1.6.2012
  
Azərbaycanda bəzi ali məktəblərdə magistraturaya qəbul dayandırılıb. Bu barədə bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.
1.6.2012
  
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Nazirliyin turizm şöbəsindən verilən məlumata görə, lisenziya “Alean Company”, “Sahil Travel”, “AYF Safari İnternational”, “Bakı-Tur” və “Fun Travel” şirkətlərinə təqdim edilib. Bu şirkətlərin hər biri paytaxt Bakıda fəaliyyət göstərir.
1.6.2012
  
Türkiyənin tanınmış müğənnisi Sərdar Ortacın Bakı konsertinin biletləri satışa çıxarılıb. Konsertin təşkilatçısı Nahid Emiloğlunun verdiyi məlumata görə, iyunun 23-də Heydər Əliyev Sarayında keçiriləcək konsertin biletləri 65-250 manat arasındadır.
31.5.2012
  
Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində “Son zəng” keçiriləcək. Təhsil naziri Misir Mərdanovun əmrinə əsasən, “Son zəng” tədbirləri üç saat müddətində yalnız təhsil müəssisənin ərazisində olacaq.
31.5.2012
  
Çinə məxsus “Zero Devices” şirkəti yeni hazırladığı məhsulu - ən kiçik mikrokompyuteri təqdim etmişdir. Cəmi 198 qram çəkisi olan MK802 markalı qurğunu ovucun içində rahat yerləşdirmək mümkündür.
31.5.2012
  
Gələn ilin əvvəlində İstanbuldakı tarixi “Qapalı Çarşı” bazarının yenidən qurulmasına başlanacaq. Türkiyə mətbuatına istinadən xəbərə görə, bu, “Böyük Bazar” adı ilə də tanınan bazarın 550 illik tarixi ərzində ilk irimiqyaslı təmir olacaq.
31.5.2012
  
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aprel və may ayları ərzində bir sıra mehmanxana və mehmanxana tipli obyektlər dövlət təsnifatından keçirilib. Çərşənbə günü nazirliyin rəsmi saytına istinadən bildirilir ki, 5 hotel dövlət təsnifatından keçib və onlara müvafiq "ulduz" kateqoriyası verilib. "The Crown Hotel" mehmanxanasına "dörd", "Consul" mehmanxanasına "üç", "Hilton Baku" mehmanxanasına "beş", "Royal" mehmanxanasına "dörd", "İron" mehmanxanasına "beş" ulduz verilib. Bu mehmanxanaların hamısı Bakıda fəaliyyət göstərir.
31.5.2012
  
Qəbələ Müalicə-Diaqnostika Mərkəzində 4 hemodializ xəstəsinə yaxın qohumlarının böyrəyi köçürülüb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü verilən məlumata görə, böyrək transplantasiyası Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələ Müalicə-Diaqnostika Mərkəzində ilk dəfə həyata keçirilib.
31.5.2012
  
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə İçəri Şəhərdə bir sıra tədbirlər təşkil olunacaq. İdarədən verilən məlumata görə, bu gün 16:00-da “Arxeoloji Park”da "DA-ART" uşaq təsviri incəsənət mərkəzinin tələbələrinin müəllifləri olduqları foto, rəsm və digər əl işlərindən ibarət “Tarix uşaqlarımızın gözü ilə” adlı sərgi təşkil ediləcək.
31.5.2012
  
Almaniyada özəl olaraq ərsəyə gətirilən bir ev yağmur zamanı orkestrə çevrilir. Ölkənin Drezden şəhərində - əsasən sənətçilərin yaşadığı bölgədə tikilən bu ev üzərindəki ziq-zaqlı su kanalları və qıfları sayəsində musiqi ifa etməyə qadirdir. Xəbərə görə, mavi rəngli binanın su kanalları və qıfları yağış zamanı müxtəlif musiqilər ifa edirlər və fərqli instrumentlərə çevrilirlər.
31.5.2012
  
Qoç - Xoşunuza gəlməyən insanın qayğısına qalmalı olacaqsınız. Yeganə mükafatınız isə o olacaq ki, özünüzü borcunuzu yerinə yetirmiş hiss edəcəksiniz. Günün ikinci yarısı rəhbərlik və yaxud nüfuzlu bir şəxslə aranızda münaqişə yarana bilər. Çalışın, artıq-əskik heç nə deməyəsiniz.
31.5.2012
  
Dünyada ən iri çəhrayı brilyantlardan biri Honq Konqdakı hərracda 17,4 milyon dollara satılmışdır. “Mars çəhrayısı” adlandırılan brilyantın çəkisi 12 karata yaxındır. Amerikalı zərgər Ronald Uinston bu adı ona 1976-cı ildə NASA-nın Marsa peyk göndərməsini qeyd etmək üçün vermişdir.
31.5.2012
  
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi Abşeronun yeni qəsəbələrində mənzillərin telefonlaşdırılması işlərinə start verib. Nazirlikdən verilən məlumata görə, hazırda yeni qəsəbələrdə tikilən ATS-lərdə mənzillərin telefonlaşdırılması məqsədilə sənədləşdirmə işləri aparılır.
31.5.2012
  
Azərbaycanda turoperator kimi fəaliyyət göstərəcək turizm müəssisələrinə lisenziya verilərkən onlardan bank öhdəliyinin olmasının tələb ediləcəyi gözlənilir. Bunu cümə axşamı Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.
31.5.2012
  
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Biləsuvar rayonunda apardığı arxeoloji kəşfiyyat işləri zamanı orta əsrlərə aid bir neçə qədim abidə, eyni zamanda, qədim şəhərin qalıqlarını aşkarlayıb.
30.5.2012
  
Avropanın ən perspektivli futbolçularından biri olan 21 yaşlı Eden Azar “Çelsi”nin oyunçusu olmuşdur. Müqavilənin imzalanması faktını oyunçunun özü təsdiq etmişdir. O, Twitterdəki mikrobloqunda yazmışdır ki, Çempionlar Liqasının qalibləri ilə müqavilə imzalamışdır.
30.5.2012
  
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti "Eurovision 2012" mahnı müsabiqəsi mövzusuna həsr olunmuş markalar seriyasını təqdim edib.
30.5.2012
  
«Azərbaycan Hava Yoları» QSC (AZAL) daxili aviareyslərin marşrutunun coğrafiyasını genişləndirir. AZAL-dan verilən məlumata görə, iyunun 1-dən etibarən AZAL Bakı-Qəbələ-Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.
30.5.2012
  
Misir Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin vətəndaşlarına viza verilməsi qaydalarını sadələşdirir. Misirin turizm naziri Munir Fahri Abdunnur bildirib ki, viza prosedurunun sadələşdirilməsi turizmi inkişaf etdirmək məqsədi daşıyır.
30.5.2012
  
ABŞ-ın dünya şöhrətli Massaçusets Texnologiya İnstitutu həm uşaqların, həm də böyüklərin heç xoşlamadıqları şprislərin yerini ala biləcək cihazı ictimaiyyətin mühakiməsinə verib. Bu cihaz ağrısız ineksiyanın həyata keçirilməsinə imkan verir.