10.7.2012
  
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Rusiyanın Krasnodar diyarında sel fəlakəti ilə əlaqədar növbəti yardım karvanını yola salıb. Bu gün yola salınan karvanı da 22 maşından ibarət olub.
10.7.2012
  
Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri Türkiyəyə aparılıb. Aktyorun həyat yoldaşı Rəhimə Nuriyevanın verdiyi məlumata görə, Yaşar Nuri Türkiyəyə bu ölkədən onunla birgə gəlmiş tibb bacısı ilə qayıdıb.
10.7.2012
  
Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə imtahana buraxılış vərəqələrinin verilməsinə başlanılıb.
10.7.2012
  
Qoç - Bu günün əksər hissəsini öz qorxu və zəifliklərinizi yenməyə sərf edir, bir çox fürsətləri əldən qaçırırsınız. Bir çox Qoçlar bu günü daxili vurnuxma, əzablar, narahatlıq içində keçirəcəklər. Ən pisi də odur ki, bunların səbəbini də bilmirsiniz.
10.7.2012
  
Gələn il Latın Amerikası ölkələrində Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə Prezidentinin sərəncamı ilə fəxri adlara layiq görülmüş bir qrup mədəniyyət və incəsənət işçilərinə orden və medalların təqdim edilməsi mərasimində çıxış edərkən deyib.
10.7.2012
  
Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın rəsmi saytı fəaliyyətə başlayıb.
10.7.2012
  
Dünya şöhrətli müğənninin Bakı konsertini təşkil edən “Universal Music Group” şirkətinin Azərbaycan nümayəndəliyi “Omnikomo Music Group” şirkətinin PR xidmətindən verilən məlumata görə, müsabiqənin qalibləri oktyabrın 6-da “Crystal Hall”da keçiriləcək konsertin fan-zonasına bilet əldə edəcəklər.
10.7.2012
  
Azərbaycan paytaxtının bir sıra ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı şəhəri F.X.Xoyski küçəsində 500 mm diametrli polad siyirtmənin yerinin dəyişdirilməsi ilə əlaqədar paytaxtın Nəsimi və Nərimanov rayonlarının bəzi yerlərinə - Vaqif prospekti, C.Hacıbəyli, Xan Şuşinski, M.Qaşqay, Bakıxanov küçələrinə içməli suyun verilməsində gün ərzində məhdudiyyətlər tətbiq ediləcək.
10.7.2012
  
Azərbaycanın aran rayonlarına ötən gecədən başlayaraq səhərədək yağan leysan yağışlar nəticəsində Göyçayda təsərrüfata ciddi ziyan dəyib.
10.7.2012
  
Bu il rus bölməsinin "Azərbaycan dili" fənnindən imtahan vermiş 3209 abituriyenti ali məktəblərə qəbul imtahanlarına buraxılmayacaq.
10.7.2012
  
ABŞ-ın Missuri ştatının sakini Brayan Fayt öz evinin çardağında döşəmə taxtasının altından 13 butulka viski aşkar edib. İçkinin ümumi dəyəri təxminən 2,6 milyon dollardır.
10.7.2012
  
Hindistan hökuməti Britaniyanın Sotheby's Hərrac evindən respublikanın müstəqilliyi uğrunda mübarizlərdən biri olan Mahatma Qandinin arxivini 1,1 milyon dollara alıb. Bir neçə min məktubdan, sənəd və fotoşəkillərdən ibarət kolleksiya çərşənbə axşamı, iyulun 10-da hərraca çıxarılmalı idi.
10.7.2012
  
Türkiyənin Aralıq dənizi bölgəsində Rixter cədvəli ilə 6 bal gücündə zəlzələ baş verib. Zəlzələ bölgədəki vilayətlərdə də hiss edilib.
9.7.2012
  
Sabahdan Bakıda və Abşeron yarımadasında havanın temperaturu tədricən yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi verilən məlumata görə, iyulun 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
9.7.2012
  
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binasının bu ilin dekabr ayında açılması planlaşdırılır.
9.7.2012
  
Ağsu rayonunda güclü küləklə müşayiət olunan dolu və leysan yağışları təsərrüfatlara ciddi ziyan vurub, insan itkisinə səbəb olub.
9.7.2012
  
Millət vəkili Qənirə Paşayeva Azərbaycan Nyu-York Assosiasiyasının medalına layiq görülüb. Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevaya bu medal ABŞ səfəri çərçivəsində təqdim edilib.
9.7.2012
  
Toskan sahillərində istirahət Rusiyadan olan 40 yaşlı turist üçün çox uğurlu olub. Belə ki, o, Lido-di Kamayore (Lukki vilayəti) kurort şəhərində istirahət zamanı "Cash and Fruits" videolotereyasında oyun avtomatında 110 min avro udub.
9.7.2012
  
Namiq Qaraçuxurlu 4 nəfər musiqiçi ilə duet oxuyub. Təklif ona qarşı tərəfdən gəlib və meyxanaçı həmkarlarına dəstək məqsədi ilə razılığını bildirib. Bu barədə onun prodüseri Ataş Hüseyn məlumat verib.
9.7.2012
  
Bakıda, "Gənclik" metrosunun yaxınlığında, Qələbə meydanında tunel tikintisi üzrə intensiv işlər gedir.