24.4.2012
  
Azərbaycanın «Parabank» ASC yeni məhsulu olan «Xeyriyyə» plastik kartını təqdim edib. Bankdan verilən məlumata görə, bu kart sərbəst vəsaitlərini yerləşdirmək və eyni zamanda xeyriyyəçilikdə iştirak etmək istəyənlər üçün nəzərdə tutulub.
24.4.2012
  
“Eurovision” mahnı müsabiqəsinin rəsmi saytı olan eurovision.tv xaker hücumuna məruz qalıb. Artıq bir neçə müddətdir ki sayta giriş mümkün deyil. Hazırda probleminin həllinə çalışılır. Bu problem eyni ilə “Eurovision” mahnı müsabiqəsi ilə bağlı olan digər saytda – “esckaz.com”da da qeydə alınıb.
24.4.2012
  
Qoç - Gücünüzü toplamalısınız: bu gün hansısa nəticələrə nail olmaq üçün işləməli olacaqsınız. Deyəsən, kömək vəd edən insanlar fikirlərini dəyişiblər. Ona görə də yalnız özünüzə bel bağlamalısınız. Maliyyə çətinlikləri mümkündür. Üstəlik, bu gün yalançı ümidlər, yersiz gözləntilər gətirəcək. Siz reallığın gözünün içinə baxmaq əvəzinə, həvəslə illüziyalarınızı qoruyursunuz. Xoşunuza gəlməsə də, məsləhətlərə qulaq asın.
24.4.2012
  
«Azərbaycan Hava Yolları» QSC (AZAL) Heydər Əliyev Beynəlxalq Aeroportunda eksklüziv gözləmə zalı açıb.
24.4.2012
  
Mayın 17-19-da Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müasir İncəsənət Muzeyi, Qız Qalası Rəsm Qalereyası və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunan ənənəvi “Qız Qalası” III Beynəlxalq İncəsənət Festivalı keçiriləcək.
24.4.2012
  
Нет перевода
23.4.2012
  
Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdirilib. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ilk qəbul imtahanı iyulun 8-də III ixtisas qrupu üzrə keçiriləcək. İyulun 14-də I qrup üzrə, iyulun 20-də IV qrup üzrə, iyulun 27-də isə II ixtisas qrupu üzrə qəbul imtahanlarının aparılması nəzərdə tutulur. Qabiliyyət imtahanlarının keçirilmə cədvəlində də dəyişiklər ediləcək. Bununla bağlı əlavə məlumat yaxın günlərdə elan ediləcək.
23.4.2012
  
Bakı və Abşeron yarımadasında müşahidə olunan duman cənub küləyinin əsməsi və dənizdən rütubətli havanın şəhərə daxil olması ilə əlaqədardır. Bu gün günorta saatlarında şimal küləyinin arabir güclənməsi ilə bağlı duman çəkiləcək. Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.
23.4.2012
  
Qoç - Çətin olacaq: uğurlu gün deyil. Planları ayaqüstü dəyişmək lazım gələcək. Baxmayaraq, bunu heç istəmirsiniz. Sevdiyiniz adam məyus edəcək. Onun dəstəyindən məhrum olmaqla (müvəqqəti olsa belə) özünüzə inamı da itirirsiniz. Unutmayın ki, bu gün problemlərin müzakirəsi və münasibətlərin aydınlaşdırılması üçün münasib gün deyil.
Həyat potensialı aşağıdır. Günün birinci yarısında ovqatınız yüksək olmayacaq. Axşama doğru isə əhval-ruhiyyəniz daha da pisləşəcək. Tez yatmağa dəyər: istirahət pis olmaz.
20.4.2012
  
Kolumbiya Universitetinin professoru Ronald Breslou planetimizdən kənarda mümkün həyata yeni baxış formalaşdırır. Onun fikrincə, başqa planetlərdə insanların intellektinə və hiyləgərliyinə malik olan ağıllı “tirannozavrların” yaşaması istisna deyildir və yaxşısı budur ki, onlarla qarşılaşmayaq.
20.4.2012
  
Şri-Lankada toyuq kürt yataraq bala çıxarmaqla deyil, diri şəkildə cücə dünyaya gətirib. Cücə sağlam və tamamilə formalaşmış doğulub. Lakin toyuq doğuş zamanı aldığı daxili zədələrdən ölüb.
20.4.2012
  
İtaliyanın paytaxtı Roma şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin rəsmi açılış mərasimi keçirilib.
20.4.2012
  
Bu il Azərbaycanın 40-dək bölgəsində arxeoloji qazıntılar aparılacaq. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli bildirib. Onun sözlərinə görə, arxeoloji qazıntılara may-iyun aylarında başlanacaq və bu proses payıza, yağışlar başlayana qədər davam edəcək. Qazıntılar ölkənin bütün bölgələrini əhatə edəcək.
20.4.2012
  
Yaxın vaxtlarda Azərbaycan ilə Litva arasında aqrar sahədə əməkdaşlığa dair sazişin imzalanması gözlənilir. Bunu aprelin 19-da Bakıda keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci regional konfransı çərçivəsində Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovla görüşündə Litvanın kənd təsərrüfatı naziri Kazis Starkeviçus bildirmişdir.
20.4.2012
  
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
20.4.2012
  
«Moody’s Investors Service» beynəlxalq reytinq agentliyi Azərbaycanın müstəqil reytinqini «Ba1»-dən «Baa3» həddinə qədər yüksəldib. Bu barədə agentliyin rəsmi məlumatında deyilir.
20.4.2012
  
Dünyaca məşhur “Forbes” jurnalının rus versiyası Rusiyanın ən varlı iş adamlarının siyahısını dərc edib. Siyahıda birinci yeri özbək əsilli iş adamı Alişer Usmanov tutub. Onun 18,2 mlrd. ABŞ dolları dəyərində sərvəti var.
20.4.2012
  
Tarix elmləri doktoru, professor Sevda Süleymanovanın Almaniyada rus dilində “Türk xalqları tarixindən” kitabı nəşr olunmuşdur.
20.4.2012
  
«Bakı son dərəcə təhlükəsiz bir şəhərdir. Hətta Avropada bir çox şəhərlər var ki, onlar daha təhlükəli hesab oluna bilərlər”. Bu sözləri “Eurovision” mahnı müsabiqəsinin rəhbəri (Executive Supervisor) Yan Ola Sand deyib.
20.4.2012
  
Aprelin 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz olacağı gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, havanın temperaturu gecə saatlarında 10-14, gündüz 20-25 dərəcə isti olacaq.