16.7.2012
  
Qoç - Günün əvvəlində sizə elə gələcək ki, uğur üzünüzə gülür və tezliklə nailiyyət qazanacaqsınız. Ancaq bir müddət sonra aydın olacaq ki, işlər, düşünüldüyü qədər də yaxşı deyil. Sizə birbaşa aid olmayan xeyli problemi həll etməli olacaqsınız. İrimiqyaslı layihələr üzərində işə başlamaq əvəzinə, cari işlərlə məşğul olun.
16.7.2012
  
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.
16.7.2012
  
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzi və Parisin Sen-Jermen Milli Muzeyinin birgə əməkdaşlığı ilə Lerikdə aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl I minilliyə aid qədim əşyalar tapılıb.
16.7.2012
  
Qadınlarda intellekt əmsalı (İQ) kişilərdən daha yüksəkdir. Belə bir nəticəyə Yeni Zelandiyanın Otaqo Unversitetindən dünya şöhrətli professor Ceyms Filinn öz tədqiqatı zamanı gəlib. Hadisənin unikallığı ondan ibarətdir ki, kişilər intellektin səviyyəsinin yoxlanılması üzrə keçirilən testlərin bütün tarixi ərzində ilk dəfə olaraq qadınlardan geri qalıblar. Bu barədə Rusiya KİV-ləri məlumat verir.
16.7.2012
  
İstanbulda cüdo üzrə Avropa Kuboku başa çatıb. Yarışda iştirak edən azərbaycanlı idmançılar 2 medal qazanıblar.
16.7.2012
  
Rəhim Rəhimli yayın hitini təqdim etdi. O, sözləri və musiqisi özünə aid olan “Yetər” adlı mahnısına klip çəkdirib.
13.7.2012
  
İngiltərə səmasında uçan naməlum obyektlərin (UNO) paradı lentə alınmışdır. GoMap.az bu maraqlı video lenti öz oxucularına təqdim edir.
13.7.2012
  
“Bakı, mən səni sevirəm!” kino layihəsinin çəkilişləri başa çatıb. Kino layihəsinin mətbuat katibi Şahnaz Abdullayevanın verdiyi məlumata görə, filmin çəkilişi 2 – yaz və yay sessiyalarından ibarət olub. Layihəyə hər biri 9 dəqiqədən ibarət 10 film daxildir.
13.7.2012
  
ABŞ-ın ən məşhur "sevgili cani"ləri sayılan Bonni Parker və Klayd Barrou qətlə yetiriləndən sonra onların yanında tapılmış iki tapança sentyabrın 30-da keçiriləcək hərracda satışa çıxarılacaq.
13.7.2012
  
Rusiya paytaxtında III Moskva beynəlxalq gənc incəsənət bienalının paralel proqramı çərçivəsində “YARAT” İncəsənət Məkanının "PAT vəziyyəti" adlı əlaqələndirici layihəsinin təqdimatına həsr olunan tədbir keçirilib.
13.7.2012
  
Bakı şəhər İcra Hakimiyyəti iyulun 14-də Milli Parkda konsert təşkil edəcək. Bu barədə Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.
13.7.2012
  
Bakıda rəssam Afət Bağırovanın əsərlərindən ibarət "I love absurde" adlı sərgi keçiriləcək. Sərginin acılışı 19 iyul, saat 19:00-da Kicik QalArt-da baş tutacaq.
13.7.2012
  
Hindistanın ən məşhur aktyorlarından biri, Bollivudun "canlı əfsanəsi" sayılan Dara Sinqh dünyasını dəyişib.
13.7.2012
  
Fransanın “PSA Peugeot Citroen” avtokonserni 8 min əməkdaşını ixtisar etmək və Parisdəki yığım zavodunun fəaliyyətini dayandırmaq qərarına gəlib. Plana əsasən üç min nəfərin çalışdığı zavodda istehsal 2014-cü ildə dayandırılacaq.
13.7.2012
  
Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə sənəd verən abituriyentlər üçün ixtisas seçiminin vaxtı müəyyənləşib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.
13.7.2012
  
Qoç - Çətinliklərlə savaş üçün qollarınızı çirmələmisiniz, hərdənbir etdiyiniz həmlələr hətta düşmənlərinizi zəiflədir də. Asan uğura ümid etməyin. Bu gün sizi ağır, uzun, yorucu, diqqət və inad tələb edən işlər gözləyir.
13.7.2012
  
“Nar Mobile” abunəçiləri üçün “Kontent” və “SMS” xidmətlərinin satışının stimullaşdırılması məqsədi ilə "Narla qazan" adlı kampaniya keçirir. Kampaniya 25.12.2012-ci il tarixinədək keçirilir.
13.7.2012
  
Azərbaycan Təhsil Şəbəkəsində istifadə edilən “Vebsens” proqramının İnternet filtrasiya sistemi vasitəsilə məktəblilər üçün zərərli hesab edilən 90 tematik qrup üzrə dünyanın 18 mln. veb-saytına çıxış məhdudlaşdırılıb.
13.7.2012
  
İyulun 14-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru havanın tutqun olacağı gözlənilir.
13.7.2012
  
“Eurovision 2013” müsabiqəsinə ev sahibliyi edən İsveç müsabiqənin çoxsaylı azarkeş və peşəkarlarına müraciət edib. GoMap-ın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, bir çox insan müsabiqənin İsveçin Malmö şəhərində keçiriləcəyini öyrənəndən sonra şouya biletləri əldə etmək və otel bron etmək istəyirlər.