27.6.2012
  
Britaniyanın simvolu sayılan Vestminster sarayının saat və zəngli qülləsi adını dəyişir.
"The Guardian"a istinadən verilən xəbərə görə,, "Big Ben" qülləsi bundan sonra "II Yelizaveta" adlandırılacaq.
27.6.2012
  
Ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar iyunun 27-dən 29-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.
27.6.2012
  
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin sahibkarlarından ibarət nümayəndə heyəti gələn həftə Azərbaycana səfər edəcək.
27.6.2012
  
Cennifer Lopez, Rihanna və Şakiranın “Baku Crystal Hall”da solo konsertlərinin biletləri satışı başlanılıb. Hər üç konsertin təşkilatçısı “Universal Music Group” şirkətinin Azərbaycandakı nümayəndəsi “Omnikomo Music Group”un rəsmi saytı www.omnikomo.com-a istinadən yaydığı məlumata görə, hər üç konsertin biletlərinin qiyməti 35-230 avro arasındadır.
27.6.2012
  
Astanadakı Qazaxıstan-Britaniya Texnoloji Universiteti mətbuat xidmətinin yaydığı məlumata görə, bu ali təhsil ocağının 11 yaşlı tələbəsi Jansaya Abdumalik həm də dünyanın ən gənc qrossmeysteri adını qazanmışdır.
27.6.2012
  
İyunun 22-dən 24-dək Niderlandın Hilversun şəhərində keçirilmiş HSG 2012 açıq şahmat turnirinin A kateqoriyasında çıxış edən Fransada yaşayan həmyerlimiz qrossmeyster Namiq Quliyev (FİDE üzrə reytinqi 2522) altı oyundan beş xal toplayaraq turnirin birinci mükafatına layiq görülmüşdür.
27.6.2012
  
Avropa tarixində ən iri xəzinələrdən biri iki həvəskar arxeoloq tərəfindən Cersi adasında tapılıb. Gizli yerdən tapılan on minlərlə qızıl və gümüş sikkənin ümumi çəkisi ¾ tona çatır.
27.6.2012
  
Türkiyənin Van şəhərində dünyada məşhur olan “Van pişikləri”nin gözəllik müsabiqəsi keçirilib.
25.6.2012
  
Bakıda Müasir İncəsənət Muzeyində rəssam Bəhruz Kəngərlinin 120 illiyinə həsr olunmuş sərgi açılıb. Sərgi Prezident İlham Əliyevin Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Bəhruz Şirəlibəy oğlu Kəngərlinin 120 illiyinin qeyd edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq keçirilir.
25.6.2012
  
Dünən Çinin dağlıq cənub-qərb ərazilərində 5.5 bal gücündə zəlzələ baş verib.
25.6.2012
  
Azərbaycan kanoeçisi Valentin Demyanenko karyerasında 4-cü dəfə Avropa çempionu olub.
25.6.2012
  
Bu gün tanınmış pop ulduz Maykl Ceksonun ölüm günüdür.
25.6.2012
  
Amerikada dünyanın ən eybəcər iti seçilib. Bu məqsədlə Kaliforniya ştatında yarışma keçirilib. Müsabiqədə "ən eybəcər it" adı uğrunda 29 it mübarizə aparıb.
25.6.2012
  
Monteneqro hökumətinin 2012-ci ilin 21 iyun tarixində keçirilən növbəti iclasında “2012-ci ilin 15 iyul – 31 oktyabr tarixləri arasında Monteneqroya səfər etmək istəyən Azərbaycan vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejiminin tətbiq edilməsi haqqında” qərar qəbul edilib.
25.6.2012
  
Havaların isti keçməsi ilə əlaqədar iyunun 5-dən bu günədək paytaxtda günvurma ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı 29 nəfərə çatıb.
25.6.2012
  
İyunun 25-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ci il buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak etmişdir.
25.6.2012
  
Doqquz yaşlı Eminin çox ağır xəstəliyi vardır. Həkimlər ona mümkün qədər çox və yağlı yeməyi tapşırmışlar. O, gün ərzində çoxlu yağlı yemək yeməsə, ölə bilər.
25.6.2012
  
Azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyədə yeni layihəsinin – PALMARİNA limanının açılışına hazırlaşır. PALMARİNA təkcə liman kimi deyil,eyni zamanhda əyləncə və istirahət mərkəzi kimi fəaliyyət göstərəcək.
25.6.2012
  
Ekvadorda dünyanın ən məşhur heyvanlardan biri öldü. Qalapaqoss milli heyvanxanasında abinqon fil tısbağası sinfinin sonuncu nümayəndəsi - "Tənha Corc" adlı tısbağa dünyasını dəyişib.
25.6.2012
  
Dünyanın ən bahalı avtomobillərindən olan İtaliyanın “Ferrari” avtomobil konserninin tarixi ərzində istehsal edilmiş ən gözəl modellərindən biri 5 milyon funt-sterlinqə satışa çıxarılmışdır.