25.7.2016
  

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də II və III ixtisas qrupları üzrə bu ilin məzunları üçün keçirdiyi qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması məqsədilə Apellyasiya Komissiyası yaradıb.

22.7.2016
  

“SOCAR Polymer” MMC Sumqayıt Kimya Sənaye Parkında Avstriya və Kanada texnologiyası əsasında illik istehsal gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen olan zavodlar inşa edir.

25.7.2016
  

İyulun 18-dən 25-dək Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında kitabxananın Treninq Mərkəzində “Kitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” proqramı çərçivəsində “İnnovasiya texnologiyalarının kitabxanaların işinə tətbiqi”, “ALİSA proqramının tətbiqi və elektron xidmətlərdən istifadə imkanları”, “Milli Kitabxananın innovativ onlayn xidmətləri” mövzularında treninq təşkil olunub.

25.7.2016
  

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

22.7.2016
  

"Asan İmza" mobil elektron imza xidmətinin operatoru olan "B.ESTSolutions" şirkəti Avropa Rəqəmsal İdentitet və Təhlükəsizlik Assosiasiyasının (ARİTA) üzvü seçilib.

22.7.2016
  

Nizami Kino Mərkəzində iyulun 21–dən ABŞ-ın “İşıqlar sönür” və “Startrek: sonsuzluq” filmlərinin nümayişinə başlanılıb.

22.7.2016
  

“Həkimlərin söz dünyası” (Həkim yazarların ilk poetik toplusu) adlı kitab çap olunub.

22.7.2016
  

Səyyar “ASAN xidmət” iyulun 22–dən avqustun 20-dək Şəki şəhərində sakinlərə səyyar formada xidmət göstərəcək.

22.7.2016
  

Qoç - yeni, həyatınızı rəngləndirəcək romantik macəra da mümkündür.

22.7.2016
  

"Sputnik" Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun təşəbbüsü ilə bu media qurumunun təmsilçiləri və Azərbaycan Mətbuat Şurası rəhbərliyi milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında yerləşən büstünü ziyarət edib.

22.7.2016
  

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə “Azərbaycan-İraq xalqlarının multikulturalizminin, milli dəyərlərinin, tarixi həqiqətlərinin beynəlxalq media və ictimaiyyətə çatdırılması” mövzusunda sərgi keçirilib.

22.7.2016
  

İyulun 23-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan “Retro Bakı” layihəsi çərçivəsində növbəti konsert proqramı təşkil olunacaq.

22.7.2016
  

Bu ilin yanvar-iyun aylarında sahələrdən 312,3 min ton kartof, 395,7 min ton tərəvəz, 43,1 min ton bostan məhsulları, 95,4 min ton meyvə və giləmeyvə, 507,8 ton yaşıl çay yarpağı toplanıb, eləcə də 110,0 ton tütün yarpağı yığılıb.

22.7.2016
  

Yarışda halqa və topla təsnifat yarışları başa çatıb. İlk səkkiz pillədə qərarlaşan gimnastlar finala yüksəliblər.

22.7.2016
  

“Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” III Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları proqram çərçivəsində İsmayıllıya, malakanların kompakt yaşadıqları İvanovka kəndinə səfər ediblər.

22.7.2016
  

Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının mükafat komissiyasının iclası keçirilib.

22.7.2016
  

Fransanın turizm sahəsində ixtisaslaşmış www.tourmag.com saytında “Entreprises de voyage” şirkətinin vitse-prezidenti Rişar Subyelin müsahibəsi dərc olunub.

22.7.2016
  

Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunacaq.

22.7.2016
  

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İtaliyada təlim səfərindədir.

22.7.2016
  

Ötən altı ayda Gəncədə ümumi məhsul istehsalı 357,4 milyon manat olub.