25.5.2012
  
“Apple” korporasiyası dünyanın ən qiymətli brendlərini müəyyən edən “BrandZ Top 100” reytinqində liderlik edir. Bu şirkət ekspertlər tərəfindən 182,9 milyard dollar həcmində qiymətləndirilmişdir.
25.5.2012
  
İngiltərəli doblyor 41 yaşlı Qari Konneri qəribə bir təcrübə həyata keçirib. Konneri paraşüt və heç bir qoruyucu vasitədən istifadə etmədən havada uçan helikopterdən yerə tullanıb. Sürəti saatda 130 kilometrə çatan Qari Konneri yerə yığılmış 18 000 ədəd karton qutunun üstünə düşüb.
25.5.2012
  
Gənc rəssam Orxan Hüseynovun rəsm əsərlərindən ibarət fərdi sərgisi 012 Baku Public Art Festival çərçivəsində Əziz Əliyev küçəsində keçiriləcək.
25.5.2012
  
"Eurovision 2012" mahnı müsabiqəsinin təşkilatçıları mayın 26-da "Bakı Kristal Zalı"nda keçiriləcək müsabiqənin finalının tamaşaçıları üçün qaydaları açıqlayıblar:
24.5.2012
  
Avstraliyalı cütlük Rayan və Frenk Van Hornun toy rəqsi ingilisdilli internet saytlarında əsl gurultu qoparıb. Gənclər mühafizəkar ənənələrdən qaçaraq, sentimental musiqinin müşayiəti ilə akrobatik elementlərlə bol atəşli rəqs ifa ediblər.
24.5.2012
  
Mayın 23-də Dünya İqtisadi Forumu “Ticarət üçün əlverişli şərait 2012” adlı hesabatını dərc edib. 2 ildən bir dərc olunan hesabatda dünyanın 132 ölkəsində ticarət sahəsindəki vəziyyət təhlil olunub.
25.5.2012
  
Alman alimləri müəyyən etmişlər ki, sosial gərginlik şəraitində kişilər əvvəllər hesab edildiyi kimi aqressiv deyil, ünsiyyətcil olurlar.
24.5.2012
  
Britaniyalı kaskadyor Qari Konneri (Gary Connery) vertalyotla 730 metr hündürlükdən paraşütsüz tullanıb. Bu indiyə qədər ən hündür məsafədən paraşütsüz tullanmaqda rekord göstərici sayılır.
24.5.2012
  
Mayın 23-də Azərbaycanın ev sahibliyi etdiyi «Eurovision 2012» müsabiqəsi ərəfəsi Bakı «EuroKlubun»da Dima Bilan və Nigar Camalın solo albomlarının, eləcə də yeni kliplərinin təqdimatı keçirilib. APA-nın məlumatına görə, Ukraynada çəkilən klipin rejissoru Aleksey Lamaxdır. Məhz adı çəkilən ukraynalı rejissor Nigar Camalın "Crush on you" və "Never let you go" musiqili sosial videoçarxını çəkib.
24.5.2012
  
Bakıda 20 nömrəli məktəb-liseydə Distant Təhsil Mərkəzinin açılış mərasimi və www.mesafedenmekteb.edu.az internet portalının təqdimatı olub.
24.5.2012
  
Qoç - Yaxşı gün deyil. İşdə xeyli probleminiz yaranır. İstirahət, gücünüzün bərpası üçün bir dəqiqə də olsun, boş vaxtınız yoxdur. Mənəvi tarazlığınızı qoruyub saxlamaq çətin olacaq. Sizə hərdən elə gəlir ki, ətrafınızdakıların hamısı sizə düşmən kəsilib, yer ayağınızın altından qaçır. Ancaq bu günün bütün problemlərini həll etmək mümkündür. Belə fikirləşin - əhvalınız yüksələcək.
24.5.2012
  
“Eurovision” mahnı müsabiqəsinin ilk qalibi Lis Assia Bakıya gəlib. GoMap-ın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbər görə, Bakıdakı şounu izləyən fəxri qonaqlar sırasında yarışmanın ilk qalibi Lis Assia (Lys Assia) da var. Ötən gün Bakıya gələn Lis Assia bu gün keçiriləcək «Eurovision 2012»nin yarımfinal və mayın 26-dakı final mərhələsini izləyəcək.
24.5.2012
  
Azərbaycanın bir sıra çaylarında suyun səviyyəsi artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, Kiçik Qafqazın ərazisindən axan Gəncəçayda suyun səviyyəsi 6, Kürəkçayda 14, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda 32 santimetr artıb.
24.5.2012
  
Azərbaycanın mobil rabitə operatoru olan «Nar Mobile» şirkəti «British Council» ilə birgə abunəçilərinə yeni «Mobil ingilis dili» layihəsini təqdim edib.
24.5.2012
  
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Kvebekdə (Kanada) keçirdiyi iclasında 2020-ci ildə keçiriləcək Olimpiadaya ev sahibliyinə namizədlər sırasına Bakı və Qatarın paytaxtı Dohanı daxil etməyib.
24.5.2012
  
Azərbaycanın xalq artisti Zöhrab Adıgözəlzadə uzun sürən xəstəlikdən sonra bu gün səhər saat 08:30-da vəfat edib.
23.5.2012
  
Dünyanın ən yüksək teleqülləsi Yaponiyanın paytaxtı Tokioda açılıb. Açılış günündə 634 metr yüksəkliyindəki “Sky Tree”i 8 min adamın ziyarət edəcəyi gözlənilir.
23.5.2012
  
Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi yaxın aylarda başa çatacaq. Bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çərşənbə günü jurnalistlərə deyib.
24.5.2012
  
Rusiyanın Xabarovsk şəhərində Sovet İttifaqı Qəhrəmanı Konstantin Korotkovun xatirəsinə həsr olunmuş 4-cü beynəlxalq boks turnirinə yekun vurulub. Apasport.az saytının xəbərinə görə, 15 ölkənin nümayəndələrinin mübarizə apardığı turnirdə Azərbaycan komandası da iştirak edib. Boksçularımız Xabarovsk turnirində 1 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olublar.
23.5.2012
  
Sara Uest Britaniya Kral Hərbi-Dəniz Qüvvələrində gəmi kapitanı vəzifəsinə təyin edilmiş ilk qadındır.