23.2.2018
  

Martın 3-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan konsert proqramı təqdim ediləcək.

23.2.2018
  

Təhsil Nazirliyi rayon təhsil şöbələrində inzibati vəzifələrin yeddinci təsnifatına uyğun olan icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat bu gün saat 18.00-dək davam edəcək.

23.2.2018
  

Fevralın 22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqi zalında görkəmli bəstəkar, Xalq Artisti Süleyman Ələsgərovun xatirəsinə həsr olunmuş konsert keçirilib.

22.2.2018
  

Martın 4-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Frederik Aştonun “Marqarita və Arman” baleti nümayiş etdiriləcək.

23.2.2018
  

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Şirvanşahlar dövləti” sərgisi açılıb.

22.2.2018
  

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – Amerika ədəbiyyatının görkəmli simalarından olan Tomas Vulfun roman və hekayələrindən ibarət “Dünyanın hörümçək toru” kitabı işıq üzü görüb.

22.2.2018
  

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 11-də elan edilən dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçən namizədlərlə müsahibələrin keçirilməsinə başlayıb.

22.2.2018
  

Azərbaycan Dövlət Musiqili Teatrının mart repertuarı maraqlı tamaşalarla zəngindir.

22.2.2018
  

2018-2019-cu tədris ili üçün Bakı şəhəri üzrə orta məktəblərin I sinfinə qəbul başlayıb.

22.2.2018
  

Bakıda Hindistanın PHD Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə martın 13-dən 16 –dək “Best of India Exhibition” adlı ticarət sərgisi keçiriləcək.

22.2.2018
  

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 25-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcək.

22.2.2018
  

Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə bağlı yeni qəbul edilmiş qanunun icrası Bakı metropolitenində xüsusi nəzarətə götürülüb və bununla bağlı ciddi tədbirlər görülür.

22.2.2018
  

Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının tələbəsi Səkinə Nağızadə “Global Startup Weekend Women” qadınlar arasında keçirilən startup yarışının Bakı finalının qalibi olub.

22.2.2018
  

Şiddətli əl, üz, qoltuqaltı tərləmələri və üz qızarmasından əziyyət çəkənlərin Respublika Müalicəvi Diaqnostika Mərkəzində torakoskopik simpatikotomiya əməliyyatı ilə müalicə olunmasına başlanılıb.

22.2.2018
  

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim heyətinin oftalmoloji müayinələr aparmaq məqsədilə bölgələrə üz tutması ənənə şəklini alıb.

22.2.2018
  

Martın 8-də Azərbaycan Dövlət Musiqili Teatrında “Açıq qapı” günü keçiriləcək.

22.2.2018
  

Ölkənin lider mobil operatoru Azercell Telekom özünün Azercell Plus xidmətləri çərçivəsində musiqisevərlər üçün Azercell Plus Musiqi xidmətini yenidən təkmilləşdirərək abunəçilərinin istifadəsinə təqdim edib.

22.2.2018
  

Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolu ödənişli olacaq.

22.2.2018
  

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

22.2.2018
  

Beynəlxalq Muğam Mərkəzində M.F.Axunzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş etdirilib.