18.7.2012
  
Adı musiqi tarixinə “Eurovision-2011”in qalibi kimi həkk olunmuş, müğənni və aktyor Eldar Qasımov rəsmi “YouTube” kanalında öz yeni “I’m free” (“Mən azadam”) mahnısının akustik versiyasını təqdim edib.
18.7.2012
  
"Eurovision-2010″ Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmiş Səfurə Əlizadə yeni klipinin təqdimatını keçirib. Klip Səfurənin “It’s my way” albomundan olan “Paradise” (Cənnət) mahnısına çəkilib.
18.7.2012
  
İlin sonunadək Azərbaycanın bütün ərazisi rəqəmsal TV ilə əhatə olunacaq. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çərşənbə axşamı "Ənənəvi KİV-dən on-line mediaya" mövzusunda keçirilən konfransda bildirib.
18.7.2012
  
UEFA ilin oyunçusu mükafatı üçün təyin etdiyi 32 namizədi açıqlayıb. Siyahıda 7 “Real Madrid”, 5 “Mançester Siti” oyunçusu var. La Liqada mövsümü ikinci sırada tamamlayan “Barcelona”dan isə 4 oyunçu mükafata namizəd olaraq göstərilir.
18.7.2012
  
Dünyada istənilən kişidən soruşasınız, özünü qadından ağıllı sayacaq. Əsrlər boyu belə idi. Amma indi yox.
18.7.2012
  
Azərbaycanın əməkdar artisti Azərinin Türkiyədə yeni veriliş aparacaq. Iyulun 18-də Bakı vaxtı ilə saat 22.00-da Azərinin Türkiyədə canlı yayım vasitəsilə verilişinin ilk buraxılışı olacaq.
18.7.2012
  
"Azeryolservis" ASC-dən verilən məlumata görə, cari ilin 6 ayı ərzində Bakı şəhəri üzrə 60 km-ə yaxın yol təmir olunub.
18.7.2012
  
1912-cü ildə aysberqlə toqquşaraq batmış "Titanik" gəmisinin tam oxşarını tikdirən biznesmen Klay Palmer layihənin təfərrüatlarını açıqlayıb.
18.7.2012
  
Dünən Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası orucluq ibadətinin – Ramazan ayının başlanması ilə bağlı fətva verdi. Ramazan ayının ilk günü miladi təqvimi ilə iyulun 21-nə təsadüf edir.
18.7.2012
  
Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 1 nəfər 700 bal toplayıb.
18.7.2012
  
Məşhur amerikalı aktrisa Uma Turmanın qızı dünyaya gəlib. Bu barədə məlumatı kino ulduzunun rəsmi nümayəndəsi təsdiqləyib.
18.7.2012
  
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
18.7.2012
  
Prezident İlham Əliyev Azərbaycanın aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.
18.7.2012
  
UEFA Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində “Neftçi” və Gürcüstanın “Zestafoni” komandaları arasında keçirilən matçda Bakı klubu 3:0 hesabı ilə qalib gəlib.
18.7.2012
  
Xərçəng əleyhinə yeni terapiyanın əsasını qızılın nanoaktiv hissəcikləri və çay cövhəri təşkil edir. Onu artıq prostat vəz xərçənginin hüceyrələrinin yerləşdirildiyi siçanlar üzərində sınaqdan keçiriblər.
17.7.2012
  
Türkiyə estradasının meqastarı Tarkan avqust ayında Qəbələdə konsert proqramı ilə çıxış edəcək. Bu barədə müğənninin qarşıdakı çıxışının təşkilatçısı “Səs Organization”ın rəhbəri Nahid Emiloğlu məlumat verib.
17.7.2012
  
İyulun 24-dən etibarən start götürəcək IV Qəbələ Musiqi Festivalının proqramı açıqlanıb.
17.7.2012
  
Məşhur «Tı kto takoy? Davay, do svidaniya» ifadəsinin və eyni meyxana qafiyəsinin müəllifləri İntiqam və Ehtiram Rüstəmov qardaşları bu ifadəyə görə müəlliflik hüququ almaq niyyətindədirlər.
17.7.2012
  
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda "Heydər Əliyev" adlı ikicildlik fundamental monoqrafiya çapa hazırlanır.
17.7.2012
  
Bakıda inşa olunan yeni stadionda görülən işlərlə bağlı son görüntülər nümayiş etdirilib.