5.2014
  
“Bakcell” müştəri təcrübəsinin idarə edilməsi sistemini istifadəyə verir. Şirkətdən bildirilmişdir ki, istifadəçiləri yüksək keyfiyyətli şəbəkə təcrübəsi ilə təmin etmək məqsədilə yeni müştəri təcrübəsinin idarə edilməsi sisteminə sərmayə yatırılır.
1.5.2014
  
Heç bir şübhə yaratmayan bu lampalar danışıqlara "qulaq asacaq” və "eşitdiklərini” sosial şəbəkələrdə yayımlayacaq.
1.5.2014
  
Azərbaycanda növbəti beynəlxalq turnirə start veriləcək.  Koreyalı karate ustası Masutatsu Oyamanın əsasını qoyduğu, dünyanın ən çətin idman növlərindən sayılan “Kyokuşin karate” növü üzrə ilk dəfə Bakıda Avropa çempionatı olacaq.
1.5.2014
  
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə mayın 7-dən 9-dək Bakıda “Qız qalası” Beşinci Beynəlxalq incəsənət festivalı keçiriləcəkdir.
30.4.2014
  
Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) Təcrübə-Sınaq Mərkəzi (AzTEST) ölçmə vasitələrinin kalibrlənməsi və sınaq laboratoriyalarında vakant vəzifələrinə işə qəbul elan edir.
30.4.2014
  
“Məqsəd Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirakdır”. Bu gün Azərbaycanın Qolf Federasiyasının inzibati binasında bu il ölkəmizdə baş tutacaq qolf üzrə iki möhtəşəm tədbirin təqdimat mərasimi keçirilib.
30.4.2014
  
Qoç - yaxın ətrafınızdakı insanlar üçün əvəzolunmaz yardımçı və qiymətli müttəfiqə çevrilə bilərsiniz. Mürəkkəb xarakterə malik insanlarla əlaqələri normal qurun. Dostları və ya tərəfdaşları diqqətlə seçin. Təhsildə uğurlar ola bilər. Yeni təcrübə əldə olunması, dünyagörüşün artırılması üçün əlverişli zamandır.
30.4.2014
  
Türk dünyasının böyük oğlu Əhməd Cavadın anadan olmasının 122 illiyi münasibətilə mayın 6-da Hacettepe Universitetində tədbir keçiriləcək.
30.4.2014
  
Xalq yazıçısı Çingiz Abdulayev Gəncə şəhərində oxucuları ilə görüşüb.
30.4.2014
  
Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında çəkilmiş “Parisdən məktublar” sənədli filminin təqdimat mərasimi olub.
30.4.2014
  
Azərbaycan Respublikası “Kitab” Cəmiyyəti tərəfindən “Nizami obrazları xalçalarda” miniatür kitabı “İndiqo” mətbəəsində nəfis şəkildə çapdan çıxmışdır.
30.4.2014
  
Bu gün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına iştirak etmək üçün sənəd qəbulunun son günüdür. Ərizə qəbulu saat 23:59-da başa çatır.
1.5.2014
  
Bakı və Abşeron yarımadasında mayın 2-də hava şəraitinin dəyişkən buludlu, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
1.5.2014
  
Qadınlardan ibarət voleybol üzrə milli komandamız təlim-məşq toplanışına start verib.