29.12.2012
  
Musiqi karyerasını başa vurduğunu deyən, amma səhnələrdən ayrılandan 14 ay sonra geri qayıdan məşhur türk müğənni Teoman toya hazırlaşır.
29.12.2012
  
Xalq artisti Faiq Ağayevin Heydər Əliyev Sarayında start götürən “F.A VİDA” adlı 4 günlük solo konsertinin bu günkü verilişində müğənni pərəstişkarlarına sürpriz edəcək. Bu barədə məlumatı Xalq artisti öz “Facebook” səhifəsində yayıb.
29.12.2012
  
Topaz Premyer Liqasının 2012/13 mövsümünün ən nümunəvi futbolçuları müəyyənləşib. Meydana 1000 və daha çox dəqiqə keçirib, vərəqə almayan oyunçuların siyahısını hazırlayıb.
29.12.2012
  
Həyatınızı təşkil etmək yaddaşınızı təşkil etməkdir. Bir işdən başqa bir işə keçmək yaddaşınızı yorar. Beyninizə etdiklərinizi yazacaq zaman verin. Yaxşı bir yaddaş həyatını yaxşı idarə edənlərdə olur.
29.12.2012
  
Dekabrın 29-da “Park Bulvar”da Azərbaycan Milli Olimpiya Komitəsi əyləncəli və maarifləndirici “Oyun günü” təşkil etmişdir.
29.12.2012
  
Yaz aylarında Gəncə çölündə görməyə alışdığımız lalalər bu dəfə paytaxt Bakıda Heydər Əliyev və Babək prospektinin kəsişməsində, özü də ilin günün bu vaxtında düzə çıxıb.
29.12.2012
  
Heydər Əliyev Sarayı 2013-cü ilin yanvar ayının 3-dən 5-dək uşaqlar üçün növbəti dəfə Yeni il şənliyi təşkil edəcək.
28.12.2012
  
Azərbaycanda I sinfə gedəcək uşaqlarla bağlı yeni təklif hazırlanıb. Təhsil Problemləri İnstitutu (TPİ) Azərbaycanda beşyaşlıların məktəbəhazırlığı ilə bağlı yeni təklif hazırlayaraq Təhsil Nazirliyinə təqdim edib. Bunu cümə günü Trend-ə TPİ-nin direktoru Abdulla Mehrabov deyib.
28.12.2012
  
Bu gün Azərbaycanın xalq artisti Zeynəb Xanlarova 76 yaşını qeyd edir. Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakıda dünyaya göz açıb. M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini (1956) və A.Zeynallı adına Bakı Musiqi Texnikumunu (1961) bitirib. 1961-ci ildən Opera və balet teatrının solistidir.
28.12.2012
  
Kapital bank maraqlı roliklə çıxış edib. Bundan ötrü bank hal-hazırda dünyada izləyici rekordları qıran mahnıya müraciət ediblər.
28.12.2012
  
Azərbaycan ərazisində Dünya Azərbaycanlılarının Həmrəylik gününün ilkin hava proqnozu açıqlanıb.
28.12.2012
  
9-cu mikrorayonun aşağı hissəsi asfalt örtüyünün yenilənməsi ilə əlaqədar müvəqqəti olaraq bağlanıb
28.12.2012
  
Azərbaycanın Efiopiyada səfirliyi açılacaq. Milli Məclisin (MM) bu gün keçirilən iclasında bununla bağlı qanun layihəsi müzakirə olunub. Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
28.12.2012
  
Özbəkistan Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Yol Fondu Azərbaycan şirkətlərini Buxara vilayətində yolların qurulması və təkmilləşdirilməsi işlərində iştirak etməyə dəvət edir.
28.12.2012
  
Başa çatan Olimpiya ilində azərbaycanlı gimnastlar 123 medal qazanıblar. Onlardan 41-i qızıl, 45-i gümüş, 37-si isə bürünc medaldır. Bu barədə cümə günü Azərbaycan Gimnastika Federasiyasının yaydığı xəbərdə deyilir.
28.12.2012
  
Nyu-Yorkun Kuins rayonunda sahildə nəhəng balina tapılıb.
29.12.2012
  
Bakının Nizami rayonunda yeni yeraltı piyada keçidi istismara verilib. Nəqliyyat Nazirliyinin "Azəryolservis" QSC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, keçid Qara Qarayev prospektində, Heydər Əliyev Parkının qarşısında yerləşir.
28.12.2012
  
Tərtər rayonunda üçəm uşaqlar dünyaya gəlib, onların hər üçü də qızdır.
27.12.2012
  
"Ailə TV" kabel televiziyası operatoru xalqımızı qarşıdan gələn Yeni, 2013-cü il münasibəti ilə təbrik edir və onları ailəyə daha yaxın olmağa dəvət edir. Belə ki, abunəçilər Bayram günləri bütün "Ailə TV" paketlərini pulsuz izləyəcəklər.
28.12.2012
  
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Yeni il bayramı ərəfəsində Bakının Nəsimi rayonundakı 1 nömrəli uşaq evində olub. Leyla Əliyevaya məlumat verilib ki, bina 1930-cu ildə tikilmiş və iki ildən sonra uşaq evi kimi fəaliyyətə başlayıb.