7.5.2012
  
Azərbaycanın tanınmış kamança ustası İmamyar Həsənov mayın 16-da Nyu-Yorkda konsert proqramı ilə çıxış edəcəkdir.
7.5.2012
  
Qoç - Əla gündür. Demək olar ki, baş verən bütün hadisələr sizi sevindirəcək. Asanlıqla uğur qazanırsınız. Entuziazmla başladığınız bütün işlər gözəl alınır. Dostlarınızın və yaxınlarınızın dəstəyinə güvənə bilərsiniz. Uşaqlarla və digər kiçik yaşlı qohumlarınızla ünsiyyətdən həzz alacaqsınız. Onların yaxşı əhvalı sizə də sirayət edəcək.
7.5.2012
  
Acı Çili istiotu yeyən adamların həmişə tərləmələri bir müddət əvvəl Kaliforniya Universitetinin tədqiqatçılarının diqqətini cəlb etmişdi. Bu da kəskin qidanın bədənin temperaturunu artırmasından artıq kiloların itirilməsi üçün istifadə edilməsinin mümkünlüyünü sübut edir.
7.5.2012
  
Dağıstanın Kaspiysk şəhərində Məhəmməd-salam Umaxanovun xatirəsinə həsr olunmuş boks üzrə ənənəvi beynəlxalq turnirə yekun vurulub. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda Rusiya, Polşa, Braziliya, Latviya, Ukrayna, Tükmənistan, Ermənistan və Dağıstan komandaları da iştirak ediblər.
7.5.2012
  
Uşaqların təxminən üçdə ikisi səhər yeməyi ərzində kifayət həcmdə su içmir. Britaniyanın Şeffild Universitetinin alimlərinin fikrincə, bu, onların orqanizmlərinin susuzlaşmasına gətirib çıxarır.
7.5.2012
  
Bakı və Abşeron yarımadasında mayın 8-də hava şəraitinin dəyişkən buludlu, səhər zəif duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
7.5.2012
  
Bakı Metropoliteninin aldığı yeni metro vaqonları Azərbaycana 2013-cü ildə gətiriləcək. Bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib.
7.5.2012
  
Respublika Seysmoloji Xidmət Mərkəzi bu gün səhər 09.40 radələrində ölkə ərazisində baş verən zəlzələ ilə bağlı məlumat yayıb. Zəlzələnin episentri Zaqatala rayonundan 17 kilometr cənub-qərbdə, yerin 10 kilometr dərinliyində baş verib.
7.5.2012
  
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, Babək prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində yolun təcili genişləndirilməsi (Vergilər Nazirliyinin Audit İdarəsinin yerləşdiyi inzibati binanın sökülməsi) ilə əlaqədar həmin istiqamətdə avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.
7.5.2012
  
Bakıdakı Böyük Şor gölünün ərazisi abadlaşdırılır. Suyu qurudulacaq gölün ərazisi gələcəkdə belə olacaq. Türkiyənin TOCA (The Office of Contemporary Architecture) şirkəti hazırda ərazidə tikinti işlərini həyata keçirir.
4.5.2012
  
"Erkən yaşlanma xəstəliyi" diaqnozu qoyulan Hayley Okines 14-cü yaş günündə avtobioqrafiyasını yayımladı. Ad günündə işıq üzü görən kitabında vücudu 105, özü isə 14 yaşında olan qəhrəmanımız özü ilə eyni taleyə məhkum olmuş uşaqlara məsləhətlər verir, bu xəstəliklə necə mücadələ etməyin yollarını göstərir, onlara həyatda yaşamaq eşqi, stimul olmaq üçün bəzi çıxış yolları göstərir.
4.5.2012
  
Mayın 5-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
4.5.2012
  
Mayın sonunadək Azərbaycan-Macarıstan iqtisadi münasibətlərinə təkan vermək məqsədilə Bakıda Macarıstan Ticarət Evi açılacaq. Bu barədə cümə günü bu ölkənin hökumətindən məlumat verilib.
4.5.2012
  
Nüfuzlu "Forbes" jurnalı və "Quora" monitorinq resursu oxucular arasında rəy sorğusu keçirərək dünyanın ən gözəl binasını müəyyənləşdirməyə çalışıb.
4.5.2012
  
Azərbaycanın «Bank Standard» QSC Azərbaycanda ilk dəfə olaraq dünyanın 25-dən çox birjasında maliyyə əməliyyatlarında iştirak etmək imkanı verən xidmət göstərməyə başlayıb. Bankın baş ofisindən verilən məlumata görə, əməliyyatlar on-line rejimində Avropanın məşhur sərmayə bankı tərəfindən yaradılan müasir, yüksək texnologiyalı «Bank Standard Trader/WebTrader/Mobile Trader» ticarət platformalarında həyata keçirilir.
4.5.2012
  
Mançesterdə taekvondo üzrə Avropa çempionatına start verilib. Yarışa 14 idmançı ilə qatılan Azərbaycan millisi stardaca artıq bir medal qazanıb.
4.5.2012
  
Yaponiyanın paytaxtı Tokionun qərbindəki Sagamihara şəhərindəki evindən qaçan tutuquşu, yaxınlıqdakı otelin müştərisinin çiyninə qonub. Onun sahibini tapa bilməyən müştəri, tutuquşunu polisə aparıb.
4.5.2012
  
"Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Bakıdakı bəzi səhiyyə müəssisələri gücləndirilmiş rejimdə işləyəcək. Bunu cümə günü Bakı Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev deyib.
Onun sözlərinə görə, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Kliniki Tibbi Mərkəz, 2 saylı Şəhər Kliniki Uşaq Xəstəxanası, 5 saylı Şəhər Kliniki Xəstəxanasının Yanıq şöbəsi, 5 saylı Doğum Evi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
4.5.2012
  
İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, bu ay Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxt küçələrində yarana biləcək avtomobil sıxlığını nəzərə alaraq istər rayonlardan Bakıya gələn, istərsə də Bakıda qeydiyyatda olan avtomobil sahibləri şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər.
4.5.2012
  
2012/2013-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərdən ərizə qəbulu davam edir.