8.12.2011
  
Keçən ay Malayziyanın paytaxtı Kuala - Lumpurda İslam dəbi festivalı keçirilib. Bu festivaldan şəkilləri sizə təqdim edirik.
8.12.2011
  
Azərbaycan Nazirlər Kabineti “2012-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərar qəbul edib. Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2012-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 19, 20 avqust Ramazan bayramı, 25, 26 oktyabr isə Qurban bayramı elan edilib.
8.12.2011
  
Azərbaycan Gənc Tamaşaçılar teatrında Vaqif Əlixanlının iki hissəli "Əcəl atı" tamaşası göstəriləcək. Tamaşada torpaqlarımızın azadlığı uğrunda həlak olan Azərbaycanlılardan danışılır və tamaşa Xocalı hadisələrinin il dönümü ərəfəsində təqdim olunacaq.
8.12.2011
  
Qoç - Təəssüf ki, bu gün yeni başladığınız işlərdə uğura əmin ola bilməyəcəksiniz. Uğur mübarizəsiz gəlmir və lazım olan nəticəni əldə etmək üçün səy göstərmək lazım gələcək. Siz istənilən köməkdən imtina etməyə meyllisiniz və təkbaşına fəaliyyət göstərməyə üstünlük verirsiniz. Neyləmək olar? Hazırkı şəraitdə bu, ağılabatandır. Çünki müttəfiqləriniz sizin istifadə etdiyiniz üsulları çətin bəyənələr.
7.12.2011
  
Qoç - Hansısa nəzərəçarpan nailiyyətlərlə yadda qalmasa da, pis gün deyil. İşdə münaqişənin yetişdiyini hiss edəcək və hamının maraqlarını nəzərə almaqla, ondan yayınmaq üçün üsul tapacaqsınız. Sərfəli sövdələşmə mümkündür. Bu sövdələşmədən əldə edəcəyiniz gəlir sizə çoxdankı arzunuzu həyata keçirməyə imkan verəcək.
7.12.2011
  
Dekabr ayın 6-da Kanadada ilk dəfə olaraq , Vankuver şəhərində Azərbaycan mədəniyyət və icma mərkəzinin təntənəli açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinin məlumatına görə, mədəniyyət və icma mərkəzində Azərbaycan dilinin, musiqisinin və milli rəqslərinin tədrisi kurslarının təşkili planlaşdırılır.
6.12.2011
  
Sizə AMB-nin rəsmi valyuta məzənnələrini təqdim edirik.
6.12.2011
  
Bakının Heydər Əliyev Sarayında Mstislav Rostropoviç adına V beynəlxalq musiqi festivalının açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın əsas məqsədi M. Rostropoviçin vətənində dünyanın tanınmış incəsənət ustalarının çıxışlarını təşkil etmək olduğunu deyib: “Bu beynəlxalq festival hər il dekabr ayında ölkəmizin paytaxtında əsl musiqi bayramı kimi təşkil edilir.
6.12.2011
  
Bu gün Bakıdakı “Təzəpir” məscidində Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb.Aşura günü ilə əlaqədar məscidi ziyarətə gələn insanlar qanvermə aksiyasında da iştirak edirlər.
6.12.2011
  
Itlər insanın ən yaxşı dostu hesab olunur. Cessi adlı it isə təkcə dost deyil, həm də əsl köməkçidir. O, səhər yeməyi hazırlamaqda, alış-veriş etməkdə, ətrafdakı səpələnmiş əşyaları yığışdırmaqda öz sahibinə kömək edir.
6.12.2011
  
Polşa Respublikasının Bakıdakı Səfirliyi hər kəsi "Avropa rəqs edir" konsertinə dəvət edir. Konsertdə Lutoslavsky Piano Duo -bir fortepianoda ifa edən iki pianoçu iştirak edəcək. 
6.12.2011
  
Yeni il ucun qeyri-adi küknar agaclarının şəkillərini sizə təqdim edirik. Bəlkə siz də öz evinizdə bələ bir küknar agacı düzəltmək istəyərsiniz. Buyurun baxın...
6.12.2011
  
Qoç - Dünənki qədər çox şey vəd edən olmasa da, pis gün deyil. Bu gün hadisələrə real baxacaq, onları mümkün olduğu qədər obyektiv qiymətləndirəcəksiniz. Əməkdaşlığa başlamaq üçün pis gün deyil. Sizinlə birgə fəaliyyətdə maraqlı olduqlarını hiss etdirən adamlarla da əməkdaşlığa başlaya və öz şərtlərinizi diktə edə bilərsiniz.
6.12.2011
  
Azərbaycan Nəqliyyat Nazirliyi avtobuslarda gediş haqqının artırılması üçün hökumətə müraciət etməyib.
Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.
5.12.2011
  
Sizə Nigar Camalın yeni klipini təqdim edirik.
5.12.2011
  
Hər bir qız bir ömür boyu yaddaşlardan silinməyəcək gözəl bir toy mərasimi arzu edir. Sizə təqdim etdiyimiz video çarxın qəhrəmanı heç ağlına belə gətirə bilməzdi ki, həmin gün onun toy gününə çevriləcək. Baxmağa dəyər...
5.12.2011
  
Qoç - Bu gün sizdə xoş təəssürat yaradan çoxlu hadisə baş verəcək. Lakin bir şeyə diqqətdə saxlamaq lazımdır: bu, ilk mərhələdir və ən maraqlı şeylər sonra başlayacaq. Yəni, əgər sizə qızıldan dağ və ya istənilən başlanğıcda dəstək söz verirlərsə, bunların hər ikisini alacağınıza ciddi şəkildə bel bağlamaq məsləhət görülmür.
5.12.2011
  
Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı ilk dəfə olaraq elektron ensiklopediya yaradılıb. Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətindən verilən məlumata görə, 7 dildə (Azərbaycan, rus, ingilis, türk, fransız, ispan, Danimarka) fəaliyyət göstərəcək www.azerbaijans.com saytı Azərbaycan haqqında məlumatların dünyaya yayılması üçün geniş imkanlar yaradacaq.
5.12.2011
  
Beynəlxalq Qadınlar Klubu Vilnüsdəki Ratuşa binasında ölkədə akkreditə olunmuş səfirlərlə birlikdə Litvanın sabiq prezidenti Valdas Adamkusun həyat yoldaşı Alma Adamkenenin dəstəyi ilə Beynəlxalq milad xeyriyyə bazarı təşkil etmişdir.
5.12.2011
  
3,4 və 5 yanvar Buta Palace-da yeni 2012-ci ildə balaca dostlarımızı yeni il əyləncəsi və sonsuz sürprizlər gözləyir.
Yeni İl şənliyində misilsiz təcrübə keçiriləcək. Yeni layihənin yaradıcıları onu müasir terminalogiyada həyata keçirəcəklər.