21.9.2011
  
Azərbaycanın iki regionunda regional televiziya kanalı açılacaq. Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli məlumat verib.
21.9.2011
  
Almaniyanın Münhen şəhərində “Oktoberfest” (Oktyabr festivalı) festivalı keçirilir. Festival hər il sentyabrın sonlarından başlayaraq oktyabrın birinci həftəsinin sonuna qədər davam edir. Festival ümumilikdə 16-18 gün davam edir. Bu ilki festival sayca 178-cidir.
21.9.2011
  
Türkiyənin “Oskar”ı sayılan, Antalya Böyükşəhər Bələdiyyəsi və Antalya Mədəniyyət və Sənət Dərnəyinin birgə təşkil etdiyi Beynəlxalq Antalya “Qızıl Portağal” Festivalının “Avrasiya Bədii Filmləri” bölümünün builki qonaq ölkəsi Azərbaycan olacaq.
21.9.2011
  
"Bu şəhərdə" layihəsinin növbəti konsertini keçirməyi planlaşdırırlar.
20.9.2011
  
Troltanqa qayası (“Trol”un dili) Norveçdə, Odda şəhərində yerləşir. Qeyd edək ki, qaya çox yüksəkdə Skyegedal dağında horizontal olaraq dayanıb. Troltanqaya getmək üçün əvvəlcə Oddaya sonra isə Tisedaldan keçərək Skyegedala getmək lazımdır.
21.9.2011
  
Karina Kapur 21 sentyabr 1980-ci ildə Hindistanın Mumbay şəhərində məşhur hind aktyoru Rac Kapurun oğlu aktyor Randhir Kapur və aktrisa Babitanın ailəsində dünyaya gəlmişdir.
20.9.2011
  
Qayanada Reva çayı sahilində uzunluğu 6,5 metr, gövdəsinin diametri 68 santimetr və çəkisi 100 kiloqram olan anakonda aşkarlanıb. “lifenews.com” saytına istinadən verdiyi məlumata görə, bu nəhəng ilanı 29 yaşlı bioloq Nial MakKann aşkarlayıb.
21.9.2011
  
Bu heykəlləri düzəltmək üçün adətən çay qumundan istifadə edilir. Belə ki, sahil qumu ilə müqayisədə çay qumu heykəltəraşlıq üçün daha yararlı material hesab olunur.
20.9.2011
  
Sizə “London - küçə fotosessiyası” festivalında çəkilmiş 20 ən yaxşı fotoşəkili təqdim edirik. Festival ilk dəfə keçirilsə də, çox böyük uğur əldə etmişdir. Festival çərçivəsində 13 sərgi və 30 tədbir keçirilmişdir.
20.9.2011
  
Bu gün Azərbaycan neftçiləri növbəti dəfə öz peşə bayramlarını - Neftçilər Gününü qeyd edirlər. Bu günün sentyabrın 20-də bayram edilməsi 1994-cü ildə "Azəri-Çıraq-Günəşli" dəniz neft və qaz yataqları blokunun kəşfiyyatı və istismarı üzrə bağlanmış "Əsrin müqaviləsi"nin imzalanması vaxtına uyğunlaşdırılıb.
20.9.2011
  
Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilmişdir.
20.9.2011
  
23 sentyabr Yaşıl Teatrın səhnəsində məşhur türk müğənnisi Kənan Doğulunun konserti olacaq. Türk estradasını sevənləri və müğənninin pərəstişkarlarını konsertə dəvət edirik.
20.9.2011
  
Sentyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Xalq Artisti Polad Bülbüloğlunun “Eşq və ölüm” baleti nümayiş olunmuşdur. Tamaşanı Yekaterinburq Dövlət Opera və Balet Teatrının balet truppası təqdim etmişdir.
20.9.2011
  
Qoç – Gücünüz azdır, özünüzü xəstələnməkdən gözləyin. Ünsiyyətlərinizi çoxaldın. İşlərinizdə müvəffəqiyyət qazanmağınız üçün şanslarınız çoxdur. Maliyyə durumunuzun problemlərini uğurla həll edəcəksiz.
20.9.2011
  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Bakıda Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
19.9.2011
  
Sizə dünyanın ən böyük buz mağarasının şəkillərini təqdim edirik.
19.9.2011
  
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 19-da Bakıda Fikrət Əmirov küçəsində görkəmli bəstəkarın xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib. 
19.9.2011
  
Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının prezidenti Tengiz Sade Baron zu Romkerhallın təşəbbüsü ilə Almaniyanın Hannover şəhərində Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir.
19.9.2011
  
Dövlət Pantomima Teatrı sentyabrda yeni mövsümü irlandiyalı yazıçı Semuel Bekketin əsərləri əsasında səhnələşdirilmiş “Qaranlıq” tamaşası ilə açmışdır.
19.9.2011
  
Qoç - Əsəblərinizi gərməklə özünüzü gücə salmayın. İşlərinizdəki uğurlarınızı artırmaq üçün öz gücünüzə inamla çalışın. Qarşıya qoyduğunuz biznes planlarını uğurla həll edəcəksiniz. Səhhətinizə qarşı diqqətli olun.