14.6.2016
  
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.
14.6.2016
  

Qoç - ulduzlar sizin tərəfinizdədirlər və müxtəlif başlanğıclarda sizi dəstəkləyirlər.

14.6.2016
  

İyunun 13-də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ömrünün 47 ilini kinomuza xidmətdə keçirən, istedadlı qrim rəssamı, Əməkdar Mədəniyyət İşçisi Elbrus Vahidovun anadan olmasının 65 illik yubileyi qeyd olunub.

14.6.2016
  
Bakıda ilk dəfə zövqlü geyinən, stil məsləhətçisi kimi fəaliyyət göstərmək istəyən xanımlar üçün “Stil məsləhətçisi” seminarı təşkil olunacaq.
14.6.2016
  
1919-cu il. Xalq Cümhuriyyətinin parlamenti ölkədə hərbi vəziyyətin elan olunması barədə qərar qəbul edib. Baş nazir Nəsib Usubbəylinin rəhbərlik etdiyi Dövlət Müdafiə Komitəsinə fövqəladə səlahiyyətlər verilib. Muğandakı bolşevik təmayüllü qiyamın, ermənilərin Qarabağ və Zəngəzurdakı silahlı çıxışlarının yatırılması üçün bu bölgələrə ordu hissələri göndərilib.
14.6.2016
  

Amerikanın məşhur “Kronos” Kvartetinin saytında kollektivin yeni dünya turnesinə start verməsi barədə məlumat yerləşdirilib.

14.6.2016
  

Bu ilin avqust ayında İran prezidentiHəsən Ruhani Azərbaycana səfər edəcək.

14.6.2016
  

Bu gün Azərbaycanda 2015/2016-cı dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınır.

14.6.2016
  

17-19 iyun tarixində Bakıda "Formula-1 Avropa Qran-Pri" yarışları keçiriləcək.

14.6.2016
  

Xaricdə təhsil proqramı çərçivəsində bu vaxta qədər 3500-dən artıq azərbaycanlı tələbə xarici ölkələrdə təhsil almaq imkanı qazanıb.

14.6.2016
  

Azərbaycanın mobil rabitə bazarının lideri Azercell Telekom müştərilərinin rahatlığını nəzərə alaraq, Gənclik Mall ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən Maxi.az magazasında yeni Müştəri Xidmətləri guşəsini abunəçilərin ixtiyarına verib.

14.6.2016
  

Yazıçı-dramaturq Əli Əmirlinin yeni əsəri Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulacaq.

14.6.2016
  

Bakıda keçiriləcək "Formula 1" Avropa Qran Prisi ilə əlaqədar hərəkətinə məhdudiyyət qoyulan marşrut xətləri müəyyən edilib.

14.6.2016
  

Rusiya Dövlət Humanitar Universitetinin Beynəlxalq münasibətlər və xarici regionşünaslıq fakültəsinin bir qrup tələbəsi Bakı Slavyan Universitetinin (BSU) yay məktəbində staj keçmək üçün Bakıya gəlib.

14.6.2016
  
“Microsoft” şirkəti bəyan edib ki, “LinkedIn” sosial şəbəkəsinin 26,2 milyard dollara alınması ilə bağlı müqavilə imzalayıb.
14.6.2016
  

Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 18-ci nömrəsinə də respublikamızın ictimai, mədəni, elmi həyatına dair rəsmi xronika, həmçinin incəsənət, tarix, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, elmi məqalələr, maraqlı tərcümə materialları daxildir.

13.6.2016
  

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa yenidən nümayiş olunub.

13.6.2016
  

Belarusun Milli Akademik Böyük Opera və Balet teatrı məşhur bəstəkar Polad Bülbüloğlunun “Eşq və ölüm” baletinin premyerasını təqdim edib.

14.6.2016
  

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Klass tarifində olan abunəçilərinə ölkədaxili dəqiqələrin, internet trafikin və SMS-lərin istifadə olunmayan hissəsinin növbəti aya keçirilməsini mümkün edən yeni təklifi təqdim edib.

13.6.2016
  
O bildirib ki, "Səbail" adlanan klub Bakının eyniadlı rayonunu təmsil edəcək.