12.12.2011
  
Qoç - Sizin üçün uğursuz və çətin gündür. Qurduğunuz planlar həyata keçməyəcək, çətin və birmənalı olmayan vəziyyətə uyğunlaşmalı, ətrafdakıların dolaşıq qarşılıqlı münasibətlərindən baş çıxarmalı olacaqsınız. Bu gün işiniz çox olacaq. Özü də onların hamısı çətin işlərdir və günün yorucu olacağı təəccüblü deyil. Dincəlməyə vaxt tapın. Gücünüzü bərpa etmək üçün işlərdən ayrılmalısınız.
12.12.2011
  
Azərbaycan prezidenti İlham Əliyev Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. Dövlət başçısı ümummilli liderin məzarı önünə əklil qoyub, ehtiramını bildirib.
12.12.2011
  
Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin vəfatından 8 il keçir. Bu gün Azərbaycanın bütün bölgələrində Heydər Əliyevin anım mərasimləri təşkil olunub.
12.12.2011
  
“Büllur topla səyahət” (Traveling with a Crystal Ball) - Hollandiyalı Kis Straverin bədii layihəsidir. Kis Straver dünyanın bir çox hissəsində səfəri zamanı həmin şəffaf büllur topun prizmasından çoxlu sayda şəkillər çəkərək maraqlı və qeyri adi layihəyə imza atmışdır.
12.12.2011
  
“Qan” qrupunun solisti olan E.Xəlilova “Təlqin” adlı mahnı ifa edib.Həmin mahnıya “Bakıfilm” studiyası tərəfindən klip də çəkilib. Qeyd edək ki, mahnının sözləri Qurani-Kərimin “Yasin” surəsindən götürülüb.
12.12.2011
  
Gözəl və avanqard dizayna malik olan “Toyota”nın təqdim etdiyi yeni “Fun-Vii” avtomobilin səthinin əksər hissəsi sürücünün istəyinə uyğun olaraq, sensor ekrana çevrilə bilir. Sürücü istəyinə uyğun olaraq, ekranın yeri, rəngi, qrafikləri dəyişə bilər.
9.12.2011
  
Migel Endara (Miguel Endara) mürəkkəb qələm vasitəsi ilə, yalnız qələmi vərəqə toxundurmaqla atasının portretini yaratmışdır. O, bunun üçün üç milyon iki yüz min nöqtə qoymuşdur. Migel Endaranın dediyinə görə, bu maraqlı əsəri yaratmağa 210 saat vaxt sərf etmişdir. Maraqlı videonu sizə təqdim edirik.
9.12.2011
  
Sizə dizaynerlər və arxitektorlar tərəfindən professionallıqla işlənmiş 3D dizaynda döşəmələrin şəkillərini təqdim edirik.
9.12.2011
  
Qoç - Günün əhəmiyyətli hissəsini kifayət qədər maraqsız və sevmədiyiniz işə sərf etməli olacaqsınız. Nə etmək olar? Bəzən zövqümüzə uyğun olmayan işlərlə məşğul olmaq lazım gəlir. Pis olan odur ki, həm vəziyyətə, həm də ətrafdakılara hirslənirsiniz. Siz olan yerdə vəziyyət gərgindəşir. Sizinlə yanaşı dayanmaq da çətindir. Yaxın adamla açıq söhbətdən sonra vəziyyət bir qədər dəyişəcək. Siz sakitləşəcək və gələcəyə böyük nikbinliklə baxmağa başlayacaqsınız. Ən azı, sizə artıq elə gəlməyəcək ki, tezliklə hansısa faciə baş verməlidir.
9.12.2011
  
Sizə AMB-nin rəsmi valyuta məzənnələrini təqdim edirik.
9.12.2011
  
Azərbaycanda ilk tibb və sağlamlıq kanalı olan www.tvtibb.az internet televiziyasının fəaliyyətə başlaması ilə bağlı təqdimat mərasimi keçirilib. Kanalın rəhbəri Rüstəm Əliyev bildirib ki, tibbin son nailiyyətləri bu kanalda Azərbaycan dilində ölkə tamaşaçısına çatdırılacaq.
9.12.2011
  
Dünyada və ölkəmizdə ilk dəfə olaraq dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında müzikl layihəsi gerçəkləşdirilir.
8.12.2011
  
Sizə AMB-nin rəsmi valyuta məzənnələrini təqdim edirik.
9.12.2011
  
“Tıq-tıq xanım”, “Meşəyə insan gəlir”, “Cücələrim”, “Dınqıl, sazım, dınqıl”, “Yalançı çoban”, “Cırtdan” və bir sıra maraqlı milli animasiya filmlərinin yaradıcısı Elçin Hami Axundov Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə yeni film çəkir. Söhbət 3D-Max və Maya proqramlarında ərsəyə gələcək “Kiçik ev” animasiya filmindən gedir.
8.12.2011
  
Dünyanın tanınmış aviaşirkəti olan «Qatar Airways» Doha-Bakı marşrutu üzrə birbaşa sərnişin aviareysi açır.
Heydər Əliyev Beynəlxalq Hava Limanından verilən məlumata görə, sözügedən marşrut üzrə uçuşlara 2012-ci il fevral ayının 1-dən etibarən başlanacaq: «Bakıdan Dohaya uçuşlar həftənin hər günü yerinə yetiriləcək.
8.12.2011
  
Keçən ay Malayziyanın paytaxtı Kuala - Lumpurda İslam dəbi festivalı keçirilib. Bu festivaldan şəkilləri sizə təqdim edirik.
8.12.2011
  
Azərbaycan Gənc Tamaşaçılar teatrında Vaqif Əlixanlının iki hissəli "Əcəl atı" tamaşası göstəriləcək. Tamaşada torpaqlarımızın azadlığı uğrunda həlak olan Azərbaycanlılardan danışılır və tamaşa Xocalı hadisələrinin il dönümü ərəfəsində təqdim olunacaq.
8.12.2011
  
Qoç - Təəssüf ki, bu gün yeni başladığınız işlərdə uğura əmin ola bilməyəcəksiniz. Uğur mübarizəsiz gəlmir və lazım olan nəticəni əldə etmək üçün səy göstərmək lazım gələcək. Siz istənilən köməkdən imtina etməyə meyllisiniz və təkbaşına fəaliyyət göstərməyə üstünlük verirsiniz. Neyləmək olar? Hazırkı şəraitdə bu, ağılabatandır. Çünki müttəfiqləriniz sizin istifadə etdiyiniz üsulları çətin bəyənələr.
7.12.2011
  
Sizə AMB-nin rəsmi valyuta məzənnələrini təqdim edirik.
7.12.2011
  
Qoç - Hansısa nəzərəçarpan nailiyyətlərlə yadda qalmasa da, pis gün deyil. İşdə münaqişənin yetişdiyini hiss edəcək və hamının maraqlarını nəzərə almaqla, ondan yayınmaq üçün üsul tapacaqsınız. Sərfəli sövdələşmə mümkündür. Bu sövdələşmədən əldə edəcəyiniz gəlir sizə çoxdankı arzunuzu həyata keçirməyə imkan verəcək.