16.12.2011
  
La'Villa Club və "Dostlar" ictimai xeyriyyə təşkilatı "New Year Party" xeyriyyə axşamını təqdim edir. Bu axşamı paytaxtımızın populyar DJ-lərindən musiqi ilə əla keçirə bilərsiniz: Dj Narosh, Coracao, Nasirov, Seym, Ruaz və ecazkar DJane Natiya.
19.12.2011
  
Qoç - Keçmişdə buraxılmış səhvlər əlverişsiz anda özünü xatırlatmağa başlayır və pis vəziyyətə düşə bilərsiniz. Baş verənləri təhlil etmək pis olmazdı. Lakin bu gün siz sakit düşünmək üçün kifayət qədər soyuqqanlı deyilsiniz. Baş verənlərə görə başqasını günahlandırmaq istəyi də güclüdür. Özünütənqidə qadir olan Qoçlar hadisələrdən çox vacib dərs alacaq, qalanları isə hədər yerə enerji itirəcək və yorulacaqlar.
16.12.2011
  
Sizə AMB-nin rəsmi valyuta məzənnələrini təqdim edirik.
19.12.2011
  
Sizə AMB-nin rəsmi valyuta məzənnələrini təqdim edirik.
16.12.2011
  
Dekabrın 17-də Bakı və Abşeron yarımadasında buludlu, gün ərzində əsasən yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi, lakin axşam və gecə bəzi ərazilərdə çiskinli olacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
16.12.2011
  
Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Besesku Qara dəniz-Xəzər dənizi Əməkdaşlığı və Tərəfdaşlığı üzrə Beynəlxalq Fondun “Şərəf diplomu” ilə təltif olunmuşdur. Bu barədə Fondun 2011-ci ilin yekunlarına həsr olunmuş iclasında məlumat verilmişdir.
16.12.2011
  
“Microsoft” şirkətinin əsasını qoyanlardan biri, milyardçı Pol Allen orbitə peyk çıxarmaq qabiliyyətinə malik təyyarə istehsal etmək üçün Stratolaunch Sustems şirkətini təsis etmişdir. Yeni təyyarələr həm də gələcəkdə insanları kosmosa aparmaq imkanına malik olacaqdır.
16.12.2011
  
Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Moskva-Bakı marşrutu ilə yerinə yetirlən reyslər üzrə xüsusi aksiya keçirir.
16.12.2011
  
Azərbaycanda nikah bağlamaq istəyənlər Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı orqanına elektron qaydada müraciət edə bilərlər. Ədliyyə Nazirliyindən verilən məlumata görə, nikah bağlamaq istəyən şəxslər nazirliyin internet saytında (www.justice.gov.az) Elektron xidmətlər bölməsində elektron xidmətlər portalına daxil olmalıdırlar.
16.12.2011
  
Prezident İlham Əliyev “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
15.12.2011
  
"M+N Arquitectos" dizayn studiyası iki rəssam üçün malikanə inşa edib. Ev Meksikanın Puebla şəhərindədir.
15.12.2011
  
Qoç - Ulduzlar hələ də sizin tərəfinizdədirlər. Dünən çatdıra bilmədiyiniz işləri bu gün müvəffəqiyyətlə başa vura biləsirinz. Bundan başqa, gün işgüzar təmaslar, əməkdaşlığın müzakirəsi üçün münasibdir. Siz hər şeydə haqlı olduğunuza istənilən həmsöhbətinizi inandırmağa qadirsiniz. Hətta, ən inadcıl opponent də bu gün fikrinizi dinləyəcək.
15.12.2011
  
Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı Qədir Rüstəmov dünən səhər saatlarında dünyasını dəyişib. Bu barədə məlumat verən sənətkarın oğlu Rüstəm Rüstəmov atasının ürəyinin dünən dayandığını deyib.
15.12.2011
  
“Eurovision-2012”-yə hazırlıq çərçivəsində Bakıda təhlükəsizlik və ictimaiyyətlə əlaqələrə həsr olunan iclas keçirilib. İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən verilən məlumata görə, iclasda Avropa Yayımları Birliyini “Eurovision” Mahnı Müsabiqəsinin baş prodüseri Yan Ola Sand, “Eurovision TV”-nin direktoru Jorqan Frank, “Eurovision” Mahnı Müsabiqəsinin təşkilatçı prodüseri Sietse Bakker, Avropa Yayımları Birliyinin Media ofisinin rəhbəri Karen Mazzoli təmsil edib. 
15.12.2011
  
Dekabrın 14-də Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil müəssisəsi ilə UNESCO arasında imzalanmış Anlaşma Memorandumunun təqdimat mərasimi keçirilmişdir. Qeyd olunmuşdur ki, UNESCO-nun bioetika üzrə əsas tədris kursu sınaqlarının BDU-da keçirilməsi fikri ilk dəfə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə bu il Bakıda təşkil olunmuş UNESCO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci toplantısında səslənmişdir.
15.12.2011
  
Bir zamanlar krallar və kraliçaların gəzdirdikləri nəhəng mirvari dünən satılıb. Mirvari dünya kinosunun əfsanəsi, Hollivudun mərhum ulduzu Elizabet Teylora məxsusdu. Mirvari Nyu-Yorkda 11,84 milyon dollara alınıb.
14.12.2011
  
Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Sistemi dekabrın 15-də hazır olacaq. Bu barədə Koreyanın Azərbaycandakı səfiri Li Ci Ha bildirib.
14.12.2011
  
Qoç - Siz bu çətin gündə qarşısına qoyduğu məqsədlərə çata bilən azsaylılara aidsiniz. Hər şey sizin inadkarlığınızdan asılıdır. Hamının və hər şeyin əleyhinizə olduğu bir vaxtda da təslim olmursunuz. Bu, effektli taktikadır. Lakin bununla özünüzə düşmən qazanmaq riskinə gedirsiniz. Yaxınlarınızla istənilən söhbəti ciddi tonda aparmaq lazımdır. Bu gün zarafatların düzgün başa düşülməyəcəyi ehtimalı var. Pul üstündə mübahisələr istina olunmur. Bu məsələdə bir qədər güzəştə getmək pis olmaz.
14.12.2011
  
Beninidəki Qanvye su üzərindəki şəhərdir. Göldəki evlərin sayına görə burası Afrikanın ən böyüuk şəhəri sayıla bilər.
14.12.2011
  
Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı Bakı Biznes Mərkəzində “Eurovision” mərkəzi fəaliyyətə başlayıb. “Eurovision-2012" layihəsi ilə bağlı bütün məlumatlar bu mərkəzdən ötürüləcək.