1.5.2012
  
Qoç - Ünsiyyətdən qaçırsınız, əsəbisiniz, hətta həmfikirlərinizlə də ortaq nöqtəyə gələ bilmirsiniz. Yox yerdən narazılıqlar yaranır və saatlar keçdikcə böyüyür, ciddiləşir. Səhərçağı hansısa razılığa gəlmək mümkündür, günün ikinci yarısı isə təmasları, ünsiyyəti minimuma endirməyə çalışın.
Şəxsi həyatınızda gözlənilməz dəyişikliklər mümkündür.
1.5.2012
  
GoMap.Az Day.Az saytına istinadən Bakının Badamdar qəsəbəsində yerləşən avtomobil bazarından son qiymətləri təqdim edir.
1.5.2012
  
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq, axşam buludluluğun artacağı gözlənilir.
Temperaturun gecə 11-15° isti, gündüz 22-27° isti, Bakıda gecə 13-15° isti, günün birinci yarısında 24-26° isti olacağı gözlənilir.
1.5.2012
  
Aprelin 30-da “ÜNS” yaradıcılıq səhnəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, tanınmış filoloq alim, professor Nərgiz Paşayevaya Macarıstanın “Xidmətlərə görə” komandor xaç ordeninin təqdim edilməsi mərasimi keçirilmişdir. Professor Nərgiz Paşayeva bu ali mükafata macar mədəniyyətinin Azərbaycanda təbliği istiqamətindəki uğurlu fəaliyyətinə görə Macarıstanın dövlət başçısının Sərəncamı ilə layiq görülmüşdür.
1.5.2012
  
17 may Avroviziya 2012 mahnı müsabiqəsi çərçivəsində Bakı Caz Mərkəzinin səhnəsində Estoniyanın təmsilçisi Ott Leplandın konserti keçiriləcək.
1.5.2012
  
Yerli QHT-lərin təşəbbüsü və Daxili İşlər Nazirliyi, Beynəlxalq təşkilatların dəstəyi ilə 2009-cu ildən başlayaraq hər il may ayının birinci həftəsi "İnsan alverinə qarşı mübarizə həftəsi", mayın 6-sı "İnsan alverinə qarşı mübarizə günü" kimi qeyd edilir.
1.5.2012
  
Hindistanın Assam ştatındakı Brahmaputra çayında batan gəmidə insanları xilas etmək üçün axtarış tədbirləri davam edir.
1.5.2012
  
Artıq çəkidən xilas olmağa çalışan adamların badama diqqət yetirmələrinə dəyər. Alimlər təsdiqləyirlər ki, cəmi bir ovuc badam bütün günü iştahanı boğa bilir. Badam aşağı qlikemik indeksə malikdir. Bu indeks həmin məhsuldan istifadə olunduqda qanda şəkərin miqdarının sürətlə artmasının göstəricisidir. Bu barədə "The Telegraph" xəbər verir.
1.5.2012
  
Amerikalı aktyor, Hollivud ulduzu Bredd Pitt 6 ildən bəri qeyri-rəsmi nikahda yaşadığı aktrisa Ancelina Coli ilə rəsmi nikaha və toya hazırlaşır.
30.4.2012
  
Brantley adlı ingilis körpə öz qəhqələri ilə onu izləyənləri də gülüşlərə boğub.
30.4.2012
  
Bakının Xətai rayonunda yeni avtomobil yolu salınır. Yol Heydər Əliyev prospekti ilə Babək prospektinin birləşdiyi hissədə tikilir.
30.4.2012
  
Con Hopkins Universitetinin tədqiqatçıları hesab edirlər ki, gün işığı və limon şirəsi suyu içmək üçün yararlı edir. Alimlər müəyyən etmişlər ki, suya limon şirəsi əlavə edib günün altında saxladıqda zərərli bakteriyaların, o cümlədən bağırsaq çubuğunun sayı azalır.
30.4.2012
  
Нadisə Polşanın Vroslav şəhərində baş verib. Anna ona başqa qadınla xəyanət edən və həmin qadınla yaşamağa başlayan sabiq sevgilisinin bütün dişlərini çəkib çıxarıb.
30.4.2012
  
Qoç - Əlverişli gündür. İşlərə nə qədər tez girişsəniz, o qədər yaxşı nəticələrə nail ola bilərsiniz. Odur ki, tələsmək lazımdır. Günün birinci yarısı həm müstəqil fəaliyyət, həm də birgə layihələrin reallaşdırılması üçün münasibdir. Heç bir çətinlik çəkmədən müttəfiq və həmfikirlər tapacaqsınız.
30.4.2012
  
May ayında Azərbaycan ərazisində havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimalı var.
1.5.2012
  
Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına əsasən, İtaliya bəzi çimərliklərindən, o cümlədən turizm kurortlarından, unikal sahilyanı flora və faunadan məhrum ola bilər.
30.4.2012
  
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 3 il ötür.
30.4.2012
  
2012-ci il may ayının birinci yarısı üçün Akademik Milli Dram Teatrının repertuarını sizə təqdim edirik.
1.5.2012
  
Azərbaycan gimnastı Aliyə Qarayeva Rusiyanın Penza şəhərində keçirilən Dünya Kuboku yarışlarında halqa ilə hərəkətlərdə qalib gəlmişdir. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən verilən xəbərə görə, milli komandanın liderinin aktivində bu uğur Azərbaycan idmanı tarixində ilk dəfədir.
1.5.2012
  
ABŞ-ın İllinoys Universitetinin araşdırması göstərir ki, içməyi özünə rəva görən kişilər çətin bilməcələrin öhdəsindən içki içməyənlərə nisbətən daha yaxşı gəlirlər. Bu barədə "The Daily Mail" yazır. Bu zaman onlar nəinki təkcə düzgün cavablar verirlər, həm də tapşırığı daha sürətlə həll edirlər.